PUBLİSİSTİKA

[ lat. publicus – ictimai]
1. Müasir aktual mövzuda yazılmış ictimaisiyasi əsərlərin daxil olduğu ədəbi janr.
Cəlil Məmmədquluzadə dramaturgiya və publisistikada olduğu kimi nəsrdə də hər şeydən əvvəl tənqidi realist bir sənətkardır. M.İbrahimov.

2. ədəb. Həmin janrda yazılmış əsərlər. Üzeyir Hacıbəyovun publisistikası.
PUBLİSİSTİK
PUÇ
OBASTAN VİKİ
Publisistika
Publisistika (lat. publicus — ictimai sözündən) — cəmiyyətin mövcud həyatının aktual problemlərinə və hadisələrinə həsr olunmuş əsərlər növü; ictimai düşüncənin plüralizmi, o cümlədən həyatın kəskin problemləri ətrafında ortaya çıxan bir ifadə vasitəsi olaraq mühüm siyasi və ideoloji rol oynayır. Publisistika termini XIX əsrdə yaranmış və uzun müddət sosial ədəbiyyat mənasında işlənmişdir. Hal-hazırda jurnalistikanın hər janrı publisistika adlanır. Publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun haqqında kütləni düşündürərək inandıracaq formada danışmaqdır. Bundan ötrü hər cümlənin sonunda nida qoymaqla hər şey bitmir. Stil nə qədər fərdi olsa da, material nə qədər düzgün qurulsa da müəllifin publisistik mövqeyi, şəxsi peşəkarlıq olmadan uğur mümkün deyil. Publisistik yazılar yazan, publisistika ilə məşğul olan şəxsə publisist deyilir. Publisistik üslubun xüsusiyyətləri: Mətbuatda formalaşır. Müxtəlif qəzetlərin və jurnalların dilidir.

Значение слова в других словарях