QIRMIZIBOYUN

прил. зоол. красношейный. Qırmızıboyun iyrəncə красношейная поганка
QIRMIZIBİRÇƏK
QIRMIZICA
OBASTAN VİKİ
Qırmızıboyun maygülü
Qırmızıboyun maygülü (lat. Podiceps auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. Azərbaycana qışlamağa gəlir. Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara “yaxalığı” olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür. Erkəkləri dişilərindən az iridir.