QƏSSAB

[ər.] сущ. кьасаб, кьасабчи (хеб, мал ва мс. тукӀуна як маса гудай кас).
QƏSR
QƏSSABBAŞI
OBASTAN VİKİ
Comərd Qəssab türbəsi
Comərd Qəssab türbəsi — Qədim Gəncə ərazisində, Bakı – Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir. Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Bir rəvayətə görə, Comərd Gəncədə hörmətə malik qəssab olmuş, digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur. Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur. == Tarixi == === Comərd Qəssab === Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış. Digər bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur.
Verden qəssabxanası
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.
Mehmet Qəssaboğlu
Mehmet Məhərrəm Qəssaboğlu və ya Mehmet Muharrem Kasapoğlu (türk. Mehmet Muharrem Kasapoğlu; 22 dekabr 1976, İstanbul) — Türkiyə dövlət xadimi. O, hazırkı Gənclər və İdman naziridir. == Erkən illəri == Mehmet Məhərrəm Qəssaboğlu 1976-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, Mərmərə Universitetinin İqtisadiyyat və İnzibati elmlər fakültəsində Biznesin idarə edilməsi üzrə təhsil almış və oranı bakalavr dərəcəsi ilə bitirmişdir. Qəssaboğlu daha sonra həmin universitetdə Yerli İdarəetmələr və Mərkəzsizləşdirmə üzrəmagistr dərəcəsi qazanmışdır. Florida Dövlət Universitetinin Biznesin İdarə Edilməsi Fakültəsində İdarəetmənin təşkili sahəsində tədqiqatçı, mütəxəssis və layihə koordinatoru kimi fəaliyyət göstərmişdir. Floridadakı Palm-Biç Atlantik Universitetində Biznesin idarə edilməsi üzrə daha bir bakalavr dərəcəsi qazanmışdır. Qəssaboğlu Türkiyəyə qayıtmış və İstanbul Universitetində Yerli Məşğulluq üzrə Doktorluq dərəcəsi əldə etmişdir. 10 iyul 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Gənclər və İdman naziri təyin edilmişdir.
Məhməd Qəssaboğlu
Mehmet Məhərrəm Qəssaboğlu və ya Mehmet Muharrem Kasapoğlu (türk. Mehmet Muharrem Kasapoğlu; 22 dekabr 1976, İstanbul) — Türkiyə dövlət xadimi. O, hazırkı Gənclər və İdman naziridir. Mehmet Məhərrəm Qəssaboğlu 1976-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, Mərmərə Universitetinin İqtisadiyyat və İnzibati elmlər fakültəsində Biznesin idarə edilməsi üzrə təhsil almış və oranı bakalavr dərəcəsi ilə bitirmişdir. Qəssaboğlu daha sonra həmin universitetdə Yerli İdarəetmələr və Mərkəzsizləşdirmə üzrəmagistr dərəcəsi qazanmışdır. Florida Dövlət Universitetinin Biznesin İdarə Edilməsi Fakültəsində İdarəetmənin təşkili sahəsində tədqiqatçı, mütəxəssis və layihə koordinatoru kimi fəaliyyət göstərmişdir. Floridadakı Palm-Biç Atlantik Universitetində Biznesin idarə edilməsi üzrə daha bir bakalavr dərəcəsi qazanmışdır. Qəssaboğlu Türkiyəyə qayıtmış və İstanbul Universitetində Yerli Məşğulluq üzrə Doktorluq dərəcəsi əldə etmişdir. 10 iyul 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Gənclər və İdman naziri təyin edilmişdir.

Digər lüğətlərdə