QABİLİYYƏTSİZ

прил. 1. алакьун (талант, кьатӀун) авачир; 2. марифатсуз.
QABİLİYYƏTLİ
QABİLİYYƏTSİZLİK
OBASTAN VİKİ
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xəstəliyə, istehsalatda və ya məişətdə baş verən bədbəxt hadisəyə və digər səbəblərə görə əmək funksiyalarını yerinə yetirmək qabiliyyətindən müvəqqəti və ya daimi məhrum olması; sosial risk növlərindən biri. Müvəqqəti əməkqabiliyyətsizliyi dönən xarakter daşıyır, insanın sağalması ilə onun əmək qabiliyyəti bərpa olunur və o, işə çıxa bilir. Bu hal tibbi ekspertizaya əsasən müəyyən olunur və əmək qabiliyyətinin olmaması vərəqəsi və ya arayışla təsdiqlənir. İnsanın əmək qabiliyyətinin bərpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur və həmin şəxs əlil sayılır, bəzən həkimin məsləhətilə başqa rejimdə, yaxud başqa işdə işləmək imkanı olan qismən əməkqabiliyyətli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarələrində həyat fəaliyyətinin (o cümlədən əmək qabiliyyətinin) məhdudlaşması strukturunun və dərəcəsinin qiymətləndirilməsi əsasında əlillik qrupu və reabilitasiya daxil olmaqla sosial müdafiə tədbirləri müəyyənləşdirilir. Müvəqqəti əməkqabiliyyətsizliyi məlumatlarının təhlili işçi tərəfindən onunla əlaqədar sosial imtiyazlardan sui-istifadəni, yaxud Ə. yüksək olan müəssisələrdə əmək şəraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etməyə imkan yaradır. Çox ölkələrdə əməkqabiliyyətsizliyi göstəricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müəyyən edir, yəni əməkqabiliyyətsizliyi göstəricisi yüksək olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox əhəmiyyətlidir və o, sahibkarlarla (onlar buna görə əmək şəraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin səbəb və nəticələrini öyrənmək üçün işədüzəltmə agentliklərində müstəqil tibbi müayinə institutu yaradılır və bu, həmin agentliklərin həkimlərinə iş axtaran şəxsin zərərli vərdişləri (siqaretçəkmə, alkoqoldan sui-istifadə) də daxil olmaqla, tam sağlamlıq vəziyyəti haqqında məlumat təqdim etməyə imkan verir. Həkimlər bu işçinin əvvəlki iş yerindəki əməkqabiliyyətsizliyi üzrə məlumat bazası nəzərə alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müəyyənləşdirirlər.

Digər lüğətlərdə