Qablı
Bu sözün əsasında “qab” leksemi dayanır. “Qablı” sözü Füzuli şivəsində “xörək adı” anlamında işlənir. Hazırlanma qaydası belədir: Ət doğranır, noxud, lobya ətlə qarışdırılır, qabın-qazanın həcminə uyğun su da əlavə edilməklə xeyli müddət ocaqda qaynadılır. Qablı şivə sözü kök+şəkilçi modeli əsasında formalaşmışdır. Sözün şəkilçi komponentində işlənən –lı4 şəkilçisi çoxfunksiyalıdır. Burada bu morfoloji göstərici əşyaya mənsubluq ifadə edən isim yaratmışdır.