QACET

is. \[ing. gadget "kiçik qurğu"\] tex. infor. Hansısa böyük funksiyanı yerinə yetirmək üçün özündən böyük qurğulara birləşdirilən kiçik elektron qurğu; vicet. Qeyri- adiliyi və ölçücə kiçikliyi ilə fərqlənən elektron qurğu. Məsələn, netbuk, fləş-kart və s. Qacet proqram şəklindədirsə, vicet adlanır.
KVAZİHOLOQRAM
QAÇIŞ
OBASTAN VİKİ
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.