QAİB

[ ər. ]
1. Olmayan, hazır olmayan, gəlməmiş, gözdən uzaqda olan (hazır müqabili). Bu gün məktəbdə bir nəfər də olsun, qaib yoxdur.
□ Qaib olmaq – yox olmaq, gözdən itmək.
O gündən kim, gözümdən qaib olmuş mahi-rüxsarın; Olubdur çeşmimə tarik yeksər bu cahan sənsiz. S.Ə.Şirvani.
İyirmiiyirmi beş igid hərəsi bir at eşiyə çəkib çaparaq mindilər və qaib oldular. C.Məmmədquluzadə.
Ceyran söz anlar kimi, sıçrayıb, meşədə qaib olur. Çəmənzəminli.

2. Qrammatikada: üçüncü şəxs, haqqında danışılan şəxs. Azərbaycan dilində “o” qaib əvəzliyidir.

Антонимы

  • QAİB QAİB – ZÜHUR Ceyran söz anlar kimi sıçrayıb meşədə qaib olur (Çəmənzəminli); Gecmi, tezmi bilməm, amma həqq edər bir gün zühur (M
QAXSITMAQ
QAİBANƏ

Значение слова в других словарях