Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qayıb Qayıbov
Qayıb Musa bəy oğlu Qayıbov — hərbi həkim, mayor. Mirzə Hüseyn bəy Qayıbovun nəvəsi. == Həyatı == Qayıb Musa bəy oğlu Qayıbov 1915 ildə Şuşa şəhərində anadan olmuşdur. Qayıb Qayıbov orta təhsilini Şuşa şəhərində almışdır. O, 1934–1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda ali təhsil almış, 1936-cı ildə Bakı Aeroklubunu bitirmişdir. II Dünya Müharibəsindən sonra Moskva şəhərində Partiya Məktəbində oxumuşdur. Qayıb Qayıbov 3 medala, "Səhiyyə əlaçısı" döş nişanına, müxtəlif illərdə 3 dəfə "Sosializm yarışının qalibi" vahid ümumittifaq döş nişanına layiq görülmüşdür. O, istefada olan mayor idi. Qayıb Qayıbov 9 fevral 2000-ci ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Qayıb Qayıbov ali təhsilini başa vurduqdan sonra V. P. Çkalov adına Hərbi Aviasiya Məktəbinə həkim göndərilmişdir.
Hacı Qayıb hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Hacı Qayıb məscidi
Hacı Qayıb məscidi — İçəri Şəhərdə (M. Mənsur küçəsi, 41) yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. == Tarixi == == Haqqında == == İstinadlar == == Mənbə == "Hacı Qayıb məscidi" ( (az.)). scwra.gov.az. İstifadə tarixi: 2014-09-29.
Molla Qayıb bəy
Molla Qayıb bəy — Qarabağ bəyi, din xadimi, Məhəmmədəli ağanın oğlu. == Həyatı == Molla Qayıb bəy Məhəmmədəli ağa oğlu Veysəlli oymağında dünyaya gəlmişdir. O, ilk təhsilini atasından almış, mükəmməl dini təhsil görmüşdür. Molla Qayıb bəy Qarabağda din xadimi kimi tanınmışdır. O, Cavanşir nəslinə mənsub xanımla ailə həyatı quraraq ömrünün sonuna kimi Şuşada yaşamışdır. Molla Qayıb bəyin Molla Həsən bəy, Qasım bəy adlı iki oğlu olmuşdur. Hazırda Molla Qayıb bəyin nəslindən olanlar Qayıbov soyadını daşıyırlar. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Molla Qayıb bəyin nəslindəndir. == Mənbə == Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar).
Qışlaq-i Qayıb və Məhəmmədəli (Pərsabad)
Qışlaq-i Qayıb və Məhəmmədəli (fars. قشلاق غايب ومحمدعلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Elvin Qayıbov
Elvin Sədrəddin oğlu Qayıbov (26 dekabr 1989; Xaçmaz, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elvin Qayıbov 1989-cu ilin 26 dekabr günündə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. == Hərbi xidməti == Çavuş Elvin Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Elvin Qayıbov Xaçmaz rayonunun Əbilyataq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və çavuş Qayıbov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Fərid Qayıbov
Fərid Fazil oğlu Qayıbov (24 aprel 1979, Bakı) — Azərbaycan Respublikasının gənclər və idman naziri (2021), Azərbaycan Milli Olimpiya Komitəsinin Vitse-prezidenti (2021), Avropa Gimnastikasının prezidenti (2017), Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri (2022). == Həyatı == Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə etmişdir.2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə etmişdir. Evlidir, iki oğlu, bir qızı var. == Fəaliyyəti == === Neft sahəsində fəaliyyəti === 2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin anbarında işləmişdir. 2001–2003-cü illərdə ARDNŞ-nin "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır. === İdman sahəsində fəaliyyəti === Fərid Qayıbov 2003–2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak etmişdir.
Fərrux ağa Qayıbov
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov (2 oktyabr 1891, Aşağı Salahlı, Qazax qəzası – 12 sentyabr 1916) — ilk azərbaycanlı hərbi təyyarəçi, İlya Muromets №16 adlı bombardmançı təyyarənin heyət üzvü, Birinci dünya müharibəsi iştirakçısı və poruçik. == Həyatı == === Erkən illəri === Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Ailədə dörd uşaq atası olan Məmmədkərim ağa özü də hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.Atasını çox erkən itirən Fərrux ağa dövrünün görkəmli maarifçisi, əmisi Səməd ağa Qayıbovun himayəsində böyümüşdür. Doğma kəndi Salahlıda beşsinifli "rus-Azərbaycan məktəbi"ni bitirən Fərrux ağa general Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyub. 1910-cu il iyunun on altısında Tiflis Kadet Korpusunu əla qiymətlərlə bitirəndən sonra, Sankt Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. O, məktəbdə iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənmiş, xüsusilə topdan bacarıqla atəş açdığı üçün birinci mükafat almışdı.
Hüseyn Qayıbzadə
Mirzə Hüseyn Qayıbzadə (24 may (5 iyun) 1830, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası – 20 fevral (5 mart) 1917, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası) — Qafqaz müftisi, ədəbiyyatşünas, müəllim. == Həyatı == Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb.
Hüseyn Əfəndi Qayıbov
Mirzə Hüseyn Qayıbzadə (24 may (5 iyun) 1830, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası – 20 fevral (5 mart) 1917, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası) — Qafqaz müftisi, ədəbiyyatşünas, müəllim. == Həyatı == Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb.
Həmidə Qayıbova
Həmidə Davud qızı Qayıbova — AMEA Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya elmləri doktoru. == Həyatı == Həmidə Davud qızı Qayıbova 23 yanvar 1944-cü il Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətini 1967-ci ildə AMEA Zoologiya İnstitutunda başlamışdır. O, 1969-cu ildə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasına daxil olmuş və aspirantura müddətini, keçmiş SSRİ EA Sitologiya İnstitutu birhüceyrəli orqanizmlərin sitologiyası laboratoriyasında keçmək üçün Sanrt-Peterburq şəhərinə (keçmiş Leninqrada) göndərilmişdir. O, burada "Əsas sahibləri Azərbaycanın müxtəlif ekoloji şəraitində yaşayan bəzi gəmiricilər olan koksidilərin həyat tsiklinin müqayisəli sitikimyəvi tədqiqi" mövzusunda dissertasiya işi üzərində işləmişdir. Aspirantura dövrünü başa vurduqdan və 1973-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyətlə müdafiə etdikdən sonra o, biologiya elmləri namizədi kimi Azərbaycan MEA Zoologiya İnstitutunda işə başlamışdır. Əsas tədqiqat obyekti parazit birhüceyrəıi koksidilərdir. 1995 –ildə aparıcı elmi işçi vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə "Azərbaycanda heyvanların koksidiləri (Coccidia, Sporozoa) və onların həyat dövriyyələrinin morfofunksional xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə isə AAK tərəfindən təsdiqini almışdır.
Mirzə Cavad bəy Qayıbov
Mirzə Cavad bəy Qayıbov — Azərbaycan həkimi, Mirzə Məmmədqulu Təbibin oğlu. == Həyatı == Mirzə Cavad bəy Mirzə Məhəmmədqulu bəy оğlu 1863-cü ildə Şuşa şəhərində dоğulmuşdu. Rus-Tatar məktəbini bitirmişdi. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşıyırdı. Həkimlik fəaliyyəti ilə məşğul idi. Mirzə Cavad bəy 1931-ci ildə vəfat еdib. == Ailəsi == Mirzə Cavad bəy Bilqеyis хanım, Zəhra хanım və Əbuhəyat хanımla dünya еvinə girmişdi. Həsən bəy, Hüsеyn bəy, Ağa adlı оğulları, Məхmənzər хanım və Məhluqə хanım adlı qızları vardı. Uşaq cərrahı, tibb elmləri doktoru, professor Arif Mustafayev Mirzə Cavad bəy Qayıbovun nəticəsidir. == Mənbə == Ənvər Həmidov.
Mirzə Cəfər bəy Qayıbov
Mirzə Cəfər bəy Qayıbov — Qarabağ bəyi, dini məhkəmə işlərinə baxan ruhani, şəriət hakimi, Cəbrayıl qəzasının qazısı, Mirzə Məhəmmədəli bəy Qayıbovun oğlu. == Həyatı == Mirzə Cəfər bəy Mirzə Məhəmmədəli bəy oğlu Qayıbov 1846-cı ildə Şuşada anadan olmuşdur. O, atasının dərs dediyi Şuşa qəza məktəbində oxuduqdan sonra, İranda mükəmməl dini təhsil almışdır. Mirzə Cəfər bəy Qayıbov bir müddət Şuşa məscidinin axundu olmuşdur. 1886-cı ilin məlumatına görə Mirzə Cəfər bəy Qayıbov Cəbrayıl qəzasının qazısı idi. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Mirzə Cəfər bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın nəticəsidir. Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə Cəfər bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın kötücəsidir. == Mənbə == Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). "Soy" dərgisi, 1 (4), 2005.
Mirzə Hüseyn Qayıbov
Mirzə Hüseyn bəy Qayıbov — Qarabağ bəyi, həkim, Mirzə Məhəmmədəli bəy Qayıbovun oğlu. == Həyatı == Mirzə Hüseyn bəy 1852-ci ildə Şuşada anadan olmuşdur. Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə ilk təhsilini Mirzə Məhəmmədəli bəydən alan Mirzə Hüseyn bəy şəriət elmlərini, ərəb, fars dillərini atasından öyrənmişdir. Mirzə Hüseyn bəy uşaq yaşlarından istedadı, qabiliyyəti ilə yaşıdları arasında seçilmişdir. Orxan Zakiroğlu (Baharlı) qeyd edir ki, Mirzə Hüseyn bəy yeniyetməlik yaşlarında daha çox dünyəvi elmlərə maraq göstərirdi. Qeyri-adi istedadı sayəsində artıq o, bir neçə dil bilirdi. Mirzə Hüseyn bəy Peterburqa oxumağa getməmişdən əvvəl rus dilində danışmağı bacarırdı. O, beş il Peterburq Tibb-Cərrahlıq Akademiyasında təhsil almışdır.Orxan Zakiroğlunun (Baharlı) araşdırmasına əsasən Mirzə Hüseyn bəy Qayıbov görkəmcə qarabəniz, ortaboy adam idi. Şuşada doktor Mirzə Hüseyn bəy kimi tanınırdı. Orxan Zakiroğlu (Baharlı) yazır ki, Mirzə Hüseyn bəy Qayıbov xalq təbabətinin gözəl bilicisi olduğu üçün onun müalicə üsulu isə əsasən xalq təbabəti idi.Orxan Zakiroğlu (Baharlı) bildirir ki, Mirzə Hüseyn bəy Qayıbov həyatının sonuna kimi Şuşada həkimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Mirzə Hüseyn Qayıbzadə
Mirzə Hüseyn Qayıbzadə (24 may (5 iyun) 1830, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası – 20 fevral (5 mart) 1917, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası) — Qafqaz müftisi, ədəbiyyatşünas, müəllim. == Həyatı == Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb.
Mirzə Hüseyn bəy Qayıbov
Mirzə Hüseyn bəy Qayıbov — Qarabağ bəyi, həkim, Mirzə Məhəmmədəli bəy Qayıbovun oğlu. == Həyatı == Mirzə Hüseyn bəy 1852-ci ildə Şuşada anadan olmuşdur. Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə ilk təhsilini Mirzə Məhəmmədəli bəydən alan Mirzə Hüseyn bəy şəriət elmlərini, ərəb, fars dillərini atasından öyrənmişdir. Mirzə Hüseyn bəy uşaq yaşlarından istedadı, qabiliyyəti ilə yaşıdları arasında seçilmişdir. Orxan Zakiroğlu (Baharlı) qeyd edir ki, Mirzə Hüseyn bəy yeniyetməlik yaşlarında daha çox dünyəvi elmlərə maraq göstərirdi. Qeyri-adi istedadı sayəsində artıq o, bir neçə dil bilirdi. Mirzə Hüseyn bəy Peterburqa oxumağa getməmişdən əvvəl rus dilində danışmağı bacarırdı. O, beş il Peterburq Tibb-Cərrahlıq Akademiyasında təhsil almışdır.Orxan Zakiroğlunun (Baharlı) araşdırmasına əsasən Mirzə Hüseyn bəy Qayıbov görkəmcə qarabəniz, ortaboy adam idi. Şuşada doktor Mirzə Hüseyn bəy kimi tanınırdı. Orxan Zakiroğlu (Baharlı) yazır ki, Mirzə Hüseyn bəy Qayıbov xalq təbabətinin gözəl bilicisi olduğu üçün onun müalicə üsulu isə əsasən xalq təbabəti idi.Orxan Zakiroğlu (Baharlı) bildirir ki, Mirzə Hüseyn bəy Qayıbov həyatının sonuna kimi Şuşada həkimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Mirzə Məhəmməd bəy Qayıbov
Qayıbov Mirzə Məhəmməd bəy Mirzə Məhəmmədəli bəy oğlu — Qarabağ bəyi, din xadimi. == Həyatı == Mirzə Məhəmməd bəy Qayıbov 1832-ci ildə Şuşada anadan olmuşdur. O, atasının dərs dediyi Şuşa qəza məktəbində oxumuşdur. Mükəmməl mədrəsə təhsili almış Mirzə Məhəmməd bəy Qayıbov Qarabağda din xadimi kimi tanınmışdır. Onun Mehdi bəy, Əbdüləzim bəy adlı iki oğlu olmuşdur. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Mirzə Məhəmməd bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın nəticəsidir. Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə Məhəmməd bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın kötücəsidir. == Mənbə == Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). "Soy" dərgisi, 1 (4), 2005.
Mirzə Nəbi Qayıbzadə
Mirzə Nəbi Qayıbzadə (1810-1869) şair == Həyatı == Mirzə Nəbi əfənd Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Mirzə Nəbi Qayıbzadə XIX əsrin əvvəllərində yaşamış Azərbaycan şairlərdn biri. Abbas ağa Nazir in atasıdır. == Yaradıcılığı == "Bəyani-hal" poemasıOnun yazdığı şerdən ancaq Şair İskəndər ağaya müraciətən inşad qıldığı "Vəsfi-yaran"ı və "Dərdi-pünhan"ı və "Əhvali-dövran"ı bəyan etmək xüsusunda yazdığı əsərdir.
Mirzə Əli bəy Qayıbov
Mirzə Əli bəy Qayıbov — Qarabağ bəyi, dini məhkəmə işlərinə baxan ruhani, şəriət hakimi, Zəngəzur qəzasının qazısı, Mirzə Məhəmmədəli bəy Qayıbovun oğlu. == Həyatı == Mirzə Əli bəy Mirzə Məhəmmədəli bəy oğlu Qayıbov 1838-ci ildə Şuşada anadan olmuşdur. O, atasının dərs dediyi Şuşa qəza məktəbində oxuduqdan sonra, İranda mükəmməl dini təhsil almışdır. Mirzə Əli bəy Qayıbov bir müddət Şuşa məscidinin axundu olmuşdur. 1886-cı ilin məlumatına görə Mirzə Əli bəy Qayıbov Zəngəzur qəzasının qazısı idi. Mirzə Əli bəy Qayıbovun Mahmud bəy adlı oğlu olmuşdur. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Mirzə Əli bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın nəticəsidir. Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə Əli bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın kötücəsidir. == Mənbə == Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar).
Məmmədkərim ağa Qayıbov
Məmmədkərim ağa Qayıbov — hərbçi. Fərrux ağa Qayıbovun atası. == Həyatı == Məmmədkərim ağa hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il 5 avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur. == Ailəsi == Ailədə dörd uşaq atası olan Məmmədkərim ağa Qayıbov Məmmədkərim ağa özü də hərbçi idi.
Məmmədəli bəy Qayıbov
Məmmədəli bəy Səlim bəy oğlu Qayıbov — azərbaycanlı aktyor, tərcüməçi, jurnalist. == Həyatı == Məmmədəli bəy Qayıbov Şuşada dünyaya gəlmişdir. Atası Səlim bəy Rəhim bəy oğlu Qayıbov (1865-...) Şuşanın hörmətli tacirlərindən sayılmışdır.Məmmədəli bəy Qayıbov gənclik illərində müxtəlif teatr truppalarında iştirak etmişdir.Məmmədəli bəy Qayıbov jurnalist fəaliyyəti ilə məşğul olmuş, mətbuat orqanlarında müxtəlif mövzulu yazıları işıq üzü görmüşdür. "Kommunist" və başqa mətbuat orqanlarında işləmişdir.Məmmədəli bəy Qayıbov tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur. == İstinadlar == == Mənbə == Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016 Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri.
Məsum bəy Qayıbov
Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu Qayıbov və ya Nikolay Dmitrieviç Qayibov (d. 1864, Şuşa, Rusiya imperiyası — ö. 1915, Tiflis, Rusiya imperiyası) — məşhur Qayıbovlar nəslinə mənsub olan hərbçi. Çar ordusunda xidmət etmiş və general-mayor rütbəsinə qədər yüksəlmişdir. == Həyatı == Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bakı real məktəbini bitirəndən sonra orduda xidmət eetməyə başlamışdı. 1 sentyabr 1881-ci ildə siravı kadet kimi orduda xidmət etməyə başlayan Məsum bəyin ilk xidmət bölüyü II Konstantinovski Hərbi Məktəbi olmuşdur. 12 avqust 1883-cü ildə podporuçik rütbəsi ilə bu məktəbi bitirmiş və XIV Gürcüstan Qrenadier Alayında xidmət etməyə başlamışdır. 12 avqust 1887-ci ildən 28 aprel 1893-cü ilə qədər Leytenant rütbəsi ilə Mirzə Məsum bəy Qayıbov Qafqaz Hərbi Dairəsində xidmət etmişdir.
Qayıbovlar
Qayıbovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun babası Məhəmmədxan ağa Veysəlli-Otuzikidir. Onun İmamverdi bəy, Məhəmmədəli bəy adlı oğlanları vardı. Məhəmmədxan ağanın ikinci oğlu Məhəmmədəli bəy Qarabağın həm savadlı, həm də seçmə-saytal zadəlarından idi. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı. Qayıb bəy Veysəlli obasında doğulmuşdu. İlk təhsilini atasından almışdı. Sonra Təbriz şəhərinə yollanmış, molla-müctəhidlərin yanında ali təhsil görmüşdü. Sonra Şuşa şəhərinə dönmüş, İbrahimxəlil xanın divan işləri ilə ilgilənmişdi. Vəzarətdə çalışırdı.
Qayıbovlar (Qarabağ)
Qayıbovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun babası Məhəmmədxan ağa Veysəlli-Otuzikidir. Onun İmamverdi bəy, Məhəmmədəli bəy adlı oğlanları vardı. Məhəmmədxan ağanın ikinci oğlu Məhəmmədəli bəy Qarabağın həm savadlı, həm də seçmə-saytal zadəlarından idi. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı. Qayıb bəy Veysəlli obasında doğulmuşdu. İlk təhsilini atasından almışdı. Sonra Təbriz şəhərinə yollanmış, molla-müctəhidlərin yanında ali təhsil görmüşdü. Sonra Şuşa şəhərinə dönmüş, İbrahimxəlil xanın divan işləri ilə ilgilənmişdi. Vəzarətdə çalışırdı.
Rəşid Qayıbov
Qayıbov Rəşid Abdulla oğlu (1898, Qazax qəzası – 3 iyul 1938, Bakı) – Repressiya qurbanı. Rəşid Qayıbov Azərbaycan SSRİ DİXK tərəfindən əksinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. 1933-cü ildə Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi idarəsi tərəfindən həbs edilmiş, amma ittiham sübut olunmadığı üçün azad edilmişdir. DİXK tərəfindən 1937-ci ilin noyabrında yenidən həbs edilib.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Kələk (qayıq)
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi pələ ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Kələk isə öz həcminə görə pələdən üç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurudu. Kələyə bağlamış tuluqların sayı isə 12-16 ədədə çatırdı. Kələk də çəp vasitəsilə idarə olunurdu və təxminən 150-170 puda qədər yük götürə bilirdi. Culfanın Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üçtəpədə digər sahilə çıxa bilirdi.
Hacı Qayib hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Qayış (mifologiya)
Qayış — türk, anadolu və altay xalq inancında mifik canlı. Anadoluda "Kayış Bacak" və ya "Kayış Baldır" olaraq da deyilər. Lohusalara müsəllət olub hava karardıktan sonra ortaya çıxaraq tan vaxtına qədər gəzər. Əyri qıçlı, qorxunc görünüşlü bir varlıqdır. Lohusanın çiyinlərinə ayaqları öndən sarkacak şəkildə sıx yerləşir və gəzməsini, gəzişməsinə istər. Öz ayaqları üzərində dayanıb gedə bilməz. Bunun üçün də insanları aldadıb, onun boynuna minər. Sonra qayış ayaqlarını onun belinə dolayıb onu buraxmaz. Əlsiz və ayaqsız bir qoca görünümündədir. Çay kənarında oturub, yazıq bir görünüşlə boynunu büküb oradan keçənlərdən, onu çiyininə alaraq çayın digər sahilinə keçirmələrini istər.
Qayış (texnika)
Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir. Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. == Tarixi == İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. == Altı yelkənli yal == YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Qayı boyu
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. == Tarixi == Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. == Qalereya == == Mənbə == Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Qayı sülaləsi
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. == Tarixi == Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. == Qalereya == == Mənbə == Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsi ilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Vətənə qayıt (roman)
Vətənə qayıt — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin 1973-cü ildə qələmə aldığı roman. == Haqqında == Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel, bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. "Vətənə qayıt" əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. Romanın başlanğıcı olan "Beş qız idik..." hekayəsi xüsusilə diqqət çəkir. Təsvir edilən hadisə Azərbaycan xalqının faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır. Əsərin qəhrəmanlarından biri olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir. Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir. XVIII əsrdə artıq böyük ticarət mərkəzi olan Şamaxı həm də elm, mədəniyyət və memarlıq sahəsində böyük müvəffəqiyyət qazanmışdır.
Bars tipli sualtı qayıq
"Bars" tipli sualtı qayıq — XX əvvəllərində Rusiya sualtı qayıqlarının seriyası. "Bars"lar Baltik dənizində Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi zamanı fəal iştirak etmişdir. Onların fəal xidməti 1930-cu illərə qədər davam etmişdir. Bu seriya o illərdəki bütün Rusiya sualtı layihələrinin əksəriyyətini təşkil edirdi. 24 qayıqdan 20-si tamamlanmış, 4-ü Birinci Dünya müharibəsində batmış, 3-ü sülh dövründə batmış, 4-ü Almaniya tərəfindən qənimət kimi götürülmüşdür. "Bars" sualtı qayıqların tikintisi üzrə professor və mütəxəssis İvan Bubnovun beşinci layihəsi olmuşdur. İlkin mərhələdə layihənin ilk variantı "Morj" tipi ilə eyni vaxtda hazırlanmışdır, ondan daha böyük yerdəyişmə, yanacaq tutumu və mühərrik gücü ilə fərqlənirdi. Bəzi mənbələrdə "Bars" tipi "II Morj seriyası", Nikolayevdə inşa edilmiş altı gəmi isə "Qu quşu" və ya "III Morj seriyası" kimi təsnif edilir. Vəsait çatışmazlığı səbəbindən belə gəmilərin tikintisinə başlanılmamışdı, 1912-ci ilin martında sifarişlərin olmaması səbəbindən İvan Bubnov Baltik gəmiqayırma zavodundan istefa vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. А. Ковалёв.
Sualtı qayıq (film, 1981)
Das Boot, 1979-cu ildə çəkilmiş və 1981-ci ildə efirə çıxmış İkinci Dünya Müharibəsindəki bir U-96 adlı tip 7 sinifindəki Alman U-bot heyəti haqqında olan epik döyüş filmidir. 55-ci Akademiya Mükafatlarında Das Boot ən yaxşı rejissor da daxil olmaqla altı mükafata namizəd göstərildi. Bu günə qədər film, bir Alman filmi üçün ən çox Akademiya Mükafatı nominasiyaları rekordunu əlində saxlayır. Filmdə heç bir təbliğat elementi yoxdur. Alman dilində çəkilən təxminən 3,5 saatlıq filmin rejissoru Wolfgang Petersendir. Alman dənizçilərinin müharibə dövründəki həyatının psixoloji vəziyyətini əyani vizualla təsvir edir.1980-ci ildəki premyerasında dövrün məşhur insanları filmin sonunda Wolfgang Petersonu ayaqda alqışlamışdırlar. Digər müharibə filmlərində olmayan bir element bu filmə daxil edilmişdir; Müharibənin humanitar ölçüsü ortaya qoyulmuşdur. == Filmin məzmunu == İkinci Dünya Müharibəsində xidmət edən U-96 tipli bir Alman sualtı qayığı Atlantik okeanında normal patrul dövrüyyəsinə çıxır. Gəmidəki ekipaja əlavə olaraq bir zabit də sualtı qayıqda baş verənləri qeyd etmək üçün ekspedisiyada iştirak edir. Gəmi normal gedişində olduğu zaman, destroyerlərin mühafizəsi olmadan okeanda üzən 5 gəmidən ibarət bir donanma ilə qarşılaşır.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Sualtı qayıq "T-9" (film, 1943)
== Məzmun == Kinopovestdir. Filmdə İkinci Dünya müharibəsi illərində dənizçilərin göstərdikləri hünərdən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Bədii rəhbər: Qriqori Aleksandrov Ssenari müəllifi: Aleksandr Şteyn, İohann Zeltser Quruluşçu rejissor: Aleksandr İvanov Rejissor: Nikolay Leşşenko Quruluşçu operator: Nikolay Renkov Operator: Muxtar Dadaşov Quruluşçu rəssam: Yuri Şvets, Əlisəttar Atakişiyev Rəssam: V.Kaşenko Bəstəkar: Boris Zeydman Səs operatoru: Əziz Şeyxov Qrupun direktoru: İ.Yermolayev Rejissor assistenti: G.Əliyev, V.Medvedkina, Əlisəttar Məlikov Operator assistenti: Kazım Həsənov Mahnıların Mətni: L.Zaltsman Quraşdırılmış səhnələrin rəssamı: Yuri Şvets, Mirzə Rəfiyev === Rollarda === Oleq Jakov — Kostrov İsmayıl Dağıstanlı — Dəmirov Boris Çinkin — Çibisov Viktor Şarlaxov — Minayev Boris Baykov — Sergeyev Kazım Ziya — Almazov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. M. Əmrahov.
Daşpolad Tayib
Daşpolad Tayib (uyğ. تاشپولات تېيىپ, çin. ənən. 塔西甫拉提・特依拜, pinyin: tǎxīfǔlātí tèyībài; 1958) — uyğur əsilli Çin coğrafiyaşünası. 2010-cu ildən 2017-ci ilədək Sincan Universitetinin prezidenti vəzifəsində çalışmış olan Tayibə Çin hökumətinin keçirdiyi gizli məhkəmədə ölüm hökmü verilmişdir. == Həyatı == Daşpolad Tayib 1958-ci ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. Tayib 1978-ci ildə coğrafiya təhsili almaq üçün Sincan Universitetinə daxil olmuş və 1983-cü ildə oradan məzun olmuşdur. O, 1988-ci ildə Yaponiyaya, Tokio Elm Universitetində magistr və doktorantura təhsili almaq üçün getmiş və burada 1992-ci ilin martında tətbiqi coğrafiya üzrə mühəndislik fəlsəfə doktoru olmuşdur. Tayib 1993-cü ildə Sincan Universitetinin Coğrafiya fakültəsində professor vəzifəsinə təyin edilmişdir. O, 1996-cı ildə Sincan Universitetinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2010-cu ildə Sincan Universitetinin prezidenti, o cümlədən universitetdə Çin Kommunist Partiyası katibinin müavini vəzifəsinə təyin edilmişdir.Daşpolad Tayib 2008-ci ildə Fransa-mərkəzli Praktiki Ali Tədqiqatlar Məktəbindən fəxri doktorluq dərəcəsi almışdır.
Nayib Bukele
Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981, San Salvador) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı. Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir. Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu.
Nayib Qasımov
Nayib Qasımov (tam adı: Nayib Akif oğlu Qasımov; 12 iyun 1997; Masallı, Azərbaycan — 6 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nayib Qasımov 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar кənd tam orta məкtəbində təhsil alıb. == Hərbi xidməti == Nayib Qasımov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nayib Qasımov oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb.
Qalib Ağayev
Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 22 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azərbaycan SSR əməkdar iqtisadçısı (1991). == Həyatı == Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş, Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir.22 sentyabr 2015-ci ildə vəfat etmişdir.
Qalib Cəfərov
Qalib Cəfərov (7 aprel 1989, Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazaxıstanlı həvəskar-boksçu, dünya və Asiya çempionu. Qazaxıstan Respublikasının əməkdar idman ustası. == Həyatı == Qalib Cəfərov 7 aprel 1989-cu ilda Temir şəhərində azərbaycanlı ailəsində anadan olub. Kudayberqen Jubanov adına Aqtöbə Dövlət Universitetinin "bədən tərbiyəsi və idman" fakültəsini bitirib.
Qalib Həsənoğlu
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. == Həyatı == Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Məmmədov
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. == Həyatı == Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Nurizadə
Qalib Habil oğlu Nurizadə (10 iyun 1996, Gəgiran, Lənkəran, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qalib Nuruzadə 10 iyun 1996-cu ildə Lənkəran rayonu Gərgiran kəndində dünyaya gəlib. Lənkəran şəhər, Gəgiran kənd orta məktəbində təhsil almışdır. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qalib Nurizadə, Füzuli, Şuşanın azad edilməsində savaşıb. 5 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Qalib Nurizadə Lənkəranda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qalib Nurizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Qalib Qarayev
Qalib Şalon oğlu Qarayev (17 yanvar 1947, Qaryagin) — tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi == Həyatı == Qalib Şalon oğlu Qarayev 17 yanvar 1947 ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. O, 1953–1963 illərdə Qarğabazar kənd orta məktəbində oxumuş, 1966–1972 illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) ali təhsil almışdır. Qalib Qarayev ali təhsil aldığı illərdə tələbə elmi cəmiyyətinin fəal üzvü olmuş və 1970 ildə "Ən yaxşı tələbə elmi işi" Ümumittifaq müsabiqasinin "Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqat işi bürünc medala layiq görülmüşdür. Qalib Qarayev 1972–1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1982 ildən Elmi-Tədqiqat Mərkəzin direktorudur. Qalib Qarayev "Sağlamlıq" jurnalının baş redaktorudur. Uzun illər AAK-nın ekspert şurasının üzvü olmuş, elmi katibi vəzifəsində çalışmışdır. Dissertasiya müdafiə şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Qalib Qarayev 2013 ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilmişdir. Rusiya Federasiyası alimləri ilə birlikdə sünii ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərini nəzərə alaraq 2014 ildə Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü seçilmişdir.
Qalib Qasımov
Qalib Əhməd oğlu Qasımov (31 mart 1978, Zod kəndi) — Sənətşünas, qalerist, mentor, ekspert, Contemporary Baku şirkətinin təsisçisi və direktoru. == Həyatı == Qalib Qasımov 31 mart 1978-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. Orta məktəbi 1995-ci ildə Xanlar rayonunda bitirmişdir. 1997-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bakalavr, 2004-2006-cı illərdə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertanturasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 17 mart 2022-ci il tarixli qərarına əsasən sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 25-i elmi olmaqla, Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiyada çap olunmuş onlarla məqalənin, Azərbaycan rəssamlarının kataloq və kitablarının ön sözlərinin, "Təsviri sənətdə ənənə və müasirlik" (Bakı-2022) kitabının müəllifi, beynəlxalq səviyyəli elmi konfransların iştirakçısıdır. 2021-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının 24-cü qəbul SADİMAK-nu bitirmişdir. == Karyerası == Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan İstiqlal Muzeyində başlamışdır.
Qalib Qurbanov
Qalib İslam oğlu Qurbanov (1945) — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Zaqatala Rayon Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi. == Həyatı == Qurbanov Qalib Islam oğlu 1945-ci ildə anadan olub. 1952-ci ildə Zaqatala şəhəri 2 nömrəli orta məktəbə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakultəsinə qəbul olunub və 1969-cu ildə institutu bitirərək mühəndis-elektromexanik ixtisası alıb. Əmək fəaliyyətini 1965-ci ildə başlayıb. Müvafiq olarak "AzərDənizNeftTikinti" Trestinin 3 nömrəli TQİ-də fəhlə, "VOTQEO" Ümümittifaq Elmi Tədqiqat İnstitutunda, Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda, Azərbaycan Dəmir Yollarında, Ət və Süd Sənayesi Nazirliyi SMK-da müxtəlif texniki-mühəndis vəzifələrində işləyib. 1971–1972-ci illərdə hərbi xidmətdə olub. 1972–1979-cu illərdə "Azerenerji"nin enerjisatış idarəsində mühəndis-müfəttiş, qrup rəhbəri, "Dövlətenerjinazarət"in rəis müavini vəzifələrində işləyib. Evlidir. İki övladı var.
Qalib Zülfüqarlı
Qalib Laim oğlu Zülfüqarlı (d. 20 dekabr 1992; Lənkəran, Azərbaycan — ö. 27 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Qalib Zülfüqarlı 1992-ci ilin 20 dekabr günündə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub. Qalib Zülfüqarlı nişanlı idi, yaxın günlərdə toy mərasimi baş tutmalı idi. == Hərbi xidməti == Leytenant Qalib Zülfüqarlı 2016-cı ildə, martın 27-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 27-si isə Qalib Zülfüqarlı doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Zülfüqarlı uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Ekspress qəzetinin redaktoru, Həsən bəy Zərdabi mükafatçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş. Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib. === Təhsili === 1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === 1994-c ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb. 1997-ci ildə "Bu gün" qəzeti baş redaktorunun I müavini, "Hürriyyət" qəzetinin baş redaktoru vəzifəsində işləyib.
Qalib İmanov
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — Tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012), invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri. == Həyatı == Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir. Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir. 2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.
Qalib Əfəndiyev
Qalib Əfəndiyev (Əfəndiyev Qalib Məmməd oğlu; d. 09.05.1946, Bakı) — texnika elmləri doktoru, Professor, AMEA müxbir üzvü (26.04.2007). == Həyatı == Əfəndiyev Qalib Məmməd oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970–1996-cı illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, "Qazımada geoloji-texnoloji proqnozlaşdırma" sektorunun rəhbəri işləmiş, 1996-cı ildən "Quyuların qazılmasının geoloji şəraiti" şöbəsinin rəhbəri, 2003-cü ildən bu günə kimi isə, AMEA-nın Geologiya və Geofizika İnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir. 1985-ci ildə "Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1997-ci ildə isə "Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əfəndiyev Q. M. ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla bərabər elmi və pedaqoji fəaliyyət göstərir. 2007-ci ildə o AMEA-nın müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Əfəndiyev Q. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağılması prosesləri və süxurdağıdıcı alətin işi; quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması (Anomal Yüksək Lay Təzyiqləri zonalarının, udulma intervallarının və s.
Qalib Əhmədov
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.
Mayıs
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.Mayis Laçın rayonunun kiçik kəndlərindən biridir. Qarabağ xanlığı dövründə və ondan da əvvəl Mayis kəndinin ərazisi indiki Qarıqışlaq kəndində yaşayan sakinlərin yaylaq yeri olmuşdur.
Payız
Payız vəya güz — ilin dörd fəslindən biri.
Qadın
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. == Qadın tarixi == İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngiliscə söz olan və History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər lakin bu məcburi deyildir. == Qadın haqları == 2009-cu ilin yanvar ayından etibarən Dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın nüfuzu 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. ===== Siyasət ===== Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Qahab
Qahab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı Qahabçayın adından yaranmışdır. Bu toponim fars dilindəki gah (düzən) və ab (su) sözlərindən ibarət olub "düzən çayı" mənasını bildirir. == Tarixi == === Tarixi abidələri === Qahab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qahab kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə bünövrəsi XX əsrin əvvəllərində qoyulmuş Qahab kənd məscidi yerləşir. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qalış
Galışlar və ya Galeşlər (Söz Sanskrit dilində "inəkçi" mənasını verir) — Gilan və Mazandaranın dağlarında yaşayan köçəri xalqdır ki Qalış dialektində danışırlar. Anzolu/Anzoli, Bradi, Bürsülüm/Bırsılım, Conu/Coni, Çayrud, Tülü/Tüli, Hamarat, Rvarud, Siyov/Siov, Veri kəndlərində (Lerik rayonu), Biləsər, Daştatük, Rəzvan/Razano, Rvo kəndlərində (Lənkəran rayonu), və Miyanku kəndində (Masallı rayonu) yaşayırlar.
Qamış
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir. Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir. Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Qayda
Qayda – 1)nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Məsələn, qaydaya salmaq, şeyləri qaydada saxlamaq, qayda yaratmaq; 2)bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Məsələn, seçki qaydaları, intizam qaydaları; 3)üsul. [[1]] [ölü keçid]] == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qayma
Qayma- (rus. глыба, ing. block, massiph) 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.