QALXMA

сущ. от глаг. qalxmaq
1. восхождение. Zirvəyə qalxma восхождение на вершину
2. взлет
3. подъём. Qalxma bucağı мат. угол подъема
4. подпор. Qalxma yüksəkliyi тех. высота подпора (подтока)
QALXIZMAQ
QALXMAQ
OBASTAN VİKİ
Qalxma
Qalxma; uçmağı bacaran canlıların və təyyarələrin yer, su və digər səthlərlə təmasının kəsilməsi və uçmağa başlaması. Kosmik gəmilərin və raketlərin yerdən böyük bir bucaq yaradacaq şəkildə rampadan etdiyi qalxmaya əsasən fırlatma deyilir. Bir cismin qalxması üçün, daşıyıcı qüvvənin cazibə qüvvəsini üstələməsi lazımdır. Təyyarələr şaquli qalxma və üfüqi qalxma edə bilənlər kimi ikiyə bölünür. Bəzi hibrid nəqliyyat vasitələri həm şaquli, həm də üfüqi şəkildə qalxma həyata keçirdə bilirlər. Əksər sabit qanadlı təyyarələr yerdə sürətlənirlər ki, qanadlarda nəqliyyat vasitəsini havaya qaldırmağa yetəcək qədər qüvvə olsun. Helikopterlər kimi fırlanan qanadlı nəqliyyat vasitələri də paletlərdə olan daşıma qüvvəsi ilə qalxmanı həyata keçirirlər. İsti hava balonları isə içərisindəki isti havanın xaricdəki havadan daha yüngül olması səbəbinə görə batmazlıq qüvvəsi sayəsində qalxma həyata keçirirlər.
Şaquli enmə-qalxma
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).
Alfa qalxması
Alfa qalxması — nəhəng vulkanik sualtı silsilə Şimal Buzlu okeanın daxili ilə uzanır. Silsilə Kanada və Lomonosov çökəklikləri arasında yerləşir. Ən hündür nöqtəsi 2700 metr təşkil edir. Eni 200—450 kilometrdir. Silsilə ilk dəfə 1963-ci ildə aşkarlanır. 1983-ci ildə araşdırılmışdır.
Avstraliya-Antarktika qalxması
Avstraliya-Antarktika qalxması — Hind okeanının cənub-şərq hissəsində, 80 və 160° ş. u arasında yerləşir. Silsilə Mərkəzi Hind silsiləsi və Cənubi Sakit okean silsiləsi ilə dərhəd təşkil edir. Uzunluğu 6000–6500 km, eni isə 500–550 km arasında dəyişir. Maksimal 800 km-dir. Ən aşağı dərinliyi 1145 m təşkil edir. == Sərhədləri == Silsilənin qərbində Amsterdam və Sen-Pol adaları yerləşir. Şimalda Mərkəzi Hind silsiləsinə keçir. Burada Amsterdam qırılması ilə ayrılır. Şərqdə isə silsilə Makkuori üçlük nöqtəsində Makkuori silsiləsi və Cənubi Sakit okean silsiləsinə keçir.
Bofort qalxması
Bofort qalxması — sualtı silsilə Şimal Buzlu okeanın Amundsen körfəzində yerlləşir. Bofort qalxması materik şelfi ilə nəhəng pilləsi əmələ gətirir. Qərbində Kanada çökəkliyi yerləşir. Su səthindən dərinliyi 1000-2500 m arasında dəyişir. Bofort qalxması öz adını ingilis admiralı Frensis Bofortun şərəfinə adlandırılmışdır.
Qərbi Çili qalxması
Qərbi Çili qalxması — sualtı silsilə Sakit okeanda yerləşir. Cənubi Amerikanın şelf zolağından başlayaraq Şərqi Sakit okean silsiləsinə keçir. Uzunluğu 2000 km, eni 400–600 km təşkil edir. Dərinlik 3000–3500 m, minimal isə 2068 metrdir. Ümumi hündürlüyü isə 1500 metr təşkil edir. Burada dekresiya ərazilərinin dərinliyi çatır.

Digər lüğətlərdə