Koriolis qüvvəsi
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir .
Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır .
Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir .