qaraayağ
qarabaqara
OBASTAN VİKİ
Dağlıq Qarabağ
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının cənub-qərb bölgəsi olan Qarabağın dağlıq hissəsi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıyaalmaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur. Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. Ermənidilli mənbələrdə bölgənin adı "Artsax" kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır.
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.
Keçəldağ (Qarabağ)
Keçəldağ — Azərbaycanda, Qarabağ yaylasında hündürlüyü 3,171 metr (10,404 ft) olan sönmüş vulkan konusudur. Üst Pliosenin vulkan suxurlarından təşkil olunmuşdur. Yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir. Zirvəsi qayalıqdır. Alp çəmənlikləri, perlit yatağı var. Kəlbəcər rayonu ərazisindədir. Həkəri çayı hövzəsini və qismən də Tərtərçayın yuxarı hövzəsini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə lava və vulkanogen-prolüvial çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər, dağarası çökəkliklər səciyyəvidir. Suayırıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələrinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terraslar müşahidə edilir.
Qarabağ-2
Qarabağ-2 FK — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qarabağ" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Əvəzedicilər Liqasında çıxış edir. Komanda 2018-ci ildə yaradılmışdır.[mənbə göstərin]Hal-hazırda Azərbaycan Əvəzedicilər Liqasında mübarizə aparır. 20 may 2018-ci il məlumatlarına əsasən.
Qarabağ (Füzuli)
Qarabağ — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi XIX əsrdə Qarabağdan gəlmiş ailələr tərəfindən salınmışdır.[mənbə göstərin] Qarabağ Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Araz çayının sol sahilində, Mil düzündədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 759 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarabağ (Takistan)
Qarabağ- İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin Nərcə qəsəbəsində yerləşən kənddir.2006-cı ilin siyahıya alınması əsasında bu kənd 372 nəfər və 103 ailədən ibarət idi.
Qarabağ (Urmiya)
Qarabağ — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən kənddir. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1303 nəfər və 389 ailədən ibarət idi. Kəndin bütün əhalisi yerli Azərbaycan türklərindən ibarətdir.
Qarabağ (dəqiqləşdirmə)
Qarabağ aşağıdakı mənalarda gələ bilər: Qarabağ — Cənubi Qafqazda tarixi-coğrafi bölgə. Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb hissəsində bölgə. Qarabağ bəylərbəyliyi — Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Qarabağ (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən kənddir. Qarabağ (Şiraz) — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində yerləşən qəsəbədir. Qarabağ (Takistan) — İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində yerləşən kənddir. Qarabağ rayonu (Kabil) — Əfqanıstanın Kabil vilayətinin rayonlarından biri. Qarabağ rayonu (Qəzni) — Əfqanıstannın Qəzni vilayətinin rayonlarından biri. Qarabağ selestin yatağı — Qırğızıstanda selestin yatağı. Qarabağ — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu.
Qarabağ (mahnı)
Qarabağ və ya daha çox Anadır arzulara hər zaman Qarabağ adı ilə tanınan — Bəhram Nəsibovun mahnısıdır. Mahnı 1968-ci ildə yazılmışdır. İlk dəfə mahnını 1972-ci ildə Arif Babayev ifa etmişdir. Mahnı 2009-ci ildə TRT-nin təşəbbüsü ilə "Türk Dünyasında Savaşların Müzikteki İzleri" adlı alboma daxil edilmişdir. Albomdakı mahnını Ali Haydar Gül ifa etmişdir. Sözləri və musiqisi Bəhram Nəsibova aiddir.
Qarabağ (qəzet)
Qarabağ (qəzet, 1919)
Qarabağ (Şiraz)
Qarabağ — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində yerləşən dehestandır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 31337 nəfər və 7553 ailədən ibarət idi.
Qarabağ (Əfqanıstan)
Qarabağ (fars. قره‌باغ‎) — Əfqanıstanın Kabil vilayətinin Qarabağ vulusvalisində şəhər. Ərazisində 15.000 nəfər əhali yaşayır. 2002-ci ilin statistikasına əsasən əhalinin 60 %-i taciklərdən və 40 % isə puştunlarından ibarətdir. Bəzi tarixi mənbələr Qızılbaşların İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. Əfqanıstanda baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabagh bölgəsi olmuşdur. Belə ki, bütün təhsil və sağlıq müəssisələri dağıdılmış, kənd təsərrüfatı yararsız hala salınmış və bütünlüklə infrastruktur yerlə yeksan edilmişdir. Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. Birləşmiş Millətlər Təşkilatı 2002-ci ildə bu ərazilər haqqında xüsusi sənəd hazırlamış və dünyada ən çox yardım edilməsi lazim olan ərazilərin siyahısına əlavə etmişdir.
Qarabağ FK
Qarabağ FK — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu. "Qarabağ" klubu bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir (ikinci "Neftçi" klubudur). 1951-ci il tarixində, Ağdam şəhərində "Məhsul" idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub. Klub daimi olaraq "Qarabağ" adlanana, yəni 1987-ci ilə kimi "Məhsul", "Şəfəq" və "Kooperator" olmaqla üç fərqli ad ilə çıxış etmişdir. 1993-cü ilin 23 iyul tarixində Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını Ağdam şəhərindən uzaqda yerləşən stadionlarda keçirir. "Qarabağ" 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. "Qarabağ" tarixində 11 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuşdur. "Qarabağ" eyni ildə həm ölkə çempionu olan, həm də ki ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur. "Qarabağ" avrokuboklarda mərhələ keçən ilk, Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə, avrokuboklarda qrup mərhələsini keçərək play-offa yüksələn ilk və yeganə Azərbaycan klubudur. "Məhsul": 1951–1977 "Şəfəq": 1977–1982 "Kooperator": 1982–1987 "Qarabağ": 1987–2001 "Qarabağ-Azərsun": 2001–2004 "Qarabağ": 2004-cü ildən indiyə kimi Qeyd edək ki, komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə 1987-ci ildə yaranmışdır.
Qarabağ Müharibəsi
Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi. Keçmiş DQMV-də Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşayiət olunmuşdur. Baş verənlərin fonunda, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı. Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi. Bu zaman kəsiyində, DQMV-nin yerli parlamenti DQMV-nin Ermənistanla birləşdirilməsinin lehinə səs verib, referendum keçirdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin referendumu boykotuna baxmayaraq erməni əsilli seçicilərin əksəriyyəti sözügedən aktın lehinə səs verərək münaqişənin yeni qarşıdurmalar fazasına keçid etməsini sürətləndirdi. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur.
Qarabağ Xanlığı
Qarabağ xanlığı — (1748-1822) Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı. 1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi.
Qarabağ atları
Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII–XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən "Sumqanda" adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.24 km/saat) qaçmaqla qeydə alınıb.
Qarabağ atı

Qarabağ azanı
Qazi Qarabağ azanı — Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində səsləndirilən son azandır. Bu azanı sonuncu dəfə işğaldan əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində Hafiz Sədrzadə səsləndirmiş və lentə köçürülmüşdür. Əslən şuşalı olan Hafiz Sədrzadə Qarabağın məşhur Seyid Ağa nəslindəndir. 1939-cu ildə Ağdamda doğulmuşdur. Atası Məhəmməd Mürşidzadə Ağa Şuşanın müctəhidi olub, 1875-ci ildə doğulub, 1958-ci dünyasını dəyişib. Öz dövründə savadlı ruhani kimi tanınıb. 1918-ci ildə erməni qırğını zamanı Qarabağ bölgəsindən özü ilə bir neçə hörmətli şəxsi də götürüb Türkiyəyə pənah aparıb, orada Atatürklə, Nuru Paşa və Ənvər Paşa ilə görüşüblər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsində onların bu səfərinin də rolu olub. 20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəhbə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin fevral ayının 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən "Cümşüd" məscidində keçirilən mitinqdə səsləndirilmişdir.
Qarabağ bəylərbəyliyi
Qarabağ bəylərbəyliyi və ya Gəncə bəylərbəyliyi — Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasındakı 3 Azərbaycan mərkəzindən biri idi. Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Bəylərbəylik doqquz mahal və iki ölkəyə bölünürdü. Zəyəm mahalı — Hazırkı Şəmkir rayonunun Zəyəm (Şəmkir) ərazisində yerləşib. Bərgüşad mahalı — Hazırkı Qubadlı rayonunun ərazisində yerləşib. Pəmbək mahalı Loru mahalı — Hazırkı Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonunun ərazisində yerləşib. Qaraağac mahalı — Hazırkı Ağdam və Ağcabədi ərazisində yerləşib.
Qarabağ bəyləri
Qarabağ bəyləri — Azərbaycanın Qarabağ bölgəsinə mənsub zadəganlar:
Qarabağ dağlaləsi
Qarabağ dağlaləsi (lat. Tulipa karabachensis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyada nadir endemik növdür. Şuşa (Şuşa və Turşsu sovxozu ətrafında), Əsgəran (Topxana) və Hadrut (Domu, Tağ, Tuğ kəndləri ətrafında) rayonlarında yayılmışdır. Dəniz səviyyəsindən 1800 m hündürlüyə kimi daşlı-çınqıllı yamaclarda bitir. Tək-tək rast gəlir, bəzən də kiçik cəngəlliklər əmələ gətirir. Çoxillik ot bitkisidir. Soğanaq 1,5-2 sm diametrində qonur qınla örtülüdür. Qın daxilində tükcüklüdür. Gövdə 40-50 sm hündürlükdədir.
Qarabağ düyünü
Qarabağ düzü
Qarabağ düzü — Kür çayının sağ sahilində, Kiçik Qafqaz dağları ilə Kür çayı arasında yerləşən ərazi. Beyləqan, İmişli, Ağcabədi, Ağdam Bərdə rayonlarının ərazilərini əhatə edir. Məhsuldar torpaqları olan düzdə pambıq, taxıl əkilir.
Qarabağ güləvəri
Qarabağ güləvəri - (lat. Centaurea karabaghensis (Sosn.) Sosn.) Asterkimilər – (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdə 25-35 sm hündürlüyündə, yarpaqlar üst tərəfdən yaşıl, alt hissədən bozumtul keçətüklü; kökətrafı yarpaqlar əsasən uzunsov, lələkvari bölümlü, yumurtavari seqmentli; orta gövdə yarpaqları lələkvari; ən yuxarıdaki yarpaqlar azalmış, liraşəkilli, bütöv və ya bir neçə dişcikli, lansetşəkilli sanki səbəti bürümüşdür. Səbətlər orta böyüklükdə; sarğı yumurtşəkilli silindirvari, 1,5-2 sm enində; sarğı yarpaqları enli yumurtşəkilli, tutqun, kənarları qəhvəyi, ağ saçaqlı; çiçəktünd-qırmızıdır. Çiçəkləmə və meyvə əmələgətirmə iyun-avqsut aylarına təsadüf edir. Kserofit, quru, daşlı yamaclarda rast gəlinir. İşıqsevən, duzlaşmaya davamlı bitkidir. Toxumla çoxalır, müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Qarabağ gəvəni
Dağlıq Qarabağ (1948)
Dağlıq Qarabağ — 1948-ci ildə çəkilmiş film. Film Dağlıq Qarabağ Muxtar Vilayətinin 25 illiyinə həsr olunmuşdur.
Dağlıq Qarabağ (1977)
Dağlıq Qarabağ — 1977-ci ildə çəkilmiş film. Televiziya filmi Dağlıq Qarabağ Muxtar Vilayətinə, onun tarixinə, sakinlərinə, mədəni həyatına, sənaye və kənd təsərrüfatına həsr olunmuşdur.
Dağlıq Qarabağ (dəqiqləşdirmə)
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsi. Dağlıq Qarabağ (film, 1948) — Azərbaycan filmi. Dağlıq Qarabağ (film, 1977) — Azərbaycan filmi.
Dağlıq Qarabağ (film, 1948)
Dağlıq Qarabağ — 1948-ci ildə çəkilmiş film. Film Dağlıq Qarabağ Muxtar Vilayətinin 25 illiyinə həsr olunmuşdur.
Dağlıq Qarabağ (film, 1977)
Dağlıq Qarabağ — 1977-ci ildə çəkilmiş film. Televiziya filmi Dağlıq Qarabağ Muxtar Vilayətinə, onun tarixinə, sakinlərinə, mədəni həyatına, sənaye və kənd təsərrüfatına həsr olunmuşdur.
Dağlıq Qarabağ Muxtar Vilayəti
Dağlıq Qarabağ Muxtar Vilayəti (azərb-kiril. Дағлыг Гарабағ Мухтар Вилајәти) — Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsində 1923–1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil olmuşdur. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib. 1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası "DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" qərar qəbul etdi. Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir, lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur.
Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsi
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi — Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərmiş regional komitəsi. Vilayət 7 iyul 1923-cü ildə yaradılmışdır və 26 noyabr 1991-ci ildə ləğv edilmişdir. Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi Sovet İttifaqı Kommunist Partiyasının vilayət üzrə mərkəzi partiya orqanı kimi hesab olunmuşdur. Vilayət Komitəsinin birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və ya Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinib baş katibi təyin edirdi. Vilayətin tarixində 23 nəfər birinci katib olmuşdur. Onlardan 2 nəfər etnik azərbaycanlı, 2 nəfər rus əsilli, 19 nəfəri isə erməni əsilli olmuşdur. Vilayət Komitəsinin ikinci katibi birinci katibin idarəetmə məsələləri üzrə köməkçisi hesab edilirdi.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Katibləri

Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan və ermənilər tərəfindən işğal olunmuş 7 rayon
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Dağlıq Qarabağ Müdafiə Ordusu
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Dağlıq Qarabağ Müharibəsi
Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi. Keçmiş DQMV-də Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşayiət olunmuşdur. Baş verənlərin fonunda, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı. Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi. Bu zaman kəsiyində, DQMV-nin yerli parlamenti DQMV-nin Ermənistanla birləşdirilməsinin lehinə səs verib, referendum keçirdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin referendumu boykotuna baxmayaraq erməni əsilli seçicilərin əksəriyyəti sözügedən aktın lehinə səs verərək münaqişənin yeni qarşıdurmalar fazasına keçid etməsini sürətləndirdi. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur.
Dağlıq Qarabağ Respublikası
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələri
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Dağlıq Qarabağ Respublikası bayrağı
Qondarma Dağlıq Qarabağ Respublikası — heç bir ölkə tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı. Bayrağın iki kənarından başlayaraq və həmin tərəfdən məsafənin üçdə birinə bərabər nöqtədə birləşən, ağ rəngli, beşdişli, pilləli xalça naxışının əlavə olunduğu Ermənistan bayrağından hazırlanmış bayraq 2 iyul 1992-ci ildə qəbul edilmişdir. DQR 2017-ci ildə keçirilən referendumdan sonra adı dəyişdirilərək Artsax Respublikası adlandırılıb və bayrağı özündə saxlayıb. Bayraq üç üfüqi və bərabər uzunluqlu zolaqdan ibarət düzbucaqlıdır. Sağ tərəfində ağ rəngli beşbucaqlı pilləli xalça naxışı var. Naxış bayrağın üçdə bir hissəsini tutur. Bayrağın nisbəti 1:2-dir. 2 iyun 1992-ci ildə qəbul edilib. Rənglərin simvolizmi belədir: Qırmızı — "erməni xalqının mövcudluğu, xristian inancı, müstəqilliyi və azadlığı uğrunda davam edən mübarizəsi", Mavi — "erməni xalqının dinc səma altında yaşamaq iradəsi", Narıncı — "erməni xalqının həmrəyliyi və zəhmətkeşliyi". Ağ naxış dağları təmsil edir və həmçinin Ermənistanla birləşməyə can atmağın simvolu olaraq qərbə yönəlmiş oxu təmsil edir.
Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Dağlıq Qarabağ Respublikasının gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
Elxanilərin Qarabağ dirhəmi
Elxanilərin Qarabağ dirhəmi — Elxanilər dövlətində Qarabağda zərb edilən gümüş dirhəm. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Elxanilər (1256–1358) dövrünə aid materiallar sırasında hicri 750 = 1349-cu ilin Qarabağ gümüş dirhəmi qorunur. 1,18 q çəkili gümüş dirhəmin üst tərəfindəki ellipsvari kartuşda, birinci sətirdə ərəbcə: "sultan", ikinci sətirdə uyğurca: "Ənuşirvan", 3-cü sətirdə: "hakimiyyəti davamlı olsun"; kartuşun kənarı üzrə, yuxarıda ərəbcə: "Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə"; arxasında mərkəzdə dördbucaqlı kartuşda, 3 sətirdə: "Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın rəsuludur", ətrafında 4 xəlifə adları: "Əbubəkr / Ömər / Osman / Əli" sözləri zərb edilmişdir. Ənuşirvanın (745–756 = 1344–1356) hakimiyyəti dövründə zərb edilmiş bu gümüş dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı həkk edilmişdir. Qarabağ inzibati ərazi adı ilə fəaliyyət göstərən bu zərbxananın uyğun dövrdə strateji və hərbi əhəmiyyətli Bərdə, Gəncə, Beyləqan şəhərlərində olduğu söylənə bilər. Ənuşirvan dövründə gümüş dirhəmlərin ilkin çəkisi 1,43 q olsa da, hakimiyyətinin sonunda 0,87 qrama enmişdir ki, bu da Elxanilərin qonşu dövlətlərlə olan uzunmüddətli döyüşləri, həmçinin dövlət idarəçilində olan daxili çaxnaşmalar, təsərrüfat həyatının və istehsal qüvvələrinin zəifləməsi ilə izah edilə bilər. Numizmatik faktlara əsasən, hicri 757 = 1356-cı ildən Azərbaycan da daxil olmaqla digər ərazilərdə Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılmışdır. Növbəti ildən etibarən Qızıl Orda xanı Cani bəy (1341–1357) Elxanilər dövlətindəki gərgin siyasi vəziyyətdən istifadə edərək Azərbaycana hücum etmiş, elxani xanı Məlik Əşrəf (1344–1357) Xoy şəhərində qətlə yetirilmiş, bir müddət sonra isə Ənuşirvan dünyasını dəyişmişdir. Elxanilər dövründə Qarabağ dirhəmlərindən əlavə həm də tarixi Azərbaycanın digər şəhərlərində (Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, İrəvan, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və b.) gümüş dirhəmlər zərb edilmişdir. Numizmatik faktlara əsasən, uyğun dövrdə anonim dirhəmlər, qızıl dinarlar və mis felslər istehsal də edilmişdir.
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Pargev Martinosyandır. Yeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Pargev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır. Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari Kilsəsi və Erməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur. Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur.
Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası

Ermənistanda Qarabağ hərəkatı
Ermənistanda "Qarabağ hərəkatı" (erm. Ղարաբաղյան շարժում) — erməni millətçilərinin Ermənistan SSR-də və DQMV-də 1980-ci illərin sonunda başlamış olduqları hərəkat. Hərəkatın ilkin məqsədi DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq idi. Hələ 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də muxtar vilayətin Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə imzalar toplanmışdı. Bu prosesin təşkilatçıları imza toplama kampaniyasını "Referendum" adlandırırdılar. Dekabrın 1-i Qarabağ ermənilərinin nümayəndə heyəti tələbləri və toplanmış imzaları Moskvada Kommunist Partiyasının Mərkəzi Komitəsinin qəbul şöbəsinə təhvil verir. Müxtəlif mənbələrin verdiyi məlumata əsasən cəmi 75–80 min imza toplanmışdı. 1988-ci ilin yanvarında yazıçı Zoriy Balayanın və İqor Muradyanın aktiv iştirakı ilə Moskvaya Qarabağ ermənilərinin daha bir nümayəndə heyəti gəlir. Bu nümayəndə heyəti özü ilə Qarabağ ermənilərinin yeni müraciətlərini və "Dağlıq Qarabağın əzəli erməni torpağı olmasını sübut edən 8 sənəd" gətirir. Bu sənədlər Qarabağın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və etnoqrafiyasına aid idi.
FK Qarabağ Vyana
FK Qarabağ Vyana (alm. Fußballclub Karabakh Wien‎) — paytaxt Vyananı təmsil edən Avstriya Futbol Federasiyası klubu. Hazırda Avstriya Stadt Ligada mübarizə aparır. Klub ev oyunlarında rəqiblərini 7.828 nəfərlik Wiener Sportclub-Platz arenasında qəbul edir. 29 iyun 2018-ci ildə klubun birinci liqaya vəsiqə qazana bilmədikdən sonra sahibi misirli Mustafa Elnimr olduğu açıqlandı. Komanda "Mauerwerk" adını almağa başladı. Qarabağ Vyana futbol klubu 2014-cü ildə Vyana Futbol Federasiyasında (WFV) rəsmi qeydiyyatdan keçərək, Oberliga A da mübarizə aparmaq üçün lisenziya əldə etmişdir. Oberliga rəsmi olaraq Vyana Futbol Federasiyasının 3-cü, Avstriya Futbol Federasiyasının isə 6-cı liqasıdır. 2014-2015-ci il mövsümündə Oberliga A-da FK Qarabağ Vyana keçirdiyi 26 oyundan 17 qalibiyyət, 2 bərabərlik və 7 məğlubiyyət ilə sezon sonunda 55 xal toplayaraq, sadəcә 2 xallıq fәrqlә 14 klubun iştirak etdiyi liqanı ikinci olaraq bitirmişdir. Klub eyni sezonda parallel olaraq Vyana kubokunda iştirak etmiş və 5 mərhələ ard-arda qələbə qazanmışdır.
Fəzləli xan Qarabaği
Fəzləli xan Qarabaği, (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi. Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi. Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı. Hacı Ağalar xan Cavanşirin qardaşıdır. Rüstəm bəy Cavanşirin qardaşıdır. Əli xan Ərşədüddövlənin babasıdır.
Fəzləlixan Qarabaği

II Qarabağ Müharibəsi
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.