QARALAMAQ

f.
1. Qara rəng çəkmək, qara sürtmək, qara rənglə çirkləndirmək, qara rəngə batırmaq. Uşaqlar divarları kömür ilə qaralamışlar.
// Cızma-qara etmək.
2. Əl ilə yazmaq. O, əlindəki karandaşla qabağında duran bir parça kağızı qaralayırdı.
– Sərvərov tez stol yeşiyindən kağız çıxarıb əmri qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal.

// Bir şeyin ilk mətnini, ilk layihəsini, planını yazmaq, qeyd etmək, eskizini çəkmək. Məqalənin mətnini qaraladım.
– Səhərdən axşamacan Dədə palıdın kölgəsində oturub kağız-kuğuz qaraladı. İ.Məlikzadə.
Gənc rəssam şahidi olduğu mənzərəni tələsik dəftərinə qaralayırdı. Ə.Məmmədxanlı.

3. Yazılmış yazının üstündən qələm çəkmək, pozmaq. Siyahıda adını qaraladılar.
– …Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı. Mir Cəlal.

4. məc. Ləkələmək, qara yaxmaq, üstünə böhtan atmaq, biabır etmək. Adamı qaralamaq yaxşı iş deyil.
– Balaxanım Lələşova dedi: – Sən kiri, sən ona-buna söz atıb onubunu qaralama. S.Rəhimov.
Tariximin neçəneçə varağını; ləkələdi; qaraladı. B.Vahabzadə.

5. İtirmək, qarışdırmaq, pozmaq; görünməz, nəzərə çarpmaz hala salmaq. İzini qaralamaq.
6. dan. Bir şeyin yerini, bünövrəsini nişanlamaq. Burada toxumların yerini qaralamışıq. Çəpərin yerini qaralamaq.
– Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, ən qoca palıdın hənirini eşidirdi. İ.Məlikzadə.

Синонимы

  • QARALAMAQ pozmaq — cızmaq
  • QARALAMAQ yazmaq
  • QARALAMAQ itirmək — pozmaq
  • QARALAMAQ ləkələmək

Антонимы

  • QARALAMAQ QARALAMAQ – POZMAQ Gənc rəssam şahidi olduğu mənzərəni tələsik dəftərçəsinə qaralayırdı (Ə.Məmmədxanlı); Dünən yazdıqlarını bu gün pozurdu (“Ulduz”)

Этимология

  • QARALAMAQ “Məni yaman qaralamısan” deyirik. Sözün əsli qaraqlamaqdır, yəni “göz altına almaq”, “nəzərdən qaçırmamaq”, “hər addımını izləmək” deməkdir
QARALAMA
QARALANMA

Значение слова в других словарях