QARNIKİRPİKLİLƏR

сущ. зоол. брюхоресничные (класс беспозвоночных типа моллюсков)
QARNIDOLUSU
QARNIQURDLU
OBASTAN VİKİ
Qarnıkirpiklilər
Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir. Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur. Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir.