QASTRİT

[yun.] мед. гастрит (хкунин гъер алай пердедин тӀал, хкунин катар).
QASNAQLI
QASTROL
OBASTAN VİKİ
Qastrit
Qastrit — mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər. Qarın nahiyəsində təkrarlanan şiddətli ağrı və qusma appendisitin əlaməti ola bilər. Appendisit çox vaxt qastritlə səhv salınır. Müalicə olunmayan appendisit həyati təhlükə yarada bilər. Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır : Kataral və ya sadə qastrit - çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır . Fibrinoz qastrit - adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır . Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) - ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır.

Digər lüğətlərdə