Cennaro Qattuzo
Cennaro İvan Qattuzo (it. Gennaro Ivan Gattuso; 9 yanvar 1978) — İtaliyalı keçmiş futbolçu və futbol məşqçisidir. 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub. Klub səviyyəsində o, "Milan" klubunda oynaması ilə tanınır. Bu klub ilə iki dəfə UEFA Çempionlar Liqasını qazanıb.
== Futbolçu Karyerası ==
Qattuzo futbolçu karyerasına İtaliyanın "Peruca" klubunda başlayıb və burada 22 dekabr 1996-cı ildə A Seriyasında "Bolonya" ilə matçda debüt edir, Ancaq gənc yarımmüdafiəçi burada əsas heyətdə yer ala bilmir.
1997-ci ilin iyulunda o, Şotlandiya "Reyncers" klubuna keçir. Burada əsas heyət oyunçusuna çevrilən futbolçu, azarkeşlərin sevimlisinə çevrilir. Cennaronun "ultra-aqressiv" texnikası o vaxtkı "Reyncers" məşqçisi Valter Smitin təsiri ilə yumşaldılır. Cennaro daha sonra onu ikinci atası kimi təsvir edir.