QAYIŞ

is.
1. Belə bağlamaq, yaxud bir şeyi sarıyıb bağlamaq üçün zolaq şəklində kəsilmiş dar uzun dəri və s.; kəmər. Çamadan qayışı. Yəhər qayışı. Məfrəş qayışları. Çanta qayışı.
– Əksərən … cibli köynək geyərək, belini qayışla bərkitmiş kişilər arabanın yan tərəfinə dolmuş(du). M.İbrahimov.
Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi. İ.Şıxlı.

// Ülgüc itiləmək üçün ensiz uzun dəri.
2. tex. Hərəkəti bir təkərdən o birinə nəql etmək üçün baş-başa tikilmiş uzun dəri, möhkəm brezent və s. zolağı. İntiqal qayışı.
– Döyünən, çırpınan qayışlı çarxlar; Sapsarı su axan xırdaca arxlar… S.Vurğun.

◊ Qayış kimi1) çox bərk, çox sərt;
2) qoparılmaz, qopmaz.

Синонимы

  • QAYIŞ kəmər
  • QAYIŞ qayış bax toqqa

Этимология

  • QAYIŞ Qıymaq (əy) feili ilə bağlıdır. Qayışı göndən dairəvi şəkildə kəsirlər. Mən­bə­lər­də söz rus dilinə “срезать наискос” kimi tərcümə olunub
QAYIRTMAQ
QAYIŞBALDIR
OBASTAN VİKİ
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Qayış (mifologiya)
Qayış — türk, anadolu və altay xalq inancında mifik canlı. Anadoluda "Kayış Bacak" və ya "Kayış Baldır" olaraq da deyilər. Lohusalara müsəllət olub hava karardıktan sonra ortaya çıxaraq tan vaxtına qədər gəzər. Əyri qıçlı, qorxunc görünüşlü bir varlıqdır. Lohusanın çiyinlərinə ayaqları öndən sarkacak şəkildə sıx yerləşir və gəzməsini, gəzişməsinə istər. Öz ayaqları üzərində dayanıb gedə bilməz. Bunun üçün də insanları aldadıb, onun boynuna minər. Sonra qayış ayaqlarını onun belinə dolayıb onu buraxmaz. Əlsiz və ayaqsız bir qoca görünümündədir. Çay kənarında oturub, yazıq bir görünüşlə boynunu büküb oradan keçənlərdən, onu çiyininə alaraq çayın digər sahilinə keçirmələrini istər.
Qayış (texnika)
Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir. Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur.
Gəşəng qayışləçək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Qayışləçək
Qayışləçək (lat. Himantoglossum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
Qayışqurşaq (Bostanabad)
Qayışqurşaq (fars. قييش قورشاق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 100 nəfər yaşayır (35 ailə).
Qəşəng qayışləcək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Çin qayışləçəyi
Çin loropetalumu (lat. Loropetalum chinense) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin hamamelidkimilər fəsiləsinin loropetalum cinsinə aid bitki növü. Şimali Amerikada, Qərbi və Şərqi Asiyada bitir. XIX əsrin ortalarında bu bitki Britaniya botaniki Robert Broun tərəfindən təsvir edilmişdir və loropetalum adlandırılmışdır. İngiltərəyə loropetalumu XIX əsrin axırlarında məşhur Viktorian gətirmiş və Chinese fringe flower (Çin qayışləçəyi) adlandırmışdır. Hündürlüyü 60 sm-dək olan, əyilmiş budaqlı, nadir, gözəl çiçəkləyən ekzot, həmişəyaşıl, möhkəm, yumru koldur. Onun enli çiçək qrupları qayış və ya lentlərin bağlamasına bənzəyir. Loropetalumun yarpaqları oval və ya yumurtavari, uzunluğu 2,5–6 sm, açıq yaşıl rənglidir. Çiçəkləri hörümçəkşəkilli, qayışşəkilli, ətirli, al-qırmızı, çəhrayı, ağ rəngdə olub, 3–6 ədəd sıx qalxanlara yığılır, erkən yazda budaqları tamamilə örtür. Sonradan yaşıl yarpaqları açılır və çiçəkləmə bütün yay ərzində davam edir.

Значение слова в других словарях