qazıyıcı
qazifer
OBASTAN VİKİ
Mina Qazi
Mina Qazi, Xanım Mina (d. 1908 - ö. 17 fevral 1998, Mehabad, İran ), Qazi Məhəmmədin (Mehabad Respublikasının prezidenti) sələfinin həyat yoldaşı idi.
Məlik qazi
Məlik qazi — Danişməndli bəyliyinin üçüncü hökümdarı. Onun dövründə Danişməndli bəyliyi Anadolunun ən böyük dövləti idi. Məlik qazinin ölümündən sonra bəylik yavaş-yavaş öz gücünü itirməyə başladı.
Orxan Qazi
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osman. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdi. Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsili olub-olmaması bilinmir.
Osman Qazi
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – 21 avqust 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
Qazi (dəqiqləşdirmə)
Qazi — Qazi (islam) — Qazı — hökmdar tərəfindən təyin olunmuş və şəriət əsasında ədaləti bərqərar edən müsəlman məmur-hakimi. Qazi (İran) — İranın Şimali Xorasan ostanının Manə və Səməlqan şəhristanının Səməlqan bəxşində şəhər. Qazi Quşçu (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qazi (islam)
Qazi döyüşdə iştirak edən, yaralanan və sağ qayıdan əsgərə deyilir. İslamiyyətdə bildirilir ki, qazi üçün qəzada alınan qənimət dini bir mükafatdır. Qənimətin beşdə dördünün birbaşa döyüşdə olub-olmamasından asılı olmayaraq, döyüşə hazır olan əsgərlər arasında bölünməsi lazımdır. Modern Azərbaycan dilində məna dəyişikliyinə uğramış və "müharibədə iştirak etmiş şəxs" mənasına gəlmişdir. Müasir dildə veteran sözünün qarşılığı kimi də işlədilir.
Qazi (İran)
Qazi — İranın Şimali Xorasan ostanının Manə və Səməlqan şəhristanının Səməlqan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,370 nəfər və 674 ailədən ibarət idi.
Qazi Bozqurd
Qazi Məhəmməd Bozqurd — azərbaycanlı şair. 1866-cı ildə Urmiyanın Quluncu kəndində anadan olmuşdur. Azərbaycan və türk dillərində şeirlər yazıb. O, Birinci Dünya müharibəsi və Qərbi Azərbaycanda ifrati millətçilik hərəkatı arasında, silahlı əsgərləri ilə İsmail Simko və silahlı ermənilərlə, assuriyalılarla (cilolarla) münaqişə etmişdir Qazi Bozqurd, Osmanlı qüvvələri Xəlil Paşa komandanı ilə(1919-1918),gələndən sonra qoşunlar və əsgərlərin Osmanlı ordusu ilə inteqrasiya etdi və Osmanlı qüvvələrinin oturacaqın Quluncuda yerləşdirilməsi ilə Qərbi Azərbaycanın azadlığa buraxılması üçün İsmail Simko, Ümərxan və Cilolarla mübarizə aparmış. O, Cilolar üzərində qələbəsindən sonra, Türkiyəyə getmiş və 1948-ci ildə Hakkari ilində vəfat edib . Onun məzarı Hakkari ilinin şimalında yerləşir.
Qazi Burhanəddin
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Qazi Gümüştigin
Qazi Gümüştigin və ya Məlik Qazi Gümüştigin (ö. 1104) — Danışməndlilər sülaləsindən olan ikinci hökmdar. Onun atası Danışmənd Qazi Malazgird döyüşündən sonra Anadolunun mərkəz-şərqində yerləşən Danışməndlilər dövlətinin əsasını qoymuşdur. Danışmənd Qazi 1084-cü ildə vəfat etdikdən sonra oğlu Qazi Gümüştigin onu hakimiyyətdə əvəz etmişdir. Birinci Səlib yürüşü zamanı Qazi Gümüştiginin torpaqları səlibçilərin birbaşa yürüş yolu üzərində yerləşirdi. 1097-ci ildə Dorileon döyüşündə məğlub olsa da, 1100-cü ildə Antioxiyalı I Bohemondu ələ keçirməklə uğur qazandı. Bundan sonra da yürüşünü davam etdirərək, torpaqlarını cənub yönünə doğru genişləndirdi və Malatyanı 1103-cü ildə Malatya döyüşündən sonra ələ keçirdi. 1104-cü ildə ölümündən sonra yerinə oğlu Əmir Qazi taxta keçmişdir. Qazi Gümüştiginin obrazı Türkiyə televiziya serialı olan "Diriliş: Ərtoğrul"da Mehmet Polad tərəfindən "Gümüştigin bəy" adlandırması ilə canlandırılmışdır.
Qazi
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Battal Qazi
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı. == Həyatı == Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir.
Bəttal Qazi
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı. == Həyatı == Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir.
Qazi Məhəmməd
Qazi Məhəmməd (avar. Гъази-МухӀаммад; 1795, Gimri – 17 oktyabr 1832, Gimri) — müridizm tərəfdarı, Dağıstan və Çeçenistanın ilk imamı (1828-ci ildən). Qazi Məhəmməd dağlıları qəzavat şüarı altında rus müstəmləkəçilərinə qarşı mübarizəyə çağırırdı. 1831-ci ildə çar qoşunu dəstələri üzərində bir sıra qələbələr əldə etdi. Üstünlük təşkil edən çar qoşunlarının təzyiqi altında dağlıq Dağıstana çəkilmişdi. Gimri aulu yaxınlığında savaşda həlak olmuşdur.. Milliyətcə Avardır .
Qazi Universiteti
Qazi Universiteti (türk. Gazi Üniversitesi) — Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi. Əsası 1926-cı ildə qoyulmuşdur.
Qazi azanı
Qazi Qarabağ azanı — Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində səsləndirilən son azandır. Bu azanı sonuncu dəfə işğaldan əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində Hafiz Sədrzadə səsləndirmiş və lentə köçürülmüşdür. Əslən şuşalı olan Hafiz Sədrzadə Qarabağın məşhur Seyid Ağa nəslindəndir. 1939-cu ildə Ağdamda doğulmuşdur. Atası Məhəmməd Mürşidzadə Ağa Şuşanın müctəhidi olub, 1875-ci ildə doğulub, 1958-ci dünyasını dəyişib. Öz dövründə savadlı ruhani kimi tanınıb. 1918-ci ildə erməni qırğını zamanı Qarabağ bölgəsindən özü ilə bir neçə hörmətli şəxsi də götürüb Türkiyəyə pənah aparıb, orada Atatürklə, Nuru Paşa və Ənvər Paşa ilə görüşüblər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsində onların bu səfərinin də rolu olub. 20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəhbə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin fevral ayının 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən "Cümşüd" məscidində keçirilən mitinqdə səsləndirilmişdir.
Qazi bəy
Qazi bəy, Sultan Məhəmməd Qazı bəy (XIV əsr, Bakı – 1501, Bakı) — Şirvanşahlar dövlətinin otuz səkkizinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu. Bəhram bəyin ölümündən sonra h.907 (1501)-ci ildə Şirvanşahlar taxtına onun qardaşı Qazi bəy ibn Fərrux Yasar çıxdı. O, Şah İsmayıl Xətainin Bakı şəhərini mühasirəyə alıb tutduğu altı ay müddətində hakimiyyət sürmüşdü. XVI əsr tarixçiləri Xondəmir və Həsən bəy Rumlu İsmayılın Bakını almasından təfsilatı ilə xəbər verirlər. İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər. O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üç qat möhtəşəm divarla, bir tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı İsgəndər səddini xatırladan qala divarlarının əzəmətinə heyran qaldılar. İsmayıl üçün bu qalanı tutmaq çox vacib idi. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi.
Qazi muzeyi
Qazi muzeyi – İlkaddım, Samsun, Məcidiyyə prospekti üzərində olan bir muzey. Mustafa Kamalın Samsuna ilk gəlişində qaldığı Mantika Palas adlı otelin bərpa edilməsi ilə 1940-cı ildə ziyarətə açılmışdır. Bina tam olaraq Məcidiyyə küçəsində, 25 pafta, 273 ada və 3 parseldə yerləşir. İki mərtəbəli olan tarixi quruluşun xarici divarları yığma kərpic, daxili bölmələri bağdadidir. Muzeyin olduğu bina, bəzi mənbələrə görə Jean Ionnis Mantika , bəzi mənbələrə görə də Yanko Abacıoğlu tərəfindən 1902-ci ildə Mantika Palas adıyla otel olaraq inşa edilmişdir. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamalın Samsunda olacağını bildirdiyi zaman, xidmətsiz bir otel təşkil edildi və Qazi xidmətinə verildi. Mustafa Kamal bu oteldə 25 may 1919-a qədər qaldı. Milli Mübarizədən ayrıldıqdan sonra Havzaya hərəkət etmək üçün oteldən ayrıldı. Atatürk, bu oteldə Respublikanın elanından sonra 16–18 sentyabr 1928 və 22–26 noyabr 1930 tarixləri arasında qaldı. Atatürk, son səfərində qeyd dəftərində qeyd etdi: Atatürkün hər Samsuna gəlişində yerləşdiyi otel 1924-cü ildə özünə, 1938'deki ölümüylə birlikdə vəsiyyəti gərəyi Makbule Xanım 'a verilmişdir.
Qazi tezisi
Qazi tezisi və ya Qazavat tezisi, Avstriyalı tarixçi Paul Vittekin Osmanlı imperiyasının quruluş mübahisələri barəsində ortyaa atdığı tezisdir. 1937-ci ildə İngiltərədə verdiyi konfranslarda ortaya atmış, sonrasında kitab olaraq da nəşr edilmişdir. Modern Osmanlı tarixçiliyinə təsir edən bu tezis geniş şəkildə qəbul edildiyi halda, ona qarşı xeyli sayda anti-tezişlər də mövcuddur.
Vahid Qazi
Vahid Qazi (tam adı: Qazi Vahid Pərviz oğlu; 22 mart 1968, Ağdam) — Azərbaycanlı yazıçı, publisist, bloger. Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib. Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib. Bir çox ölkədə keçirilən konfranslarda iştirakçı olub, demokratiya problemləri mövzusunda çıxışlar edib. Keçmiş kommunist ölkələrində demokratik mübarizələrə beynəlxalq dəstək layihələrində fəallıq göstərib. Azərbaycanın şəhər və kəndlərində vətəndaş cəmiyyətinin gəlişməsi üçün minlərlə insanı əhatə edən layihələrdə təşkilatçılıq edib.
Ərtoğrul Qazi
Ərtoğrul Qazi və ya Ərtoğrul bəy (bilinmir, Əhlat – təq. 1281 və ya təq. 1280, Söğüt, Biləcik ili) — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman", toğrul isə dirilişin simvolu olan nəhəng quruluşlu simurq quşudur. Beləliklə, Ərtoğrul adının mənası "Qəhrəman yırtıcı quş, toğrul" kimi təsvir edilə bilər. Ərtoğrul 1191-ci ildə anadan olmuş, 1281-ci ildə Anadoluda, Söğütdə vəfat etmişdir. Ərtoğrulun 24 tayfadan ibarət Oğuz türklərinin Qayı boyundan və bəy nəslindən olması, atasının və babalarının da bəy olması və onun sünniliyin hənəfi məzhəbindən olması təsdiqlənmiş məlumatdır. Ərtoğrulun varlığı atasının adının "Ərtoğrul" olaraq qeyd edildiyi oğlu Osmanın zərb etdiyi sikkələrlə tarixən sübuta yetirilsə də, onun həyatı və fəaliyyəti ilə bağlı bundan başqa heç nə dəqiqliklə bilinmir. Amma Osmanlı mənbələrinə əsasən Ərtoğrul Şərqi İrandan Anadoluya qaçan Oğuz türklərinin Qayı tayfasının başçısı Süleyman Şahın oğludur. Ərtoğrulun başqa bir fərziyyəyə əsasən, soy ağacı belədir: o, Gündüz alpın oğlu, Qaya alpın nəvəsi, Göyalpın nəticəsi, Sarkuk alpın kötücəsi və Qayı alpın bitikcəsi olaraq qeyd olunur, tayfa adını Qayı alpın adından almışdır.
Qazi köşkü
Qazi köşkü və ya Seman köşkü (türk. Gazi köşkü) — Türkiyənin Diyarbəkir ilində yerləşən Ağqoyunlu abidəsi, I Dünya müharibəsində Atatürkün qərargah olaraq istifadə etdiyi köşk. Köşkün tikilmə tarixi və kim tərəfindən inşa edilməsi barədə dəqiq məlumat olmasa da, türk tarixçi Mətin Sözən və Adil Təkin binanı XV əsr Ağqoyunlu dövrü memarlıq abidəsi adlandırıblar.Buna səbəb binanın Ağqoyunlu memarlığının tipik xüsusiyyətlərini özündə daşımasıdır. Daha sonra Birinci Dünya müharibəsi illərində Atatürk Diyarbəkirdə Korpus Komandiri olduğu zaman qərargah olaraq istifadə etdiyi malikanə 1937-ci ildə Diyarbakır Bələdiyyəsi tərəfindən satın alınaraq ona bağışlanıb. Bina qeydiyyata alınıb. Qazi köşkü Mardin qapısından kənarda, Dəclə körpüsünün qərb yamacındadır. Bura xalq arasında Semanoğlu köşkü kimi tanınır. Köşk geniş bağ sahəsinin mərkəzində yerləşir və Diyarbəkir Bələdiyyəsinin mülkiyyətidir. Onun qorunmasına cavabdeh qurum Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. Qazi köşkü iki mərtəbəli planda tikilib.
I Qazi
Qazi ibn Feysəl ibn Hüseyn (ərəb. غازي ابن فيصل‎ Ġāzī bin Fayṣal; d. 21.3.1912, Məkkə, Hicaz, Osmanlı İmperiyası - 4.4.1939, Bağdad, İraq) — Haşimilər sülaləsindən İraqın ikinci kralı. İraq ordusunun feldmarşalı, donanma admiralı və İraq Hərbi Hava Qüvvələrinin marşalı. == Həyatı == Qazi, İraqın birinci kralı I Feysəl ibn Hüseynin oğlu idi. O, atası türklərə qarşı döyüşlərdə olarkən, babası Hüseyn ibn Əli ilə birlikdə qalırdı. Buna görə də, o, utancaq və təcrübəsiz bir gənc kimi böyüdü. 1924-ci ildə Əli ibn Hüseyn əl-Haşiminin rəhbərliyi altında Haşimilər sülaləsi ilə birlikdə Hicazdan Bağdada köçdü və o vəliəhd elan edildi. Sandhurstdakı İngiltərə Krallığı Hərbi məktəbində və Bağdad Hərb Akademiyasında təhsil aldı. 1933-cü ildə atası Feysəl ibn Hüseynin ölümündən sonra hakimiyyətə gəldi.
Qazi Muhamməd
Qazi Muhamməd (ləzg. Хуьлуьхъ Гъази Мухьаммад; 1785 Xuluq – 1837 Qusar) - imam və Quba üsyanının hərbi, dini və siyasi rəhbəri və lideri, müridizmin yayıcısı. Qafqazın milli qəhrəmanı. Qazi Muhamməd 1837-ci ildə Qusarın Xuluq kəndində anadan olmuşdur. Rus imperiyasının yerli əhaliyə edilən zülümlərə cavab olaraq cihad elan etməklə və bu hərəkatın rəhbəri olmaqla tanınır. Quba əyalətində Rus İmperyasının yerli ləzgi əhəliyə qarşı zülmünə qarşı İmam Qazi Muhamməd Xuluqvi və dostu Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üç dəfə baş vermiş güclü xalq üsyanlardı. 1837-ci ilin mart-aprel aylarında Qazi Muhamməd Xuluqvi ləzgi ağsaqqallarla birlikdə Qafqaz canişinlikliyin mülki idarəsinin başçısı Cozef Reuttə müharibə başlatmadan, öz etirazlarını bildirib bir ərizəsi təqdim etdilər. İlk başlarda Reutt yerli əhalininin bu tələbləri haqlı oluğunu və onlarla razılaştığını deyir. Buda üsyana hazırlaşan yerli sakinləri müvəqqəti olaraq sakitləşdirir. Amma bu tələblərin sadece bir qısmı yerine yetirilir və bir aydan sonra Qazi Muhamməd on ağsaqqalla birlikdə Reutta gedir və ərizənin qalan bəndlərinin yerinə yetirilməsini tələb edir, əsasəndə vergilərin azaldılmasını .
Şüreyh Qazi
Şüreyh Qazi kimi tanınan Şüreyh ibn əl-Haris ibn Qeys əl-Kəndi (593 – iyul 697, Kufə) — (miladi 697-ci ildə vəfat edib) İslam peyğəmbəri hz.Məhəmmədin sağlığında Yəməndə İslamı qəbul edən ardıcıllardan biri olub, bununla belə, onunla heç vaxt görüşməmişdir. Əbu Bəkrin hakimiyyəti dövründə İraqın Kufəsinə köçdü. O, hakim vəzifəsində çalışmış və mühakimə ilə tanış, ədəbiyyat və poeziya ilə məşhur olmuşdur. == Kərbəladakı rolu == Hüseyn ibn Əlinin qiyamının əvvəlində Şüreyhin ilk müdaxiləsi, Kufənin yetmiş ağsaqqlı ilə birlikdə beyət etməsi ilə əlaqədardır. Şüreyh Həbib ibn Məzahir, Məhəmməd bin Əşəs, Muxtar Səqəfi, Ömər bin Səd və başqaları ilə birlikdə Hz.Əlinin ailəsinə dəstək verəcəyi və Hz.Hüseyni Kufə hökumətinə dəvət etmələri barədə beyət etdilər. Lakin Übeydulla ibn Ziyad Kufəyə çatan kimi Şüreyh onun sarayında peyda oldu və öncəki beyətinə baxmayaraq, əhlibeytə müxaliflərinin cərgəsinə qoşuldular və Ubeydullahın məsləhətçilərindən biri oldu. Kərbəla hadisəsi zamanı onun verdiyi fətvadır ki, məzmunu Hz.Hüseyn bin Əlinin öldürülməsinin caiz olmasıdır. Bəzi alim və tədqiqatçılar bunu qeyd etsələr də bəziləri əsassız hesab edirlər.
Guranabad-i Qazi (Sulduz)
Guranabad-i Qazi (fars. گوران ابادقاضي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (28 ailə).
II Qazi Gəray
II Qazi Gəray (1551 – mart 1608, Temrük) — Krım xanlığının hakimi, şair, bəstəkar. == Həyatı == II Qazi Gəray I Dövlət Gərayın (1551–1577) oğludur. Birinci dəfə 1588-ci ildən 1596-cı ilədək, ikinci dəfə 1596-cı ildən 1607-ci ilədək Krım xanlığının hakimi olmuşdi. 1596-cı ildə I Fateh Gəray taxtı ələ keçirmişdi. Böyük qardaşı Məhəmməd Gərayın hakimiyyəti (1577–1584) dönəmində tatarların başında Səfəvilər dövlətinə yürüş etmişdi. 1579-cu ildə Krım tatarları yenidən Şirvan üzərinə yürüş edirlər. Bu dəfə buranı viran etdikdən sonra geri qayıdırlar. 1580/81-ci ildə üçüncü yürüşə gəlirlər. Lakin bu dəfə qızılbaş döyüşçüləri nisbətən asanlıqla tatarları Şirvandan sıxışdırıb çıxarırlar. Ancaq tezliklə Azərbaycanda tüğyan edən aclıq və qıtlıq üzündən Şirvanın müdafiə gücü zəifləyir və osmanlılar onu yenidən ələ keçirirlər.
I Osman Qazi
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – iyun 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. == Mənbələr problemi == Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
I Qazi Gəray
I Qazi Gəray (1504 – aprel 1524, Feodosiya) — Krım xanı. == Həyatı == 1503-cü ildə dünyaya gəlmişdir. Atası Krım xanı Mehmed Gəraydır. Atası və qardaşları ilə birlikdə Həştərxan səfərinə çıxmış ancaq noqayların hazırladığı sui-qəsdlə bütün ailəsi qətlə yetirilmişdi. Sui-qəsddən xilas olan Qazi Gəray qardaşı Baba Gərayı da yanına alaraq Krıma qayıtdı və yerli bəylərin dəstəyi ilə 20 yaşında Krım taxtına oturdu (noyabr 1523). Qardaşı Baba Gəray yeni Krım xanının kalqayı elan edildi. Ancaq o illərdə vassalı olduğu Osmanlı sultanı Sultan Süleyman bu səltənəti tanımadı. Belə ki, İstanbulda girov saxlanılan əmiləri də ona qarşı intriqalar aparırdı. Təcrübəsiz bir gənc olan Qazi Gəray idarəni ələ ala bilmədi və bölgədə daxili çəkişmələr başladı. Digər tərəfdən sui-qəsdi təşkil edən Şirin qəbiləsindən Mamay xan, bu iki qardaşın intiqam alacağından qorxaraq İstanbula gəldi.
I Seyfəddin Qazi
I Seyfəddin Qazi (1100 - 1149)—Zəngilər sülaləsindən Mosul atabəyi, hökmdar. == Həyatı == 1146-cı ildə Caber qalasının fəthi zamanı İmadəddin Zəngi öldürüldü. Atabəyin öldürülməsi böyük Zəngilər dövlətinin də parçalanması demək idi. Onun ölümündən sonra dövlət iki oğlu - Nurəddin Mahmud Zəngi və Seyfəddin Qazi arasında bölüşdürüldü. Nurəddin Mahmud Suriyanın idarəçiliyini öz üzərinə götürdü və Hələb şəhərini də özünün paytaxtı elan etdi. Seyfəddin Qazi isə Əl-Cəzirə bölgəsinə sahiblənib Mosula da başşəhər statusu verdi. Beləliklə, yaranması böyük tarixi bir hadisə olan Zəngilər dövləti iki yerə parçalandı. Bəziləri bu parçalanmadan istifadə edib bu torpaqları öz hakimiyyətləri altına almağa çalışdı. O cümlədən, Səlcuq şahzadələrindən Alp Arslan ibn Mahmud atabəyliyin idarəsini ələ keçirmək məqsədilə yürüş etdi. Amma Seyfəddin Qazi bu yürüşün qarşısını almağa nail oldu.
Mirzə Kazım Qazi
Mirzə Kazim Qazi (təxəllüsü:Fateh; d. 1832, Bərağuş qəsəbəsi, Sərab şəhəri, Təbriz mahalı – ö. 1892, İrəvan) — müəllim, şair. Mirzə Kazım daimi olaraq İrəvanda yaşayıb və orada da vəfat etsə də, əslən İrəvana gəlmədir. Onun vətəni Təbriz mahalının Sərab şəhəri yaxınlığındakı Bərağuş qəsəbəsidir. Mirzə Kazım 1832-ci ildə anadan olub, təhsilini Təbrizdə aldıqdan sonra cavan vaxtlarında İrəvana gəlib, əvvəlcə İran dövlətinin rus konsulluğunda katib-tərtibçi işlərinə baxmışdır. Amma sonralar bu işdən çıxmış, təlim-tərbiyə işlərinə meyli olduğuna görə xüsusi məktəb açaraq müəllimlik etmiş, məktəb işlərini qayda-qanun üzrə aparmaqla ibtidai təhsil alanlara şifahi üsulla təlim verərmiş. Mirzə Kazımın məktəbi bütün İrəvan sakinlərinin rəğbətini qazanmış və həqiqətən bu cənab öz sənət məşğuliyyətində bir qüsura yol vermədən canı-dildən uşaqların təliminə cəlb olunmuşdur. Mirzə Kazım ilə bərabər Axund Mirzə Əli də həmin vaxtlarda İrəvanda məktəb açmışdı. Axund Mirzə Əli özünü tanıtmış qeyrətli və çalışqan bir müəllim idi.
Mirzə Kazım Qazi Əskərzadə
Mirzə Kazım Qazi Əskərzadə (Təbriz 1823-1892 İrəvan) - “Müttəle” “Əkinçi” qəzetinin İrəvan müxbiri olmuş Mirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 1823-cü ildə Təbrizin "Alan Bərağuş" məhəlləsindədünyaya göz açmışdı. Ənənəvi təhsil aldıqdan sonra İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. Mirzə Kazımın mədəniyyətə, elmə hədsiz marağı onu dövlət işindən uzaqlaşdırdı. Yeni təlim, tərbiyənin alovlu və fəal təbliğatçısı olan Qazi Əsgərzadə İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada tədrisə başladı. Adı çəkilən şəxs bir neçə dərsliyin, o cümlədən "Hesab elmi", "Sərf və Nəhv", "Bəlağət elmi"nin və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə İrəvanda vəfat etmişdir. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Müəllif, Sərdariniya Səməd. Nəşriyyat, Zərdabi LTD MMC. Nəşr yeri, Bakı.
Nadir Qazipur
Nadir Qazipur (1958, Urmiya) — siyasi xadim, İranın Milli Məclisinin üzvü. Nadir Qazipur 1958-ci ildə Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində anadan olub. 2008-ci ildə seçkilərdə iştirak edib və İran Milli Məclisinə nümayəndə seçilib. Alovlu çıxışları ilə seçilir. Azərbaycan (türk) dilinin iranda təsrid olunması üçün fəaliyyət göstərib.
Osman Qazi körpüsü
Osman Qazi körpüsü — İzmit körfəzi üzəridə, 5 magistralın bir hissəsi olaraq inşa edilən körpü. Körpü Dilova ilçəsinin sahilində yerləşən Dil burnu ilə Altınova ilçəsinin Hersek burnu arasında inşa edilmişdir. İki sahil arasında məsafə 1.550 metr, körpünün ümumi uzunluğu isə 2.682 metr təşkil edir. Türkiyənin dördüncü asma körpüsüdür. Körpü 1 iyul 2016-cı il tarixində açılışdır. Fateh Sultan Mehmet körpüsünü üstələyərək Türkiyənin ən uzun körpüsü və mərkəzi arasında uzunluğa görə dünyada altıncı ən uzun asma körpü olur. Körpünün uzunluğunun hazırda Dardanel boğazı üzərində qurulan Çanaqqala 1915 körpüsünün uzunluqda onu keçəcəyi gözlənilir. Qebze-Oxanqazi-İzmir avtomobil yolunun davamı çərçivəsində Osman Qazi körpüsü də daxil olmaqla 384 kilometr avtomobil yolu və 49 kilometr əlaqə yolu inşa edilir. Körfəzdən keçən körpüdən istifadə etməklə səyahət 2 saatdan 6 dəqiqəyə qədər azalacaq. Bütün layihə başa çatdıqda ortalama 8 saatlıq İstanbul-İzmir yolu 3,5 saata qədər azalacaq.
Qazi Axavi (Bükan)
Qazi Axavi (fars. قاضي اخوي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (50 ailə).
Qazi Burhanəddin Anəvi
Qazi Burhanəddin Əbu Nəsr ibn Məs’ud Anəvi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Qazi Burhanəddin Əbu Nəsr 1143-cü ildə Azərbaycanın şimal-qərbindəki Ani şəhərində dünyaya gəlmişdi. Həmin dövrdə Ani Şəddadi əmirliyinin hakimiyyəti altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini fəthindən (1064) sonra gəlib bu şəhərdə məskunlaşmışdılar. Onun atası Məs’ud, Şəddadi əmirliyinin ordusunda xidmət edən zabit idi. İlk təhsilini Anidə alan Burhanəddin Əbu Nəsr şafi’i fiqhi ilə yanaşı fars dili və ədəbiyyatı, tibb, astronomiya kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi. Xaçpəsətlərin də yaşdığı Anidə xristian teologiyası və İncili öyrənən Burhanəddin Əbu Nəsr gənc yaşlarından etibarən şe’r yazmağa başlamışdı. 1161-ci ildə Anini işğalı vaxtı gürcülərə əsir düşən Burhanəddin Anəvi 6 illik əsarətdən sonra vətənə qayıda bilmişdi Əsirlikdən qayıdandan sonra Anidən Təbrizə gedən gənc Burhanəddin burada vaiz Mahmud Təbrizinin tələbəsi olmuş, ondan fiqh elminin incəliklərini öyrənmişdi. Ondakı şairlik istedadını görən vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini tövsiyə etmişdi. Burhanəddin Anəvi ustadının təşviqi ilə peyğəmbərlərin həyatını nəzm etmişdi. Təbrizdə təhsilini tamamlayan Burhanəddin Anəvi Əxlatşahlar hökmdarı əmir Seyfəddin Bəgtemürün (1183-1193) ölkəsinə gedərək burada yaşamış, əmirin yaxın adamlarından biri olmuşdu.
Qazi Bürhanəddin bəyliyi
Qazi Bürhanəddin bəyliyi — Azərbaycan şairi, dövlət xadimi Qazi Bürhanəddin tərəfindən 1381-ci ildə qurulan tarixi dövlət. Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Sultan Ərətna bəy Uyğurun sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi.
Qazi Fəzlullah bin Osman məscidi
Çin məscidi və ya Qazi Fəzlullah bin Osman məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Məscid qala divarlarının İçərişəhər metrostansiyası tərəfdəki girişindən təxminən 50 metr məsafədə yerləşir. Arxa hissəsi Vahid bağına tərəf baxır. Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən məscidin giriş qapısının üstündəki epiqrafik kitabə onun Hicri-qəməri təqvimlə 777-ci ildə Fəzlullah İmam ibn Osman Şirvaninin vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə məscid onun adı ilə adlandırılır. Fasad üzərindəki digər epiqrafik yazıdan isə belə məlum olur ki, abidə Hicri-qəməri təqvimlə 1186-cı ildə Məsud Əli tərəfindən bərpa olunmuşdur. Məscid digər adı "Çin məscidi"dir. Xalq etimalogiyasına görə məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır. Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir.
Qazi Husrev bəy mədrəsəsi
Qazi Husrev bəy mədrəsəsi (bosn. Gazi Husrev-begova medresa) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yerləşən mədrəsə. Mədrəsənin əsası 1537-ci ildə Qazi Husrev bəy tərəfindən qoyulmuşdur. Bosniya və Herseqovinada ən qədim təhsil ocaqlarından hesab edilir. Qazi Husrev bəy XVI əsrin birinci yarısında Bosniya sancağının sancaqbəyi olmuşdur (1480—1541). O, Sarayevo şəhərinin infrastrukturuna öz töhfəsini vermişdir. 8 yanvar 1537-ci ildə Qazi Husrev bəy şəhərdə mədrəsə təşkil etmişdir. Hazırda mədrəsə onun adınını daşıyır. Mədrəsənın binası çoxbucaqlıdır. Onun orta hissəsi sinif otaqları üçün ayrılmışdır.
Qazi Hüsrev bəy məscidi
Qazi Hüsrev bəy məscidi (bosn. Gazi Husrev-begova džamija, türk. Gazi Hüsrev bey camii) ― Bosniya və Herseqovinanın Sarayevo şəhərində məscid. XVI əsrdə tikilən bu məscid Bosniya və Herseqovinanın ən böyük tarixi məscidi və Osmanlı memarlığının Balkanlardakı ən böyük nümunələrindən biridir. İnşa olunduğu gündən bəri Sarayevonun əsas məscidi olan Qazi Hüsrev bəy məscidi bu gün həm də Bosniya və Herseqovina Müsəlmanları Birliyinin əsas camaat məscidi kimi xidmət edir. Məscid şəhərin əsas memarlıq abidələrindən biri olaraq turistlər tərəfindən mütəmadi olaraq ziyarət edilir. Qazi Hüsrev bəy məscidi 1531-ci ildə məktəb və mədrəsə (müsəlman ibtidai və orta məktəbləri), bedesten (üstü örtülü bazar yeri) və hamamın da daxil olduğu bəy vəqfinin mərkəzi obyekti olaraq inşa edilmişdir. Bosniyanın çağdaş Osmanlı valisi tərəfindən təməli qoyulmuş bu vəqfin təməli qəsəbənin inkişafında həlledici bir məqama sahib olmuşdur. Məscidin memarının adı məlum deyildir. Lakin məşhur Memar Sinanın adının çəkildiyi bir çox fərziyyədən sonra əksər tədqiqatçı fars əsilli Osmanlı memarı olan Əcəm Əsir Əli "Ələüddin"in ən ehtimallı inşaatçı olduğu ilə razılaşmışdır.

Значение слова в других словарях