QLEY

I
сущ. почв. глей (часть почвенного профиля с характерной окраской)
II
прил. глеевый. Qley horizontu глеевой горизонт
QLETÇER
QLEYƏMƏLƏGƏLMƏ
OBASTAN VİKİ
Qley
Qley - Q.N.Vısotski tərəfindən işlənmişdir. Torpaq profilinin struktursuz azməsaməli hissəsi yaşıl, mavi, tünd göy, yaxud göyümtül pas rəngli olur. Bataqlaşmış və bataqlıq torpaqlarda oksigenin torpağa çətinliklə daxil olduğu və ya heç daxil olmadığı şəraitdə torpağın qleyləşməsi nəticəsində əmələ gəlir. İkivalentli dəmir birləşməsinin olmasından irəli gələrək, torpaq horizontu mavi-tünd göy, yaxud yaşıl rənglidir. Dayanıqlı rütubətlilik şəraitində güclü inkişag etmiş qleyləşmə prosesi nəticəsində formalaşır.
Albert Qleyzes
Alber Qlez (8 dekabr 1881[…], Paris[…] – 23 iyun 1953[…], Sen-Remi-de-Provans[d]) — Fransa rəssamı, nəzəriyyəçisi və yazıçısı. Daha çox rəssam kimi tanınır. == Həyatı == 1881-ci ildə Parisdə anadan olmuşdur. Qlez, ilk rəsm əsərlərində Pol Sezannın təsiri ilə rəngdə dəyişikliklər etdi. Bundan sonra kubizm üslubuna yönəlib dövrün digər kubizm sənətçiləri olan Jorj Brak və Pablo Pikassonun üslublarına yaxınlaşmışdır. 1912-ci ildə Jan Metzinger ilə birlikdə kubizmdən bəhs edən "Kubizm haqda" (DuCubisme) adlı kitabı nəşr olundu. "Bruklin körpüsü" (1917; Quqqenhaym muzeyi, Nyu-York) əsəri ən məşhur əsərlərindən biridir. Ömrünün son illərində dini kubizmə yönəlmişdir.
Qleyli-sarı torpaqlar
Qleyli-sarı torpaqlar — Lənkəran zonasında atmosfer və qrunt sularının yüksək rütubətləndirici sahələrində formalaşmış torpaq tipi. Yaz-payız mövsümlərində qrunt sularının dərinliyi 1 m-dəm çox olmur. Yay aylarında isə bu səviyyə 2,-2,5 m-lə əvəz olunur. Bu torpaqlar relyefin aşağı terraslarında və depressiya sahələrində əsasən dellüvial, allüvial-prolüvial çay və yarğan-bataqlıq çöküntüləri yayılmışdır. Bu çöküntülərin tərkibi mürəkkəb olmaqla çox vaxt laylı quruluşa malik olur. Morfoloji təsvirdən göründüyü kimi ağır mexaniki tərkibə malik olub, podzollaşma və qleyləşmə profil boyu özünü göstərir. Bu, əsasən relyefdən daha çox asılıdır. çökək ərazilərdə qrunt sularının təsiri daha böyükdür. A1 horizontu boz, kəsəkvari-dənəvari, ot və ağac kökləri, qırmızı rəng seçilir, mexaniki tərkibi gillicəli, qalınlığı 0–11 sm; A2 horizontu daha çox açıq-boz, sıx köklər, qozvari-dənəvari, nisbətən yumşaq/, mexaniki tərkibi ağır gillicəli, qalınlığı 11–32 sm; B1 horizontu sarı-qonur, güclü gilləşmə, şaquli çatlar, gilli, qalınlığı 32–46 sm; C1 daha tünd, qonur-qəhvəyi, gilli, rütubətli. Qalınlığı 85–97 sm; C2 horizontu sarı, rütubətli, karbonat yoxdur.
Qleyvits təxribatı
Qleyvits radio stansiyasına hücum və ya Qleyvits təxribatı, həmçinin "Konserva" əməliyyatı (alm. Gleiwitz‎; pol. Prowokacja gliwicka) — SS tərəfindən 31 avqust 1939-cu ildə Almaniyanın Polşaya hücumu üçün bəhanə yaratmaq üçün genişmiqyaslı "Himmler əməliyyatı" çərçivəsində həyata keçirilmiş Qleyvits (indiki Qlivise) şəhərində Alman radiostansiyasına Polşa tərəfinin hücumunun səhnələşdirilməsi. Sərhəd münaqişəsinin planını Adolf Hitlerin əmri ilə Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi Reynhard Heydrix və onun tabeliyində olan VI-F qrupunun rəhbəri (təxribat) SS Şturmbannfüreri Alfred Nauyoks hazırlamışdı. Təxribatın məqsədi Almaniyanın Polşaya hücumunun yalnız Almaniyanın Polşa tərəfinin alman sakinlərinə qarşı zorakılıq aktlarına reaksiya göstərməsi kimi təqdim etmək idi. 1939-cu ilin avqustunda Polşa ordusunun formasını geyinən SS döyüşçüləri Qleivitsa şəhərində alman radio yayımçısına hücum etdilər. Beynəlxalq ictimaiyyətə öldürülmüş "polyak əsgərlərin" meyitləri təqdim edildi. Əslində qətlə yetirilən "polyak əsgərlər" Zaksenhauzen həbs düşərgəsində ölən əsirlər idi. 1 sentyabr 1939-cu il tarixində Alman qoşunları Polşaya hücum etdi və İkinci Dünya Müharibəsi başladı. SS-in Qleyvits təxribatına dair dəlillər SS Şturmbannfüreri Alfred Nauyoks tərəfindən 1945-ci ildə verilmişdir.
Qleyşer (Vaşinqton)
Qleyşer (ing. Glacier) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 211 nəfər olmuşdur. Adam başına düşən illik gəlirə görə həm Vaşinqton ştatında, həm də Uatkom əyalətində axırıncı (255-ci) olmuşdur. 1909-cu ildə Cenni Von tərəfindən əsası qoyulmuş və adlandırılmışdır. Əvvəllər ərazidə qızıl mədənləri, daha sonra isə kömür mədənləri fəaliyyət göstərmişdir. 1904-cü ildə Belliqnham Bey və Britaniya Kolumbiyası dəmir yolu (Bellingham Bay and British Columbia Railroad) çəkilmişdi. 1915-ci ildə artıq burda 3 otel, mağaza, inzibati bina və digər ictimai-iaşə obyekti var idi. 1923-cü ildə Mount Beyker Magistralı (Mount Baker Highway) açıldı. Ümumi ərazisi 7.8 km² olub, tamamilə quru ərazisindən ibarətdir.
Bel-Qleyd (Florida)
Bel-Qleyd (ing. Belle Glade) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.