Baltik-Ladoqa qlinti
Baltik-Ladoqa qlinti və ya Baltik-Ladoqa uçurumu (dan. Klint — uçurum, sıldırım) — Baltik dənizinin qərbindən, İsveçin Eland adalarından başlayıb, Estoniya, Leninqrad vilayəti və Ladoqa gölünə kimi uzanan qlint və ya uçurum. Qlintin uzunluğu təxminən 1100—1200 km-dir. Baltik-Ladoqa qlinti daha çox estoniyanın İda-Virumaa vilayətində özünü qabarıq göstərir. Bu bölgədə qlintin hündürlüyü 56 metrə çatır. Leninqrad vilayətində isə hündürlük 40-50 metrdən yüksək deyil. Pulkova yüksəkliyi adlanan bu ərazidə Pulkova rəsədxanası yerləşir. Bölgədə yerləşən bir çox tarixi qəsrlər məhs bu uçurumların üzərində inşa edilmişdir.
Qlint kembri və ordovik süxurlarının səthinə çıxma sərhədinə uyğun gəlir. Ordovik süxurlarından ibarət olan yüksəkliyin cənubundakı təpə Ordovik yaylası adlanır (Leninqrad vilayətində - İjor yüksəkliyi).