Qlyasiologiya
Qlyasiologiya (lat. glacies — buz; yun. λόγος — elm, təlim) — buzlaqların fəaliyyətini öyrənən elm. Qlyasiosfera və onu təşkil edən nival-buzlaq sistemləri qlyasiologiya elminin vahid təbii obyektidir.
Tədqiqatların əsas obyekti üzrə qlyasiologiya bir neçə sahəyə bölünür:
buzlaq üzərində tədqiqat
qar yağıntısı üzərində tədqiqat
uçqunlar üzərində tədqiqat
buz hövzələri və axınları üzərində tədqiqat
paleoqlyasiologiya (keçmiş geoloji dövr buzlaqlarının tədqiqatı).
Qlyasiologiya elmi fizika və mexanika, geologiya, iqlimşünaslıq (klimatologiya), geomorfologiya və s. elmlərlə qarşılıqlı əlaqədə olub, onların tədqiq metodlarından istifadə edir.