Qondvana
Qondvana — superqitə Rodiniyanın parçalanmasından sonra cənub yarımkürəsində yaranan və Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya, Yeni Zelandiya, həmçinin, Ərəbistan yarımadası, Madaqaskar və Hindistanı əhatə edən qədim geoloji qitədir. Eramızdan 360 milyon il əvvəl Paleozoy erasının beşinci dövründə, Qondvana Lavrasiya ilə birləşək superqitə olan Pangeyanın tərkibinə qatılmışdır. Qondvana qitəsi təxminən e.ə. 750 milyon və e.ə. 530 milyon illər boyu mövcud olmuşdu. Mezozoy erasında Qondvana qitəsində yağış meşələri yaranmış və faunada ilk dəfə olaraq nəhəng canlılar olan dinozavrlar peyda olmuşdur.