QOVUŞMAQ

f.
1. Birləşmək, bitişmək. İki yolun qovuşduğu nöqtə. Çayın qolları kəndin yanında qovuşur. Çayların suyu birbirinə qovuşub axırda dənizə tökülür.
– Turşsu çayların içi ilə Araza axır, Kürə qovuşur. S.Rəhimov.

2. məc. Bir şeylə birləşərək onun içində yox olub getmək.
Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükdə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn.
Sabahın zülməti hər tərəfi qaplamışdı.
Qarşıda görünən gündüzkü dağlar indi belə qaynayıb qaranlığa qovuşmuşdu. S.Rəhimov.
Qara buludlu göy də, işıqsız yer də hər ikisi bir-birinə qovuşmuşdu. Ə.Məmmədxanlı.

// Bir-birinə lap yaxınlaşmaq, birbiri ilə birləşmək, aralarındakı məsafə, sərhəd yox olub getmək, birləşərək bir bütöv şəklini almaq, bitişmək. Yaranın ağzı qovuşub. – Bəzi vaxtda çatlaq zəlzələdən sonra da qalır.
Amma bəzi vaxtda onun qıraqları genə gəlib qovuşur. H.Zərdabi.

3. Görüşmək, ayrılıq və hicrandan sonra vüsala çatmaq, birləşmək. [Heydər bəy:] …Biz bir-birimizi nəhayətdə sevirdik.
İki il idi qovuşmaq həsrətini çəkirdik. M.F.Axundzadə.
Yaxında hərbi vəzifəni bitirər, yenə də sevimli ailənə qovuşarsan. M.S.Ordubadi.
[Qurban] yolda yeriyərək düşünürdü: xoşbəxt adam kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq.

// Çatmaq, yetişmək, nail olmaq.
Həsrətinə qovuşmuş heyvancıqlar ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq.
İllər gəlib keçir, dövran xoş gəlir; Ağ günə qovuşur yenə də vətən. S.Vurğun.
Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı.

4. Sağalmaq, ağzı örtülmək, dərisi birləşmək, bitişmək (yara haqqında). Yara sağalıb qovuşmuşdur.
5. Bəzi isimlərin yanına gətirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: qaranlıq qovuşmaq, toran qovuşmaq, əbədiyyətə qovuşmaq.

Синонимы

  • QOVUŞMAQ sağalmaq — bitişmək
  • QOVUŞMAQ yarışmaq
  • QOVUŞMAQ görüşmək — çatmaq — yetişmək
  • QOVUŞMAQ birləşmək — bitişmək
  • QOVUŞMAQ 1. QOVUŞMAQ, ÇATMAQ, NAİL OLMAQ, YETİŞMƏK 2. qovuşmaq bax birləşmək

Антонимы

  • QOVUŞMAQ QOVUŞMAQ – AYRILMAQ Turşsu çayların içi ilə Araza axır, Kürə qovuşur (S.Rəhimov); Münəvvərin səsinə xəyaldan ayrıldım (S
QOVUŞMA
QOVUŞMAQ

Значение слова в других словарях