Qravimetrik analiz
Qravimetrik analiz (çəki analizi) – analitik kimyada müəyyən tərkibli təyin olunan komponentin kütləsinin dəyişməsinə əsaslanan miqdari analiz metodudur.
Qravimetrik analizdə alınmış XaRb çöküntüsü üçün aX+bR=XaRb tipli reaksiya istifadə olunur. Çəki analizinin aparılması zamanı təyin olunan komponent və ya maddənin tərkib hissəsi (element, ion) göstərilən reaksiya üzrə reaksiyaya daxil olur və ayrılaraq çəkilir. Reaksiya üzrə alınmış forma qravimetrik forma adlanır (əvvəllər çəki forması adlanırdı). Alınan maddənin tərkibi dəqiq məlum olmalıdır. Yəni tərkib hər hansı bir kimyəvi formula tabe olmalıdır və tərkibində kənar qarışıqlar olmamalıdır.
Qravimetrik analizdə müxtəlif qeyri-üzvi və üzvi kimyəvi birləşmələr istifadə olunur. Belə ki, məsələn, 1,2,3 — benzotriazol mis, gümüş, sink və s. metalların qravimetrik təyinində istifadə olunur.
Qravimetrik analiz (çəki analizi) öz inkişafının pik nöqtəsinə 1950-ci illərdə çatmışdı.