QUŞEYRİ ƏBDÜL

KƏRİM (375/986 – 464/1072) – görkəmli sufi alimlərindən biri, şafii fəqihi və əşəri kəlamçısı (I) olmuşdur. Nişapur yaxınlığında doğulmuşdur. Erkən yaşlarından müxtəlif dini elmləri öyrənmişdir. Tanınmış alimlərdən dərs almış, sonra isə müəllimlik etmişdir. 439/1048-ci ildə Nişapurda dini mübahisələrin sonunda əşəri-şafii və maturidi- hənəfi məzhəblərinin mənsubları arasında qarşıdurma baş vermişdir. Maturidilər Səlcuqlu hakimiyyəti tərəfindən dəstəkləndiyi üçün əşərilərin narazılığına səbəb olmuşdur. Quşeyri də əşərilərin fəallarından olduğu üçün təqiblərə məruz qalmışdır. Ancaq sonra xəlifə Qaimin sarayında çalışmışdır. O, 455/1063-cü ildə Nişapura qayıtmış, burada pedaqoji və elmi fəaliyyətini həyatının sonuna qədər davam etdirmişdir. Quşeyri İslam ilahiyyatı və fiqh sahələrində çoxsaylı əsərlərin müəllifi idi. Onlardan ən tanınmışlarından biri təsəvvüfün tarixi, dünyagörüşü və mərasimlərinə həsr edilmiş “Risalətül- fil-İlmi əs-Sufi” kitabıdır. Bu əsərdə sufilərin terminologiyasını açıqlanmış, tanınmış sufilərin bioqrafiyalarını vermişdir. Quşeyri ənənəvi İslamı sufiliklə uyğunlaşdırmaq, onların arasındakı qarşıdurmanı aradan qaldırmaq yolunu tutmuşdur.
QURTUBİ MƏHƏMMƏD
QÜDS
OBASTAN VİKİ
Şeyx Əbdül
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Hüseynov
Əbdül Hüseynov (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; d. 27 oktyabr 1925, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 14 may 2017, Moskva, Rusiya) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim. Əbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır. 2017-ci ilin may ayında vəfat etmişdir. Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. 14 may 2017-ci ildə 91 yaşında Moskvaa vəfat edib.. "Səlahəddin" "Mustafa xanın xəzinəsi" "Əkinçi taxtda" Əfzələddin Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar" "Abşerondan Ontarioyadək" "Arzamaslı qız" "Biz əslən Bakıdanıq" "Yılmaz Günel" "Mövsün Ərtoğrul" Türk kinosu" Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub.
Əbdül Həmid
Məhəmməd Əbdül Həmid (benq. মোহাম্মাদ আবদুল হামিদ; 1 yanvar 1944, Dəkkə, Britaniya Hindistanı) — Banqladeşin hazırkı Prezidenti. Banqladeş tarixində ən uzun müddət çalışan prezident olaraq tarixə düşüb. Həmid Kişoreqanj bölgəsindəki Mithamayn Upazilanın Kamalpur kəndində Tayebuddin və Tomiza Xatunun oğlu olaraq anadan olub. İlk təhsilinə kənd ibtidai məktəbində başlamışdır. İbtidai məktəbi bitirdikdən sonra Bayrapurdakı qohumunun evinə getdi və orada təhsilini davam etdirdi. Hüquq ixtisası üzrə bakalavr dərəcəsi aldı. Hal-hazırda Dəkkə Universitetinə bağlı olan Mərkəzi Hüquq Kollecindən dərəcə aldı. Daha sonra vəkil kimi Kişoreqanjda fəaliyyət göstərdi. 1990–1996-cı illər arasında 5 dəfə Kişoreqanj Bölgəsi Prezidenti seçilib.
Əbdül Kərim
Əbdülkərim — ad. Əbdülkərim bəy Məmmədov — xəttat. Əbdülkərim xan — Həştərxan xanlığının hakimi. Əbdülkərim Musəvi Ərdəbili — İran siyasətçisi və ayətullah. Əbdülkərim xan (Yarkənd xanı) — Yarkənd xanlığının hakimi. Əbdülkərim Buxari — Buxaralı səyyah və tarixçi. Əbdülkərim Əlizadə — Azərbaycan tarixçisi, şərqşünas, akademik Əbdülkərim Əfəndiyev – Göyçayın Potı kəndində yaşayıb. Əbdülkərim Qasım — İraqın 24-cü Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim. Digər Əbdülkərim (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Hisar-i Əbdülkərim (Əbhər) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd.
Əbdül Mahmudbəyov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Mahmudov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Muis
Əbdül Muis (ind. Abdoel Moeis; 3 iyul 1883 – 17 iyun 1959, Bandunq) — İndoneziya yazıçısı, jurnalisti və tərcüməçisi, müasir İndoneziya realist nəsrinin qabaqcılı. İndoneziyanın Niderlanddan müstəqilliyi uğrunda hərəkatın iştirakçılarından biri. Qərbi Sumatradakı Sunqay-Puarda anadan olmuşdur. Cakartada üç il tibb təhsili almış, lakin xəstəliyinə görə təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalmışdır. Onun ilk işi dövlət xidməti ilə bağlı idi, lakin daha sonra Əbdül Muis İndoneziyadakı Niderland müstəmləkə hakimiyyətlərini tənqid edən bir jurnalistə çevrilmişdir. O, Qərb müəlliflərinin əsərlərini İndoneziya dilinə tərcümə etmişdir: Servantesin "Don Kixot" (1923), Mark Tvenin "Tom Soyyerin macəraları" (1928), Hektor Malonun "Ailəsiz" (1932) əsərləri buna nümunədir. Muis İndoneziyanın siyasi həyatında daha çox iştirak etmək ümidi ilə "Sarekat İslam" azadlıq hərəkatına qoşulmuşdur. İndoneziyanın müstəqilliyi məsələsinin sülh yolu ilə həllinin faydasız olduğuna əmin olmuş, ölkənin müstəmləkə hakimiyyətlərindən zorakı formada azad edilməsinin tərəfdarı idi. Buna baxmayaraq, o, daha sonra Niderland hakimiyyətinin yaratdığı nümayəndəlik orqanı olan Xalq Şurasının üzvü olmuşdur.
Əbdül Məcid
Əbdül Məcid və ya Əbdülməcid — kişi adı.
Əbdül Qasımov
Əbdül Hüseynəli oğlu Qasımov — Azərbaycanın tanınmış hidrobioloq alimi. 5 mart 1929-cu ildə Lənkəran rayonunun Kənarmeşə kəndində anadan olmuşdur. 1946-cı ildə Dövlət Pedaqoji İnstitutunun təbiyyat-kimya fakültəsinə qəbul olunmuş, həmin institutu 1950-ci ildə bitirmişdir. Tələbəlik illərində prof. Z.M.Şaxtaxtinskayanın rəhbərliyi ilə yerinə yetirdiyi “Lənkəran rayonunun iynəcə sürfələri” mövzusunda yerinə yetirdiyi kurs işi onun gələcək fəaliyyətini müəyyənləşdirdi . Ölkəmizdə və xarici ölkələrdə məşhur hidrobioloq və zooloq kimi tanınmış Ə.H.Qasımov 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1950-ci ildən Azərbaycan EA Zoologiya İnstitutunda çalışan Əbdül müəllim Qasımov 1954-cü ildə məşhur rus hidrobioloqu V.İ.Jadinin rəhbərliyi ilə yerinə yetirdiyi namizədlik dissertasiyasını Leninqrad şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. O, həmin ildən Mingəçevir su anbarının, Kürün, o cümlədən respublikanın dağ-çəmən zonası göllərinin dib faunasını araşdırmağa başlamışdır. Ə.H.Qasımov 1963-cü ildə Moskva Dövlət Universitetində “Aşağı Kürün və Mingəçevir su anbarının biloji rejimi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycanın şirin su faunasının gözəl bilicisinə 1968-ci ildə professor elmi adı verilmişdir.
Əbdül Rəhim
Əbdül Rəhim (Arabic عبد الرحيم الكيب) və ya Əbdül Rəhim əl-Kib; 2 mart 1950, Tərabülüs əl-Qərb – 21 aprel 2020, Taskalusa[d], Alabama) — elektronika üzrə mühəndis və Liviya siyasətçisi. 2011-ci il oktyabrın 31-i Liviya Milli Keçid Şurasında keçirilən açıq səsvermədə 51 nəfərdən 26-nın dəstəyini alaraq Liviyanın Baş Naziri seçilib. Seçkidə alimin 4 rəqibi olub.
Əbdül Xalıq
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır. Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.
Əbdül Xalıqov
Əbdül Xalıqov - Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974). Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir. 1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir. 1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir. 1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
Əbdül Zahı
Əbdül Behrəng Bunevi Zallinader Zahı (18 aprel 1937, Tehran – 12 sentyabr 1966) — şair. Zahı 1937-ci ildə Tehranda anadan olub. Balacalıqdan şeir yazan Zahı 1949-cu ildə ilk şeiri olan "Balaca qız" şeirini Təbriz mətbuatında çap etdirmişdir. Uşaqları çox sevən şair onlar üçün "Bir ilanın hekayəsi" və s. əsərlərini yazmışdır. Şair 1966-cı ildə edam etdirilmişdir.
Əbdül Əbdülzadə
Əbdülzadə Əbdül Abbas oğlu — Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - "1001 xırdavat" mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə (1892/94-təx.1940) müəllim işləyib. Əbdül Əbdülzadə Sonqulu məscidində molla yanında oxuyub. Sonra Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə oxuyaraq oranı bitirib (3.5.1918). AC Parlaman idarəsində (dəftərxanasında) məzbətə mühərriri - stenoqrafçı (1.1.1919-adək; ARDA,). 18 may 1919-dan Gəncə ibtidai məktəbində müəllim işləyib.
Əbdül Əliyev
Əliyev Əbdül Hacıəli oğlu (1911, Dağıstan, Daxadayev rayonu, Qubaçı kəndi - 1965) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA müxbir üzvü. Əliyev Əbdül Hacıəli oğlu Dağıstanın Dahadayev rayonunun Qubaçi kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) bitirmişdir. "Azneftkəşfiyyat" trestində mühəndis-geoloq işləmişdir. 1940-cı ildə "Kabristanın məhsuldar qatının petroqrafiyası" mövzusunda namizədlik, 1946-cı ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin üçüncü dövr çöküntülərinin petroqrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu iş Azərbaycanın bu mühüm neftli-qazlı qatının öyrənilməsinə mühüm töhfə oldu və onun tərəfindən təklif olunmuş kəsilişlərin bölgü və müqayisəsi gələcək tədqiqatların əsasını qoydu. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) süxurların fiziki xüsusiyyətlərini öyrənən laboratoriyaya rəhbərlik etmişdir. 1948-ci ildə Geologiya İnstitutunun direktoru təyin edilmişdir. 1951-1959-cu illərdə Azərbaycan SSR-nin EA Neft ekspedisiyasının rəisi işləmişdir. Onun rəhbərliyi altında Azərbaycanın perspektivli yataqlarının neft və qaz ehtiyatlarının hesablanması üzrə böyük işlər aparılmış, yataqlara təsir etmənin çoxlu layihələri işlənib hazırlanmışdır ki, bu da Azərbaycanın neft mədənlərində neft hasilatının çoxalmasına kömək etmişdir.
Əbdül Əlizadə
Əbdül Əlizadə (d. 16 avqust 1932 — ö. 22 fevral 2015) — əməkdar elm xadimi, professor, psixoloq-alim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur. Əbdül Əli oğlu Əlizadə 1932-ci il avqust ayının 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuşdur. 1957-ci ildə Ə.Əlizadən "Azərbaycan məktəbi" jurnalında işləməyə başlayıb. Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənirdi. Onu aktual bir məsələ — təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı.
Lida Əbdül
Lida Əbdül (1973[…], Kabil) — müasir əfqan video-art rəssamı və ifaçıdır. Lida Abdul 1973-cü ildə Kabildə anadan olub, lakin gənc yaşda Sovet-Əfqan müharibəsi zamanı ailəsi ilə birlikdə Hindistana köçüb. Daha sonra Almaniya və ABŞ-da yaşayıb. O, 2000-ci ildə Kaliforniya İrvine Universitetində təsviri incəsənət üzrə magistr dərəcəsini almışdır.. Lida Abdulun əsərləri dəfələrlə müxtəlif mükafatlara layiq görülüb: 2006 — Şahzadə Klaus Mükafatı, 2007 — BƏƏ-dən sənətin populyarlaşması üzrə YUNESKO Mükafatı, 2009 — Avropa Media İncəsənət Festivalının Mükafatı, 2015 — Merz Fondunun birinci mükafatı (Turin).
Nəssir Əbdül Kərim Əbdül Rəhim
Nəssir Əbdül Kərim Əbdül Rəhim — Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ildən)
Kərim Əbdül Cabbar
Kərim Əbdül-Cabbar orijinal adı ilə Kareem Abdul Jabbar (əsl adı: ing. Ferdinand Lewis Alcindor Jr.; 16 aprel 1947[…], Nyu-York, Nyu-York ştatı, ABŞ[…]) — məşhur amerikalı basketbolçu, NBA tarixində ikinci ən çox xal qazanan oyunçu. Milli Basketbol Assosiasiyası komandalarından Miluoki Baks, Los-Anceles Leykersdə 20 mövsüm forma geyinib. Mərkəz mövqedə olan Kərim Əbdül-Cabbar karyerasında NBA ilin ən yaxşı beş komandası və NBA ən yaxşı müdafiə komandasına girməyi bacardı. 6 dəfə NBA çempionu, 6 dəfə NBA Ən Dəyərli Oyunçu Mükafatı, 19 dəfə NBA ulduzuna layiq görülüb. 6 çempionluğun ardından müəllim olduğu komanda iki dəfə NBA çempionu olmuşdur. 1996-cı ildə NBA Tarixinin ən yaxşı 50 oyunçusu sırasına daxil olmuşdur. NBA müəllimi Pat Riley və basketbolçu Ayzes Tomas ilə Culis İrvinq, Əbdül-Cabbarı tarixdəki ən yaxşı basketbol oyunçusu olduğunu deyirlər. İllərin ən yaxşı basketbolçusu hesab edilən Əbdül-Cabbar, Los-Anceles Kaliforniya Universitetində 1965–89-cu illərdə 5 nömrədə mərkəz pozisiyada oynamışdır. Karyerasında 38.387 top vurmuşdur.
Məşədi Əbdül Şahin
Məşədi Əbdül Hüseynəli oğlu Muradlı (Məşədi Əbdül Şahin) – şair. Məşədi Əbdül Şahin 1844-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Əsasən Petrovskidə alış-veriş edirdi. Şahin və Rahzən təxəllüsləri ilə şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Qarabağın xoştəb və əhli-zövq şüəralarından birisi də Əbdül ibn Hüseynəli ibn Məşhədi Muraddır, amma mərhum Əbdül anasının adı ilə məşhur idi. Belə ki, cəmi Qarabağ əhli ona Fatıoğlu Əbdül deyərdi. Təvəllüdü və həmçinin təlimü tərbiyəsi Şuşa qalasında olubdur. İyirmi il bundan əqdəm köçüb Petrovskiyə orada alış-veriş ilə məşğul olurdu.
Sultan Əbdül-Məcid
Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اول — Abdülmecîd-i evvel; 25 aprel 1823, Konstantinopol – 25 iyun 1861[…], Konstantinopol) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan Rəşad və Sultan Vahidəddin) atasıdır. 25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı.
Unqku Əbdül Əziz
Unqku Əbdül Əziz (malay Ungku Abdul Aziz; 28 yanvar 1922, London – 15 dekabr 2020) — Malayziyalı akademik iqtisadçı. Malayziya Dil və Ədəbiyyat Şurasının ilk baş direktoru (1956-1957). 1968-1988-ci illərdə Malaya Universitetinin rektoru olmuşdur. Aristokrat ailədəndir. Atası Malay-Çerkes əsilli, zabit, anası ingilis qadındır. Cohor Bahruda İngilis kollecini və Batu Pahatda Malay məktəbini bitirib. Ali təhsilini Sinqapurda Malaya Universitetinin Raffles Kollecində almışdır (1951). 1964-cü ildə Vaseda Universitetində (Tokio, Yaponiya) doktorluq dissertasiyası müdafiə etmişdir. Əvvəlcə 1952-1961-ci illərdə Cohor ştatının administrasiyasında — Malayziya Dili və Ədəbiyyatı Şurasına rəhbərlik etdiyi zaman bir illik fasilə ilə Malaya Universitetində (Sinqapur) müəllim kimi çalışmışdır. 1962-1965-ci illərdə.
Şeyx Əbdül Mahmudbəyov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül-Bəha Abbas
Əbdül-Bəha (23 may 1844, Tehran – 28 noyabr 1921, Hayfa) — Bəhai dininin peyğəmbəri Bəhaullahın böyük oğludur. 1892-ci ildə Əbdül-Bəha atasının vəsiyyətinə əsasən onun varisi və Bəhai dinin ondan sonrakı rəhbəri təyin olunur. O Tehranda əsilzadə ailəsində anadan olmuşdur, belə ki babası Mirzə Abbas Nuri Fətəli şah Qacarın vəziri olmuşdur. 8 yaşı olarkən atası Bəhaullah həbs olunur və ailənin bütün əmlakı müsadirə olunur. 4 ay sonra atasının İrandan sürgün olunması ilə Bağdada gəlirlər və 9 il burada yaşayırlar. O artıq kiçik yaşlarından atasına sədaqət göstərirdi və yeniyetməlik dövründə isə onun katibi olaraq xidmət edirdi. 1863-cü ildə atasının İstanbula, sonra Ədirnəyə və daha sonra da Əkkaya sürgün edilməsi ilə Əbdül-Bəha da ailə üzvü olaraq eyni taleyi yaşayır. 1908-ci ildə 40 illik həbs və sürgün həyatından sonra Gənc Türklər tərəfindən azad edilir. Bundan sonra Əbdül-Bəha Bəhai dinini yaymaq üçün Qərbə, Avropa və Amerika Birləşmiş Ştatlarına səfər edir. Bəhailər üçün Əbdül-Bəha Bəhai dininin 1892–1921-ci illər üçün rəhbəri, Bəhai müqəddəs yazılarının səlahiyyətli və qüsursuz şərhçisi, həmçinin kamil insan nümunəsi kimi qəbul edilir.
Əbdül-Malik Məcidov
Əbdül-Malik Məcidov (13 fevral 1961, Dağıstan MSSR – 19 fevral 2013) — İçkeriyanın sələfi-cihad qanadının böyük əmirlərindən biri, separatçı, sələfiliyin tərəfdarı, tanınmamış ÇİR ordusunun briqada generalı, İçkeriya şəriət qvardiyasının əmiri (komandiri), "Camaat islamiyə" çeçen cihadçılarının hazırlanması üzrə təlim mərkəzinə rəhbərlik etmişdir. Ruslan Gelayevin müavini olur. Rusiya Federasiyasının Şimali Qafqaz regionu ərazisində bir sıra iri terror aktları təşkil etməsi ilə tanınmışdır. Tanınmamış ÇİR silahlı birləşmələrinin strukturunda briqada generalı rütbəsinə qədər yüksəlmiş, İçkeriya Şəriət Qvardiyasının dəstələrinə rəhbərlik etmişdir. Gelayevin ən yaxın silahdaşı və onun İçkeriya hərbi əmiri vəzifəsində müavini olmuşdur. Əslən Dağıstanlı olsa da, mənşəcə etnik çeçendir. Bəzi mənbələrə görə isə Urus-Martan şəhərindəndir. Birinci Çeçenistan müharibəsi zamanı "İslam xüsusi təyinatlı alayı"-nın tərkibində Urus-Martan uğrunda döyüşlərdə iştirak edir, Ruslan Gelayevin dəstəsinin üzvü olur. Bəzi məlumatlara görə, o, Budyonnovskda terror aktında iştirak etmişdir. Birinci Çeçenistan müharibəsi başa çatdıqdan sonra o, "ÇİR-nın briqada generalı" titulunu alır və şəxsən özünün qurduğu ÇİR-nın "Şəriət mühafizəsi"-nə rəhbərlik edir.