QUBBƏTÜS-SAHRA
Qüdsdə Əməvi xəlifəsi Əbdül-Malik ibn Mərvanın 66/684- 72/691-ci illərdə tikdiyi məsciddir. Bu məscid qaya üzərində inşa edildiyinə görə bu adı (qayanın günbəzi) daşımaqdadır. Bu məscid Məhəmməd peyğəmbərin meraca yüksəldiyi yerdə inşa edilmişdir. Buna görə də İslamda müqəddəs yerlərdən biri hesab edilir.