QUMLU

sif.
1. İçində, tərkibində qum olan, qum qarışığı olan. Qumlu kirəc. Qumlu sement. Qumlu suvaq.
2. Qumu çox olan, qumla örtülü olan. Qumlu sahil. Qumlu səhra.
– Kəndin bütün ətrafını aradım; ancaq burada bir parça qumlu yer tapdım, soyunub uzandım; günəş vannası alırdım, – deyə doktor izahat verdi. B.Talıblı.

QUMLANMAQ
QUMLUCA
OBASTAN VİKİ
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Qumlu (Qürvə)
Qumlu (fars. قاملو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 713 nəfər yaşayır (171 ailə). Əhalisini kürdlər təşkil edir.
Qumlu (ada)
Qumlu adası — Laptevlər dənizində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 74 km aralıda yerləşir. Materiklə arasındakı məsafə isə 62 km-dir. Ada atolla bənzər formaya malikdir. Şimaldan cənubda diğru əyilir. Uzunluğu 12 km təşkil edir. Daxili hissədində laqun yerləşir. Adada yaşayış əlaməti yoxdur. İlin böyük qismi buzla öttülü olur. Burada fırtınalar müşahidə edilir.
Qumlu (Çaroymaq)
Qumlu (fars. ‎‎‎‎‎قملو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qumlu adası
Qumlu adası — Laptevlər dənizində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 74 km aralıda yerləşir. Materiklə arasındakı məsafə isə 62 km-dir. Ada atolla bənzər formaya malikdir. Şimaldan cənubda diğru əyilir. Uzunluğu 12 km təşkil edir. Daxili hissədində laqun yerləşir. Adada yaşayış əlaməti yoxdur. İlin böyük qismi buzla öttülü olur. Burada fırtınalar müşahidə edilir.
Qumlu yovşan
Qumlu yovşan (lat. Artemisia arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadasında, Azov və Qara dəniz sahillərində, Qərbi Qafqazda çöllərdə, qumluqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-100 sm-ə çatan yarımkoldur. Gövdələri bünövrəsində oduncaqlı, vegetativ zoğları qısadır. Yarpaqları yaşıl, bir az ətli, təxminən çılpaq, uc hissələrdə ensiz seqmentlərə bölünmüşdür. Alt yarpaqları uzun saplaqlı, digərləri oturaqdır. Səbətləri yumurtavari oturaq olub, şaxələnmiş süpürgəyə yığılmışdır. Yarpaqların uc hissələri lansetvari-xətvari və ya xətvari formalı bölünmüş, uzunluğu 10-15 mm, eni 1 mm-dir. Səbətləri xırda, uzunluğu 3 mm, eni 2 mm-dir.
Kiçik Qumlu səhra
Kiçik Qumlu səhra (ing. Little Sandy Desert) — Avstraliyanın qərbində (Qərbi Avstraliya) yerləşən səhra. Böyük Qumlu səhranın cənubunda, şərqdən Gibson səhrasına keçir. Səhranın adı sahəsinə görə verilmişdir. Səhranın sahəsi 101 min. km² təşkil edir. Orta illik yağıntının miqdarı 150–200 mm, buxarlanmanın miqdarı isə 3600–4000 mm təşkil edir. Yayda orta temperatur 22 - 38,3 °C, qışda isə 5,4—21,3 °C-dir. Ən iri axarı Seyvori-Krik çayıdır ki, oda Disappoyntment gölünə tökülür. Göl səhranın şimalında yerləşir.
Qumlu (Gədəbəy)
Qumlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Hal-hazırda kənd Gədəbəy şəhəri ilə birləşdirilmişdir. == Toponimikası == Oykonim kəndin yerləşdiyi ərazinin səciyyəsini verir.
Böyük Qumlu səhra
Böyük Qumlu səhra (ing. Great Sandy Desert) və ya Qərbi səhra — qum və şoranlıqdan ibarət olan səhra Avstraliyanın şimal-qərbində (Qərbi Avstraliya ştatı) qərarlaşır. Səhra 360 000 km² sahəyə malik səhra, Kanninq hövzəsi kənarındadır. Qərbdən 900 km şərqdə Səkkizmillik çimərlikdən Hind okeanı sahillərindən Şimal ərazisindəki Tanami səhrasına keçir. Cənub hissədə hündürlük 400–500 m, şimalda isə 300 metrdir. Ərazisinin bir hissəsini Dyunlar təşkil edir. Burada dyunların orta hündürlüyü 10-12 metr, maksimal hündürlük isə 30 metrdir. Bəzi dyunların uzunluğu 50 km qədər uzanır. Ərazidə şoranlıqlar geniş sahə tutsa da, bu soran-göllər nadir hallarda dolur: cənubda Disappoyntment, şərqdə Makkay, şimalda Qreqori. Şoran göllər Stert-Krik çayı ilə qidalanır.
Ağ və ya qumlu yovşan
Qaradöş qumluqca
Qaradöş qumluqca (lat. Calidris alpina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qumluca
Qumluca (lat. Arenaria) — qərənfilçiçəklilər sırasının qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == == Botaniki təsviri == == Sinonimləri == Brewerina A.Gray Cernohorskya Á.Löve & D.Löve Gooringia F.N.Williams Gouffeia Robill. & Castagne ex Lam. & DC. Spergulastrum Michx.
Qumluca (quş cinsi)
Qumluq astacası
Qumluq astacası (lat. Opatrum sabulosum L.)-Böcək bozumtul qara rəngdədir. == Quruluşu == Böcək bozumtul qara rəngdədir. Qanadüstlüyünün üzərində parıldayan ziyilciklər vardır. Uzunluğu 7–10 mm-dir. Sürfələrin üstü tutqun qəhvəyi, alt tərəfi isə sarımtıldır. Qarıncığın son buğumu konusvaridir. Yan tərəfində 8 qəlcəq vardır. Yaşlı sürfənin uzunluğu 16 mm-ə qədərdir. Böcəklər iki ilə yaxın yaşayır.
Qumluq cili
Qumluq cili (lat. Carex arenaria) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Vignea arenaria (L.) Rchb. === Heterotipik sinonimləri === Carex arenaria var. adjuncta Merino Carex arenaria f. pallida Lackow. Carex arenaria var. prostrata De Langhe Carex arenaria var. pseudoarenaria T.Marsson Carex arenaria f. pumila Lackow.
Qumluq dağçətiri
Qumluq dağçətiri (lat. Peucedanum arenarium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Qumluq dikyarpağı
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Acosta arenaria (M.Bieb. ex Willd.) Soják === Heterotipik sinonimləri === Spilacron crupinoides Cass.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Qumluq nekropolu
Qumluq nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində, Nəsirvaz çayın sahilində yerləşən arxeoloji abidə. Nekropol Nəsirvazçaya enən yamacda salındığından təbii aşınma nəticəsində dağılmış qəbir daşları üzə çıxmışdır. Bu isə qəbir abidələrinin dağılmasına səbəb olmuşdur. Nekropol yaxınlığından su kanalı çəkilərkən ona böyük zərər vurulmuşdur. Qəbirlər daş qutu tipli olub, yanlarda iki, baş tərəfdə isə bir iri sal daşla qurulmuşdur. Onların üzərini örtən iri sal daşlar sürüşüb qəbirlərin yanına, ya da içərisinə düşmüşdür. Qəbirlər təmizlənərkən çəhrayı və boz rəngli gil qab parçaları aşkar olunmuşdur. Onların bəzisi narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi batıq xətlərlə naxışlanmışdır. Gil qab parçalarının biri xaricdən çəhrayı, içəridən qara rənglidir. nekropolun ərazisində aparılan araş dırmalar zamanı dağıdılmış qəbirlərdən və ətrafdan çəhrayı rəngli çölmək tipli gil qab parçaları aşkar olunmuşdur.
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Qumluq yaşayış yeri
Qumluq yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Nəsirvazçaya doğru uzanan hündür dağın yamacında salınmışdır. Yaşayış yerinin ərazisi yabanı meyvə ağacları və bitki qalıqları ilə örtülmüşdür. Kəşfiyyat xarakterli qazıntılar göstərir ki, yaşayış yerində mədəni təbəqə yığılmamışdır. Maddi-mədəniyyət qalıqları yer üzərinə səpələnmiş daş alətlər və keramika nümunələrindən ibarətdir. Daş alətlər başlıca olaraq iri və kiçik həcmli dən daşlarının parçalarından ibarətdir. Boz rəngli tuf daşından hazırlanan dən daşlarının alt tərəfi oval, üst tərəfi isə yastı olub işlənmə nəticəsində aşınmış, bəzilərinin üst səthi qayıqşəkilli forma almışdır. Yaşayış yerindən toplanmış keramika nümunələrinin əksəriyyəti qalın divarlı təsərrü fat qablarının parça larından ibarətdir. Keramika nümunələri narın qum qatılmış gildən hazırlanaraq çəhra yı rəngdə yaxşı bişirilmiş, xaricdən anqoblan mış dır. Gil qab parçalarının birinin gövdəsi qabarıq bucaq şəkilli kəmərlə əhatə edilmişdir.
Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Qumluqdakı qadın
Qumluqdakı qadın (砂の女, Suna no onna, azərb. Qum qadını‎) – Yaponiya yazıçısı Kobo Abe tərəfindən 1962-ci ildə nəşr olunmuş roman. Avanqard alleqoriya üslubunda olan bu roman İkinci dünya müharibəsindən sonra ən yaxşı Yaponiya romanlarından biri hesab olunur. Abenin ingilis dilinə tərcümə olunan ilk romanlarından biridir. 2021-ci ildə Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Roman əsasında 1964-cü ildə rejissor Teşiqahara Hiroşi tərəfindən çəkilmiş film adaptasiyası Yaponiya kinematoqrafiyasının klassiklərindən hesab olunur. Filmin uğuru romanı və Yaponiya ədəbiyyatını ABŞ və İngiltərədə populyarlaşdırmışdır. == Məzmun == Romanın baş qəhrəmanı Niki Cumpey adlı həvəskar entomoloqdur. Araşdırması üçün bir səhraya səyahət edən Niki sakinlərinin yaşamaq üçün daim qum çuxuru qazdığı qəribə kəndlə qarşılaşır. Kəndlilər tərəfindən qum çuxurlarının birində həbs edilən Niki bir dul qadınla kəndi təhdid edən qumları qazmağa məcbur edilir.
Qırmızıbaş qumluqca
Qırmızıbaş qumluqca (lat. Calidris ferruginea) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.
Sərçəvi qumluqca
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Üçbarmaq qumluqca
Üçbarmaq qumluqca (lat. Calidris alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
İslandiya qumluqcası
İslandiya qumluqcası (lat. Calidris canutus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.

Значение слова в других словарях