Juqderdemidiyn Qurraqça
Juqderdemidiyn Qurraqça (monq. Жүгдэрдэмидийн Гүррагчаа; rus. Жугдэрдэмидийн Гуррагча, 5 dekabr 1947, Qurbanbulaq[d], Bulqan vilayəti) — kosmosa uçuş etmiş ilk monqol və ikinci asiyalı. O, 2000–2004-cü illər arasında Monqolustanın Müdafiə naziri olmuşdur.
== Erkən həyatı və kosmonavtika ==
Juqderdemidiyn Qurraqça 1947-ci il, 5 dekabr tarixində Monqolustanın şimalında yerləşən Qurbanbulaq bölgəsində anadan olmuşdur. Ulan-Batorda kosmik mühəndislik üzrə təhsil aldıqdan sonra hərbi hava qüvvələrinə qoşulmuş və general-mayor rütbəsinə kimi yüksəlmişdir.
1978-ci ilin, 1 martında səkkizinci "Interkosmos" layihəsinə üzv seçilmişdir. O, Maydarjavin Qanzoriqin əvəzetməsi idi. Qanzoriqin gedə bilməməsi səbəbilə proqramda Qurraqça iştirak etmişdir. Sovet kosmonavtı Vladimir Canibekov ilə birlikdə Beykonur kosmodromundan 22 mart, 1981-ci il tarixində Salyut 6 kosmik aparatı ilə orbitə çatdılar.