1. Böyük fiziki qüvvəyə malik olan; çox güclü, çox sağlam. Qüvvətli qollar. Qüvvətli pəhləvan. Qüvvətli adam. Qüvvətli əzələ.
2. Böyük hərəkət qüvvəsinə malik olan. Qüvvətli motor. Qüvvətli maşın. Tikintidə çox qüvvətli mexanizmlər işləyir.
3. Çox güclü; yaxşı silahlanmış, möhkəm; böyük müdafiə və hücum imkanlarına malik. Qüvvətli donanma. Qüvvətli ordu. Qüvvətli aviasiya.
4. Böyük nüfuz və qüdrətə malik. Qüvvətli dövlət. Qüvvətli hökmdar.
5. məc. Əsaslı, inandırıcı, tutarlı, təsirli, çox mühüm. Qüvvətli dəlillər. Qüvvətli mühakimə.
6. Çox bacarıqlı, məharətli, istedadlı, öz işini yaxşı bilən. Qüvvətli yazıçı. Qüvvətli tələbə.
– [Tələbəmə dedim:] Görünür, ədəbiyyatdan qüvvətlisən; bir mənə de görüm, o ki Hacı Qara deyirsən, o kimin əsəridir?
7. k.t. Tərkibində qidalı maddələr bol olan, güclü. Qüvvətli yemlər.
– Bütün qış dövrü üçün mal-qaraya lazım olan miqdarda qaba, şirəli və qüvvətli yemlər ehtiyatı tədarük etmək lazımdır. “ ”.