QƏDLİ-QAMƏTLİ
QƏDTƏZƏ
OBASTAN VİKİ
Qədr Gecəsi
Qədr gecəsi — Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məhfuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik. Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır. Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.
Qədr Surəsi
97-ci surə əl-Qədr (Qədr gecəsi) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir). Surə 4-cü besət ilində Məkkədə nazil olmuşdur. Surədə Qədr gecəsi və Quranın nazil olmasından danışılır. Məhəmməd peyğəmbər deyib: "Kim ki, Qədr surəsini oxusa, elə bil bir ay oruc tutub və Qədr gecəsində əhya saxlayıb".
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907, Odessa, Xerson quberniyası – 29 fevral 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1936-cı ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Qədriyə Teymurbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinfinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.
Yaqub Qədri Qaraosmanoğlu
Yaqub Qədri Qaraosmanoğlu (27 mart 1889 - 13 dekabr 1974)— Türkiyə yazıçısı, şairi, jurnalisti, diplomatı. Yaqub Qədri Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə anadan olmuşdu. Atası Manisanın məşhur Qaraosmanoğlu soyuna mənsub Əbdülqadir bəy, anası İqbal xanım idi. Atası 1833-cü ildə Kavalalı İbrahim paşanın Manisanı işğalı sırasında ona yaxınlıq göstərmiş və onun Misirdəki malikanəsinə yerləşmişdi. Əbdülqadir bəyin malikanə yiyələrindən İqbal xanım ilə etdiyi evlilikdən dünyaya gələn ikinci övladı Yaqub Qədri idi. Yaqub Qədrinin ailəsi İbrahim paşanın vəfatından sonra Türkiyəyə dönmüşdü. O, burada ilk təhsilini "Fevziye Mekteb-i İptidaisi"ndə tamamladı. 1903-cü ildə İzmir edadiyasına daxil oldu. Şahabettin Süleyman ilə dostluğu bu məktəbdə ikən başladı. Uşaqlıq illərində ədəbiyyata göstərdiyi həvəs lisey illərində daha da artdı.
Qədri Can
Qədri Can və ya Qədrican (kürd. Qedrî Can/Qedrîcan; türk. Kadri Can/Kadrican; 1911, Mardin – 1972) — sosialist beynəlmiləlçi kürd yazıçısı və şairi. Qədri Can 1911-ci ildə Əbdülqədir Can adı ilə Mardin vilayətinin Derik rayonunda anadan olmuşdur. İbtidai təhsilini Derikdə tamamlayan Qədri Can daha sonra Konya Müəllim Liseyində təhsil almışdır. Şeyx Səid qiyamından sonra Antakya yolu ilə qaçıb Suriyanın Dəməşq şəhərində məskunlaşmalı olmuşdur. Şeirləri və hekayələri "Hawar" və "Ronahi" kimi kürd intellektual jurnallarında dərc edilmişdir. O, əsərlərini kurmanci dilində yazmışdır. Müasir kürd poeziyasının atası hesab olunur. O, şeirlərində beynəlmiləlçiliyə və kürd milli şüuruna vurğu qoyurdu.
Qədri Cəmilpaşa
Qədri Cəmilpaşa (kürd. Qedrî Cemîl Paşa/قادری جهمیل پاشا, türk. Kadri Cemilpaşa), həmçinin Cəmilpaşazadə Qədri və ya Zınar Silopi (kürd. Zinar Sîlopî; 1891, Diyarbəkir – 27 oktyabr 1973 və ya 27 noyabr 1973, Dəməşq) — kürd siyasətçi. 1891-ci ildə Diyarbəkirin qabaqcıl ailələrindən olan Cəmilpaşazadə Fuad bəyin oğlu olaraq anadan olmuşdur. Diyarbəkir Hərbi Orta Məktəbini bitirdikdən sonra İstanbula getdi və İstanbul Sultanisindən məzun olmuşdur. 1911-ci ildə Ziraət Əli Məktəbi məktəbinə daxil olmuşdur. Bu dövrdə əmisi Ömər Cəmilpaşa və iki dostu ilə Kürd Tələbə Ümid Cəmiyyətini təsis etmişdir. Daha sonra təhsil üçün Lozannaya göndərilmiş, 1913-cü ildə əmisi Əkrəm Cəmilpaşa və dostları ilə birlikdə Ümid Cəmiyyətinin şöbəsini açmışdır. Birinci Dünya müharibəsi səbəbindən İsveçrə ilə poçt rabitəsi kəsildiyi üçün ailənin pulu artıq mövcud deyildi.

Значение слова в других словарях