Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əzmizadə Haləti
Əzmizadə Haləti, 17-ci əsrin Osmanlı dönəmində yaşamış alim və şairidir. Pir Mehmet Əzmi Əfəndinin oğlu olduğu üçün Əzmizadə soyadı ilə tanınmışdır.1570-ci ildə İstanbulda anadan olmuşdur. Əsl adı Mustafa olan Haləti yüksək mədrəsə təhsili görərək yetişmişdir. Xoca Sadəddindən icazət (diplom) almışdır. İyirmi yaşında ikən, qırx sikkə maaşla Xacə Xatun Mədrəsəsinə müəllim olaraq təyin edilmişdir. Bir çox mədrəsədə və Səhn-i Süleymaniyyədə müəllimlik etdikdən sonra 1602-ci ildə Şama, iki il sonra isə Qahirə qaziliyinə (hakimliyinə) təyin edilmişdir. Misir Əmir-ül-Ümərası, Hacı İbrahim Paşa əsgərlərin üsyanı nəticəsində şəhid olduqdan sonra onun yerinə keçmişdir. Lakin asayişi təmin edə bilmədiyi üçün xaric edilmişdir. İki il müddətindən sonra Hələti 1606-cı ildə Bursa qaziliyinə təyin edilmişdir. Bursanın Qələndəroğlu tərəfindən darmadağın edilməsindən sonra şəhərdən çıxmaq məcburiyyətində qalmışdır.
Ruhiyyət sarayı
Ruhiyyət sarayı (Türkmən dilində: Ruhyýet köşgi) — Türkmənistanın paytaxtı Aşqabadda yerləşən saraydır. Sarayda rəsmi hökumət tədbirləri, forumlar, görüşlər və açılış tədbirləri həyata keçirilir. Bina Fransanın Bouyges tikinti şirkəti tərəfindən tikilmişdir.
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] == Həyatı == Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur.Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. == İstinadlar == == Ədəbiyyat == Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart. Əfruz C. Təyyarəçi qız [Şeir] // Ədəbiyyat qəzeti, 1943.- 22 dekabr.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yəhuda Haləvi
Yəhuda Haləvi (təq. 1075, Tudela – təq. 1141, Qüds) — orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış tanınmış yəhudi alimi və mütəfəkkiri. == Həyatı == Tanınmış yəhudi ilahiyyatçı və şairi Yəhuda Haləvi 1075-ci ildə müsəlman İspaniyasının Tudela şəhərində doğulmuşdur. O, öz dövrünə görə mükəmməl təhsil almış, ərəb və yəhudi dillərini öyrənmişdir. Təhsilini İshaq Əlfazidən almışdır. Haləvinin digər məşhur yəhudi mütəfəkkiri İbn Əzra ilə yaxın münasibətləri olduğu tədqiqatçılara məlumdur. O, daha sonra İspaniyanın ən böyük mədəniyyət mərkəzi olan Qranada şəhərinə köçmüşdür. Burada uzun müddət yaşayıb-yaradan mütəfəkkir daxili müharibələr nəticəsində Əndəlüsü tərk etmiş, Toledo, Sevilya, Kordova, Lusena şəhərlərində yaşamışdır. Həyatının sonlarına yaxın Fələstini ziyarət etmək niyyətinə düşmüş, lakin İsgəndəriyyədə xəstəlikdən vəfat etmişdir.
Frez aləti
Frez aləti — metal və başqa materialların kəsmə ilə emalı üçün fırlanma səthinə malik olan çoxdişli kəsici alətdir. Frezlərin aşağıdakı növləri vardır: silindrik, yan səthli, disk paz və kəsici, barmaq, işgil, T-formalı, bucaq, fasonlu, sonsuzvint.Dişlərinin en kəsiyinin formasına görə iti tilli və arxa hissəsi girdələnmiş olurlar. Dişlərin formasına görə düzdişli, vint formalı, müxtəlif girişli frezlər, vint qanovlarının istiqamətinə görə sağ və sol, konstruksiyasına görə bütöv və yığılmış frezlər mövcuddur. Kəsici tillərin optimal həndəsi parametrləri üçün təscrübələr əsasında aşağıdakı qiymətlər müəyyən edilmişdir: qabaq bucaq γ=(-10)÷30°; baş dal bucaq α=10÷30°; köməkçi dal bucaqα1 = 4÷10°; baş plan bucağı φ=30÷90°; köməkçi plan bucağı φ1= 1÷10°; keçid kəsici tilin uzunluğu l = 1÷2 mm; əsas kəsən tillin meyilliyi λ=(—5)÷15°; vint qanovlarının meyillik bucağı ω=10÷45°. Frez alətinin kəsici tilinin materialı onun tətbiq sahəsindən asılı olaraq müəyyən edilir. Kəsici tillər ya bütöv, ya da lövhə şəklində hazırlanıb əsas gövdəyə bərkidilir. Kəsici material kimi tezkəsən alət poladı, bərk xəlitə, kəsici keramika, polikristallik bornitrid və almazdan istifadə edilir. Onların tətbiqi bu materialların bu və ya digər frezləmə növünə (kobud, təmiz, incə, ultraincə və s.)uyğun gəlməsindən asılı olaraq seçilir. == Istinad == Rezo Əliyev. Maşınqayırma leksikonu.
Musiqi aləti
Musiqi alətləri (Çalğı alətləri) - müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu. Musiqi alətlərinin quruluşunu, texniki xüsusiyyətlərini və ifaçılıq imkanlarını öyrənən elmə alətşünaslıq deyilir . == Növləri == Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir. 1) Səsçıxarma imkanlarına görə Simli musiqi alətləri – simlərin səsləndirilməsi üsullarına görə növlərə bölünür:Kamanlı alətlər – skripka, alt, violonçel, kontrabas; Dartımlı alətlər – arfa; Mizrablı alətlər - tar, saz; Zərb alətləri – alətin gövdəsinə vurulmaqla səs əldə edilir . Səslənməsinə görə aşağıdakı növlərə bölünür: köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon, zəng (kolokol, kolokolçik). Köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s. Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər.Nəfəsli musiqi alətləri (üfləmə alətlər) – havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur . Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər. Hazırlanma materialına görə növlərə bölünür:Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, qoboy, klarnet, faqot və s.Klavişli (dilli) alətlər – xüsusi mexanizmlə təchiz olunmuş alətlər olub, səsçıxarma üsullarına görə fərqlənir.
Bayan (musiqi aləti)
Bayan (qədim rus salnaməçisinin adından götürülmüşdür) - qarmona bənzər pnevmatik, dilli musiqi aləti. Sağ klaviaturası düyməlidir, 3-5 cərgəli, 4-5 oktava həcmində tam xromatik səsdüzümündən ibarətdir, sol klaviaturası standart ("italyan) sistemi üzrə, yəni müşayiət üçün hazır akkordlar dəsti ilə qurulur. 1891-ci ildə bavariyalı usta Q.Mirvald tərəfindən düzəldilmişdir. Sağ klaviaturalı sistem Avstriya və başqa ölkələrdə "Vyana qarmonu" adı ilə geniş yayılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı,2011, səh.302.
Kontrabas (musiqi aləti)
Kontrabas (it. contrabbasso) — musiqi aləti. Bu alət Kontrabas Violone adı verilən Renesans musiqi alətindən törəmişdir. 16-cı əsrdən 18-ci əsrə qədər dəyişim dövrü keçmişdir. 18-ci əsrin ikinci yarısında bugünkü halını almışdır. Hündürlüyü 1.80 eni 60 sm olan kontrabas bu ölçüləri səbəbindən ayaqda yaxud hündür stula əyləşərək çalınır. Kontrabas simli kaman alətləri arasında öz ölçüsünə görə ən böyük və ən bəm səslənən alətdir. Zahirən o, violonçelə bənzəyir. Texniki cəhətdən kontrabas orkestrin digər simli kaman alətlərinə nisbətən xeyli ağırdır. Həm də onun qalın simlərinin səslənməsi violino, viola və violonçelə nisbətən daha az ahəngdardır.
Orqan (musiqi aləti)
Orqan (lat. organum; q.yun. ὄργανον - alət) — klavişli nəfəs aləti. Böyük konsert orqanları bütün digər musiqi alətlərindən daha böyükdür. Orqan dizaynı müxtəlif uzunluqlu və diametrli külək boruları, havanın vurulması üçün qurğu, klaviaturalı konsol və trakt üzərində qurulub. Orqanın səs orijinallığı hər bir alət üçün dəsti fərdi olan xüsusi tembrlərlə (“ registrlər ”) müəyyən edilir. == Tarixi == Orqan ən qədim musiqi alətlərindən biridir. Hugo Riman hesab edirdi ki, orqanın əcdadı qədim Babilə gedib çıxır (e.ə. 19-cu əsr): “Körük boru vasitəsilə şişirilmiş, əks ucunda isə, şübhəsiz ki, qamış və bir neçə deşik olan boruları olan bir gövdə var idi” . Orqan embrionunu Pan fleytası, Çin şeni və digər oxşar alətlərdə də görmək olar.
Qanun (musiqi aləti)
Kanon (Qanon) - yatıq sazlar ailəsinə mənsub olub, dartımlı-simli musiqi alətidir. == Söz açımı == Bəzi müasir musiqiçilər orqanı ərğənunla eyniləşdirirlər. Halbuki, orqan sıxılmış hava ilə işləyir, ərğənun isə Nizami Gəncəvinin dövründə simli alət idi . Məlum olduğu kimi, hazırda Azərbaycan xalq çalğı alətləri ansamblları tərkibində, eləcə də solo ifaçılığında istifadə olunan kanon, əslində elə ərğənundur. Ərğənun müxtəlif dövrlərdə bir neçə formada hazırlanmış və onlardan birinə qanun deyilmişdir. Təəssüf ki, qanun musiqi aləti rus ədəbiyyatlarında əvvəlcə qanon, sonra isə kanon kimi işlədilməyə başlamışdır. Hazırda kanon kimi istifadə etdiyimiz ərğənun simli alətinin telləri Nizaminin göstərdiyi kimi, cənglə dilləndirilirdi. Deməli, cəng bir neçə rola malik idi. Yəni həm ritmik ahəngi nizamlayır, həm də ərğənunu tellərinin dilləndirilməsində təzanə rolunu oynayırdı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün nəinki cəngdən istifadə olunmur, hətta ərğənunu əvəz edən kanonu dilləndirən və təzanə rolunu oynayan bu musiqi alətinin adı belə çəkilmir.Avropa alimləri "orqan" (alət, vasitə) sözünü yunan dilindəki "erqo" (iş) sözüylə əlaqələndirir .
Truba (musiqi aləti)
Truba (rus. Труба, it. tromba) - ucunda ağızlıq olan nəfəsli mis musiqi aləti.
Zəng (musiqi aləti)
Zəng kökü tarixdən əvvəlki dövrlərə gedən bir alətdir. Zil çalınmağa başladıqda, onu toxmağla vuraraq ondan bir səs çıxarılır. Normal harmoniklər verdiyi əsas nota əlavə olunur (yuxarı səkkizli, beşlik, alt üçlü, alt səkkizli). Bu harmoniklərin dəqiqliyi zəngin konturundan (xarici və daxili dairədən) asılıdır. Zilin tənzimlənməsi üstündəki ərintinin ölçüsünün azaldılması ilə əldə edilir. Ərintinin haradan endiriləcəyi müəyyən edilir. Bunlar hər harmonikin ortaya çıxdığı yerlərdir. Zəngin ərintisi 78% mis və 22% qalaydan ibarətdir. Günümüzdə elektrik mühərriki zəng çalmaq üçün istifadə olunur. Mühərrik makaranı idarə edir.
Ərğan (musiqi aləti)
Ərğan (musiqi aləti)- Hər hansı alətin yaranma tarixi nə qədər qədim olursa, o alət haqqında bir sıra ziddiyyətli fikirlər yaranır. Ərğan da belə alətlərimizdəndir. Təəssüf ki, bir sıra çalğı alətləri kimi ərğan da tarixin keşməkeşli yollarında itib-batmış, sıradan çıxaraq unudulmuşdur. Bəzən yanlış olaraq ərğan – ərğənun və hətta qanun alətləri ilə eyniləşdirilir. Halbuki ərğan düyməli (klavişli), körüklü nəfəs aləti, ərğənun telli, rudabənzər alət olmuş, qanun isə dövrümüzə gəlib çatan, diz üstündə qoyularaq, hər iki əlin şəhadət barmaqlarına taxılmış oymağabənzər mizrabla çalınan telli alətdir. == Yaranma tarixi == Ərğan (mənbədə ərğənun yazılıb) alətini miladdan 300 il əvvəl Misirin İsgəndəriyyə şəhərində yaşamış yunan mexaniki Ktezibey icad edib . Tezliklə ərğan bir sıra Şərq ölkələrinə yayılıb, o cümlədən Azərbaycana da gətirilib. Qətran Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, Azərbaycanda ərğandan ən azı bu dövrdən istifadə edildiyi məlum olur. == Quruluşu == Alət 2 cərgə bürünc (Ə.Marağalıya görə qalay) borulardan hazırlanırdı. Bəm səslənən borular uzun olub, zil səslənən qısa borulardan yuxarıda yerləşdirilirdi.
Viola (musiqi aləti)
Viola (başqa adı Alt) — skripka ailəsindən olan kamanla çalınan simli alət. == Söz açımı == Qalın səslənən oğlan və ya qız səsləri "alt" adlanır. Ən qalın qadın səsi olan kontralto əvvəllər "alt" adlanırdı. Sonralar isə bu adı simli alətlər qrupundan olan alət - alt (və ya "viola" deyilir) daşımağa başladı. Bəlkə də bu aləti ona görə belə adlandırmışlar ki, onun çox yumşaq, ifadəli insan səsinə çox yaxın olan tembri (səs çaları) var. == Quruluşu == Skripkadan böyük olduğu üçün daha alçaq registrdə səslənir. Simlərin düzülüşü: IV–c, III–g, II–d№, I–a№; skripkanın düzülüşündən 1 kvinta aşağı; kiçik oktavanın do səsindən üçüncü oktavanın mi səsinə qədər diapazonda daha çox istifadə olunur; notlar alt və skripka açarlarında yazılır. Violada alma üsulları və ştrixləri skripkada olduğu kimi eynidir, lakin səsi daha az parlaqdır; solo alət kimi az rast gəlinir. Viola qruppasından simli və simfonik orkestrlərdə istifadə olunur. Simli kvartetin vacib üzvüdür, kamera ansambllarında da istifadə olunur.
Pip (python paket idarə etmə aləti)
Pip - python paketlərini idarə etmə sistemidir. Pip vasitəsi ilə python proqram təminatı paketlərini yükləmək və idarə etmək mümkündür. Bir çox paketləri Python Package Index (PyPI) tapmaq mümkündür. Python 2.7.9 və sonrakı versiyaları (python2 seriyasında), və Python 3.4 və sonrakı versiyaları yüklədikdə pip (pip3 Python 3 üçün) üzərində avtomatik gəlir. pip sözünün açıqlaması "Pip Installs Packages" (python paketləri yükləyir) və ya "Pip Installs Python" (pip pythonu yükləyir) deməkdir.
Azərbaycan baleti
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. == Tarixi == === XX əsrin erkən illəri === Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu.Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi.1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır. "Qız qalası"nın yaranması bir sıra balet tamaşalarının yaranmasına səbəb oldu. Bu dövrdə teatrda "Sonalar gölü", "Don Kixot", "Baxçasaray fontanı", "Esmeralda", "Qırmızı lalə" və s.
Kosovo Baleti
Kosovo baleti — 1972-ci ildə yaradılıb. Yarandığı gündən truppanın iki əsas nəsli var. Onlar "Birinci Nəsil" və "İkinci Nəsil" kimi tanınırlar ki, bu da yeni nəsil kimi tanınır. Birinci Nəsil, Kosovo Baletinin məcburi dağılmasına qədər truppa ilə birlikdə çıxış edən qurucu üzvlərinə aiddir. İkinci Nəsil Yuqoslaviya Müharibələrindən sonra Kosovo Baletində islahatlar aparmaq üçün Ahmet Brahimajın rəhbərliyi altında təlim keçmiş rəqqaslar qrupuna aiddir. == Birinci nəsil == Birinci nəsildən olan balet artistləri Tatyana Petkovskanın rəhbərliyi altında Skopyedəki Orta Balet Məktəbində təhsil alırdılar. Məzun olduqdan sonra bu sinifdən olan 25 rəqqas Priştinaya qayıtdı və burada Kosovo Milli Teatrında Kosovo Baletinin rəsmi ilk nəslini yaratdılar. Truppa bütün keçmiş Yuqoslaviyada, Lyublyanadakı Balet Biennalesində və Dubrovnikdəki Yay Oyunlarında çıxış edəcəkdi. Təəssüf ki, truppa 1991-ci ildə davam edən zorakılıq və Yuqoslaviya müharibələrindən etnik təmizləmə təhlükəsi səbəbindən məcburi şəkildə ləğv edildi. Birinci nəslin üzvlərinə Ahmet Brahimaj, Rustem Selca, Asma Molla, Selajdin Kice, Gani Loshi və Jonuz Beqiraj daxildir.
Herzi Halevi
Herzi Halevi (ivr. ‏הרצל "הרצי" הלוי‏‎; 17 dekabr 1967, Qüds) — İsrail Silahlı Qüvvələrinin General-leytenantı, yəhudiəsilli hərbçi. 2023-cü ilin 16 yanvar tarixindən etibarən İsrail Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi vəzifəsinə təyin olunmuşdur.1985-ci ildən etibarən ölkəsinin silahlı qüvvələrində xidmət edən Halevi, əvvəllər Cənub Komandanlığının komandiri, Hərbi Kəşfiyyat İdarəsinin rəisi, 35-ci Paraşütçülər Briqadasının komandiri və İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalı rəhbəri vəzifələrində çalışıb. Halavi Hərbi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş ilk ortodoks yəhudi kimi tarixə keçib. == Həyatı == Herzi Halevi 1967-ci ilin 17 dekabr tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Atası Şlomo İrqun Dilin Müdafiəsi Batalyonu təşkilatının üzvü olmuş Haim Şalom Halevinin oğlu idi. Ana tərəfdən olan babası Dov Baar Kohen ölkənin baş ravvini kimi xidmət edib. Herzi adı Altıgünlük müharibədə doğumundan bir necə ay əvvəl həlak olmuş əmisinin şərəfinə adlandırılımışdır.Halevinin anasının mənsub olduğu ailə 14 nəsil Yerusəlim şəhərində yaşamışdır, atasının valideynləri isə Rusiyadan köçmüşdür. Himmelfarb dini liseyində təhsil aldığı müddətdə Tzofim dini missioner cəmiyyətinin üzvü olub. Ailəsi Ortodoks iudaizm inancına mənsub olduğu üçün uşaqlıqdan qatı dini qanunlarla böyüdülüb.
Səhiyyə
Səhiyyə — dövlət fəaliyyətinin bir istiqaməti. Məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir. Siyasət, iqtisadiyyat, sosial, hüquq, elm, tibb, gigiyena, epidemiologiya və mədəni sahədə görülən işlərin cəmi sayəsində mümkün olur. Hər bir insanın fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmlənməsinə, onun uzunömürlülüyünün təmin edilməsinə, sağlamlılığında problem yaranarsa ona təcili tibbi yardım gəstərilməsinə xidmət edir. Bunub üçün xüsusi təyinatlı poliklinika, klinika və digər tibb müəssisələri yaradılır. == Dövlət səhiyyə xidmətinin təşkilinin ümumi prinsipləri == Dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsi, maddi-texniki bazasının yaradılması və kadr təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılması ; Dövlət hesabına müalicə və hamının əhatə edilmıəsi ; Profilaktika şəbəkəsinin qurulması : Xəstəliklərin qarşısının alnması sisteminin qurulması ; Gigenik tələblərin qorunması üzərində nəzarət ; Sanitar maarifçilik ; Cəmiyyətin sağlamlığı üçün dinamik müşahidə ; Elm və praktikanın, müalicə və profilaktikanın birliyi ; Tibbi xidmətdə ənənənin qorunması ; Ümumi xarakter ; Beynəlmiləlşilik ; == Həmçinin bax == Dövlət Nazirlik Tibb == Ədəbiyyat == Princeton University. (2007). health profession. Retrieved June 17, 2007, from Princeton University United States Department of Labor. (February 27, 2007).
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Hamədi
Hamədi (ərəb. حمادي‎, fr. Hammedi) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 25 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 27 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 40,546 nəfər idi.
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələriHələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Həçəti
Həçəti (erm. Ոչեթի; Voçeti) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd. Kənd Qafan şəhərindən 38 km şimal-qərbdə, Gərd və Qazangölçayın sağ sahilində, dəniz səviyyəsindən 2200 m yüksəklikdə, kollu-meşəli dağ döşündə yerləşir. Hal-hazırda kənd dağıdılıb və heç kim yaşamır. == Adı == Kəndin adı «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacatı», Qafqazın 5 verstlik xəritəsində «Haçaatı» («Гачааты»), Azərbaycan mənbələrində «Həçəti», erməni mənbələrində «Hacatin formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində «bucaq şəklində ayrılan», «haça» mənasında işlənən haca (<haça) sözünə -tı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Tarixi == Kənd XX əsrdə 4 dəfə dağıdılmış sonra yenidən bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri kimi Həçəti kəndinə də xeyli ziyan dəymişdir. 1918-ci ildə daşnak silahlıları Həçəti kəndini dağıtmış, kənd əhalisi Zəngəzur dağlarını aşaraq Naxçıvana pənah aparmışlar.
Laləli
Laləli (Duzluca) — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Laləli-i Torab (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi —kitabı 2018-ci ildə rus dilində nəşr olunub. Kitabda Qərb dövlətləri və Rusiyanın Səfəvilər dövlətinə qarşı Qriqorian kilsəsindən istifadə etməkləri haqqında tarixi məlumatlar öz əksini tapıb. == Haqqında == Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətindən bəhs edilir.Kitabın birinci hissəsində erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında "erməni fobiyası"nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Kitabın ikinci hissəsində Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixi izlənilir. Kitabın üçüncü hissəsində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə, dördüncü hissəsində isə Səfəvilərin tənəzzülü dövründə Qriqorian kilsəsinin vəziyyətindən bəhs edilir.Sonradan kitab ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. == Bioqrafiyası == Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.
Dyagilevin rus baleti
Dyagilevinin rus baleti (fr. Ballets russes, balɛʀys) — rus teatr və incəsənət xadimi Serqey Dyagilev tərəfindən yaradılmış balet . 1908-ci ildən 1929-cu ilədək (Sergey Dyagilevin ölümünə qədər) 20 mövsüm boyunca davam etmiş «Rus sezonları”ndan yaranmışdır. Xaricdə, xüsüsən edir.Fransa и Böyük Britaniyada böyük uğur əldə «Rus sezonları” təkcə xoreoqrafiya deyil, bütövlükdə dünya incəsənətinin inkişafında mühüm təsir rolunu oynamışdır. Monako knyazı Pyer Polinyakın himayədarlığı altında onlar Opera Monte-Karlo teatrının binasında yerləşmişdilər. İstedadlı təşkilatçı olan Dyagilev istedadları seçmək duyğusuna malik idi. O təşkil etdiyi sezonlara bütöv istedadlı rəqqas və xoreoqrafları dəvət etmişdir. Onlar arasında Vatslav Nijinski, Leonid Myasin, Mixail Fokin, Serj Lifar, Corc Balançin kimi istedadlar vardı. Dyagilevin tamaşalarının dekorasiya və geyimləri üzərində «İncəsənət dünyasının əməkdaşları » Leon Bakst və Aleksandr Benua çalışırdı. Sonradan hər zaman yeniliklərə meylli olan Dyagilev dekorator qismində Avropanın tanınmış rəssamları - Pablo Pikasso, Andre Deren, Koko Şanel, Anri Matissi və bir çox rus avanqardistləri — Natalya Qonçarova, Mixail Lariyonov, Naum Qabo, Antuan Pevzneri cəlb etmişdir.
Ürəklər Valeti (personaj)
Ürəklər Valeti — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. == Xarakteristika == "Ürəklər Valeti" personajı ilk dəfə "Alisa möcüzələr ölkəsində" əsərinin "Krallıq kroketi" adlı səkkizinci fəslində peyda olur və yaxşı insan kimi təqdim olunur. "Krendelləri kim oğurlayıb?" adlı 11-ci əsas şübhəli şəxs hesab olunur. Ardınca 12-ci fəsil "Alisanın sübutu" fəslində peyda olur. == Uyğunlaşdırma == ABŞ rejissoru Tim Börtonun 2010-cu ildə çəkdiyi Alisa möcüzələr ölkəsində filmində ABŞ aktyoru Krispin Qloverin canlandırdığı "Ürəklər Valeti" personajı, İlosoviç Steyn (ing. Ilosovic Stayne) kimi təqdim olunur.
Pentacalia mason-halei
Pentacalia mason-halei (lat. Pentacalia mason-halei) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.
Ürəklər Valeti (Kerrolun personajı)
Ürəklər Valeti — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. == Xarakteristika == "Ürəklər Valeti" personajı ilk dəfə "Alisa möcüzələr ölkəsində" əsərinin "Krallıq kroketi" adlı səkkizinci fəslində peyda olur və yaxşı insan kimi təqdim olunur. "Krendelləri kim oğurlayıb?" adlı 11-ci əsas şübhəli şəxs hesab olunur. Ardınca 12-ci fəsil "Alisanın sübutu" fəslində peyda olur. == Uyğunlaşdırma == ABŞ rejissoru Tim Börtonun 2010-cu ildə çəkdiyi Alisa möcüzələr ölkəsində filmində ABŞ aktyoru Krispin Qloverin canlandırdığı "Ürəklər Valeti" personajı, İlosoviç Steyn (ing. Ilosovic Stayne) kimi təqdim olunur.
Slovakiya Milli Teatrının baleti
Slovakiya Milli Teatrının baleti Slovakiya Milli Teatrının tərkib hissələrindən biridir. 21 avqust 2012-ci il tarixindən etibarən baletin direktoru Jozef Dolinskydir. Balet tamaşaları Hviezdoslavov námestídəki tarixi SND binasında keçirilirdi. 2007-ci ilin aprelindən SND Operasının ümumi zalında və Pribinova küçəsindəki Slovakiya Milli Teatrının yeni binasında keçirilir. Sentyabrın əvvəlindən iyunun sonuna qədər davam edən teatr mövsümündə baletin tamaşaları qeyri-müntəzəm olaraq opera truppası ilə növbələşərək keçirilir. Balet kollektivi öz tamaşalarından əlavə bir neçə opera tamaşasında da iştirak edir. Ansamblın heyətində 8 birinci solist, 12 solist, 13 demi-solist və 43 ansambl üzvü var. Ansamblın ilk solistləri: Erina Akatsuka, Olga Chelpanova, Yuri Kaminaka, Romina Cholodziej, Konstantin Korotkov, Artemyj Pyzhov, Tatum Shoptaugh və Andrej Szabo. == Tarixi == Slovakiya Milli Teatrı baletinin ilk bədii rəhbəri 1920-ci il mayın 19-da Leo Delibesin olmuşdur. İlk dəfə Koppelia baletini təqdim edən çex rəqqasə Vatslav Kalina olmuşdur.
Avstriyada səhiyyə
Avstriyada səhiyyə — Avstriyada qeyri-infeksion xəstəliklər üstünlük təşkil edir. İnfeksion xəstəliklərdən vərəm, viruslu hepatit, skarlatin və s. qeydə alınmışdır. Avstriyada xəstələrin əksəriyyəti dövlət hesabına və ya ictimai sığorta ilə müalicə edilirlər.
Başqırdıstanda səhiyyə
Başqırdıstanda səhiyyə — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında səhiyyə. 2002-ci ildə Başqırdıstanda 481 ambulatoriya-poiklinika müəssisəsi, 41496 çarpayılıq 297 xəstəxana var idi. Əəhalinin hər 10 min nəfərinə 107 çarpayı düşürdü; 2003-cü ildə bütün ölkədə 16,7 min həkim işləyirdi ki, əhalinin hər 10 min nəfərinə 41 həkim düşürdü. Ümumi xəstələnmə hallarında tənəffüs orqanları xəstəlikləri 15,5%, həzm sistemi – 13,8%, qan dövranı – 12% təşkil etmişdir. Ölkənin əsas tibbi kurortları Aksakovo, Krasnousolsk, Şafranovo, Yanqantau və digərləridir. Ölkədə insan ölümlərinin əsas səbəbləri qan dövranı sistemi xəstəlikləri (63%); bədbəxt hadisələr, zəhərlənmə və travmalar (16%); bədxassəli şişlər (12%); tənəffüs orqanları xəstəlikləri (6%) təşkil etmişdir.
Behiyyə Naxçıvani
Behiyyə Naxçıvani (24 fevral 1948, İran) — Uqandada böyüyən və Birləşmiş Krallıq və ABŞ-də təhsil alan İranlı Bəhai dinin ardıcılı olan yazıçıdır. İndi dərs dediyi Fransada yaşayır.Belçikada Avropa və Amerika ədəbiyyatını tədris etmiş, sonradan Fransaya getmişdir. 2007-ci ildə Behiyyə Naxçıvani Lyej Universitetindən fəxri doktorluq dərəcəsi qəbul etmişdir. Onun kitabları dünyanın bir çox dillərə tərcümə olunmuşdur. == Həyatı == 1948-ci ildə İranda dünyaya gəlmiş, Uqandada böyümüş və Böyük Britaniyada təhsil almışdır. == Ailəsi == Behiyyə Naxçıvaninin atası Əli Naxçıvani dünyaca məşhur Bəhailərdən biridir. Əli Naxçıvanı 1919-cu ildə Şüvəlanda anadan olmuşdur. O anadan olan ərəfədə atası Əli Əkbər Naxçıvani vəfat etmişdir. Bundan sonra fələstinli Bəhai olan anası onu Fələstinə gətirmiş və o, burada təhsil almışdır. 1951-ci ildə isə, yəni Behiyyə dünyaya gəldikdən 3 il sonra Bəhailiyi yaymaq üçün Uqandaya getmişdir.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Mədrəseyi-ruhaniyyə
== Mədrəseyi-ruhaniyyə == 1881-ci ildə Gəncədə açılmışdır,
Nuriyyə Hüseynova
Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti. == Həyatı == Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
Nuriyyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). == Həyatı == Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
Qazaxıstanda səhiyyə
Qazaxıstanda tibb — hər bir ölkədə olduğu kimi, Qazaxıstan vətəndaşlarının sağlamlığı və rifahını qorumağa çağırılır. Qazaxıstanın səhiyyə sistemi hazırda bazar münasibətlərinə keçid mərhələsindədir. == Qazaxıstanda dövlət səhiyyə sistemi == Qazaxıstan Respublikasında səhiyyə sahəsində dövlət tənzimlənməsi Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirliyinin səlahiyyətlərinə daxildir . == Səhiyyə Sistemindəki islahatlar == Son illərdə dövlət səhiyyə sistemində islahatlar və inkişaf etdirməyə yönəlmiş bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. 2002-ci ildə Səhiyyə ili elan edildi, İslahat və Səhiyyə İnkişafı Dövlət Proqramı qəbul edildi, pulsuz tibbi xidmətin siyahısı daim genişlənir. Hal-hazırda, Qazaxıstan Respublikası Hökuməti vərəm, diabet, QİÇS, onkoloji xəstəliklərin müalicəsinə, həmçinin yod çatışmazlığı probleminə ciddi diqqət yetirir. Bütün bu sahələrdə müvafiq dövlət proqramları qəbul edilmişdir. === "Sağlam Qazaxıstan" === 2011-2015-ci illər arasında Qazaxıstanda sağlamlığın inkişafı Dövlət Proqramı "Salamatty Kazakhstan" həyata keçirildi. Bu proqram çərçivəsində ana və körpə ölümünün göstəriciləri azaldı. Kardiologiya və ürək əməliyyatı üçün təkmilləşdirilmiş göstəricilər isə çoxaldı.
Raziyyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyyə Şirinova
Raziyyə Şirinova (1940) – müğənni, aktrisa, film iştirakçısı. == Həyatı == R. Şirinova 1962–64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilə kimi teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu , Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış etmişdir. R. Şirinova bir konsert müğənnisi kimi də böyük uğur qazanmışdır. Sənətdə olduğu bu illər ərzində respublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 2005-ci ildən Prezident təqaüdçüsüdür.
Risalətun-Nushiyyə
Əxlaqi-didaktik mövzuda yazılmış “Risalətun-nushiyyə” (“Nəsihətnamə”) 1307-ci ildə yazılmışdır. Əsər 563 beytdən və “Ağlın tərifi” (“Fi tərifil əql”) adlı kiçik bir nəsrlə yazılmış hissədən ibarətdir. Bu əsərin ilk 13 beyti bir (Fa’ilatün, failatün, fa’ilün), 550 beyti isə başqa (Məfa’ilün, məfa’ilün, fa’ilün) bəhrdə yazılmışdır. “Risalətun-nushiyyə” əsərinin ilk 13 beytində od, su, torpaq və küləkdən bəhs açılır. Kiçik parçada dörd ünsürdən hazırlanan insan, Tanrı (Padişah) tərəfindən can verilən ilk məxluqun - Adəmin torpaqdan, sudan, oddan, yeldən və candan əxz etdiyi sifətlər (xarakter) haqqında məlumatlar verilir: Padişahın hikməti gör neylədi, Od, su, torpaq və suya söylədi. Bismillah deyib, gətirdi torpağı, Ol arada hazır oldu ol dəği. Torpaq ilə suyu bünyad eylədi Ona Adəm deməgi ad elədi. Yel gəlib ardınca dəbitdi onu Ondan oldu cismi-Adəm, bil bunu. Od dəxi dəldikdə qızdırdı onu Çünki qızdı, cismə birləşdi cam. Əsərin kiçik nəsr hissəsində ağlın tərifi cənnət və cəhənnəm, o cümlədən 4 ünsür - torpaq, su, yel, od haqqında sufiyanə fikirlər özünə yer tapır.
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. == Haqqında == Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. == Rübailəri == *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Rüşdiyyə
Həsən Rüşdiyyə — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb.
Balatı
Balatı - buğda unu, maya və sudan hazırlanan, xəmirin yoğrulması zamanı bütövlükdə istifadə olunan yarımfabrikatdır. Adətən balatıya duz qatılmır, çünki duz mayaların aktivliyini azaldır. Lakin elə üsullar vardır ki, balatıya duz qatılır (bu üsula görə balatıya qatılan duzun miqdarı xəmirin resepturasında nəzərdə tutulmuş duz miqdarının təxminən 1/3 hissəsi qədər olur). Bundan başqa elə üsullar da vardır ki, balatı hazırlamaq üçün duz mühitinə uyğunlaşdırılmış mayalardan istifadə edilir . Balatının tərkibindəki un və suyun miqdarından asılı olaraq müxtəlif xəmirhazırlama üsulları mövcuddur: Qatı balatı üsulu. Bu üsulda qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 45-55%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Çox qatı balatı üsulu. Bu üsulda çox qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 60-70%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Maye balatı üsulu. Bu üsulda çox maye balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 25-35%-dən, mayadan və sudan 68-72% nəmliyində hazırlanır.
Bateti
Bateti — Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Bateti- Tiflis quberniyasının Qori qəzasında kənd adı. Şimali Qafqazda Ter əyalətinin Xasav-Yurt dairəsində Bat-Yurd, həmin əyalətin Kızıl-Yar dairəsində Bada-Yurd (yenə orada), Yelizavetpol (Gəncə) quberniyasında Badakənd, Badaçay, Lənkəran-Astara bölgəsində Bədəlan, Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı və b. adlarla eynidir. VII əsr müəllifi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada Saz-Baday (türk dillərində saz "qamışlıq" "bataqlıq yeri") toponimi ilə ("Alban tarixi" I kitab, 33-cü fəsil) səsləşir. Pateti (əsli görünür Bata-eti) toponimi bizdə Bata, Bada tayfasının adını göstərir. Bunu İrəvan quberniyasının Eçmiadzin qəzasında Badalı və Göyçə bölgəsində Bədəli kənd adları da göstərir. Erkən orta əsrlərdə Cənub-şərqi Avropada yaşamış və qədim rus mənbələrində adı Bout kimi yazılmış bir türk mənşəli tayfanın adını əks etdirir.
Halenia
Haleniya (lat. Halenia) — acıçiçəkkimilər fəsiləsinə aid bitki cinsi.
Hamlet
"Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" (ing. The Tragical Historie of Hamlet, Prince of Denmarke), və ya sadəcə "Hamlet" - məşhur ingilis dramaturqu Vilyam Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var. Əsərin məzmunu Danimarka şahzadəsi haqqında bəhs edən əfsanədən götürülüb və ilk növbədə onun intiqamını özündə əks etdirir. Əsər ilk dəfə 1603-cü ildə nəşr edilib. Şekspirin sağlığında "Hamlet" daha 2 dəfə, 1604-cü və 1622-ci illərdə çap olunub. Azərbaycan səhnəsində "Hamlet" ilk dəfə 1926-cı ildə oynanılıb. Baş rolu Azərbaycanın məşhur aktyoru Abbas Mirzə Şərifzadə ifa edib.
Hereti
Hereti, Ereti və ya Şəki — Qafqaz Albaniyasının vilayətlərindən biri. Cənubi Qafqazda, indiki Azərbaycan Respublikası ərazisinin qərbində, indiki Gürcüstan Respublikası ərazisinin şərqində və indiki Dağıstan Respublikası (Rusiya) ərazisinin cənubunda yerləşən əraziləri əhatə etmişdir. Ərəblərin Azərbaycana yürüşləri ərəfəsində, 787-ci ildə ərazidə Şəki knyazlığı adlı feodal qurumu formalaşmışdır. == Adı == D. Musxeleşvili Şərqi Gürcüstanın tarixi coğrafiyasına dair kitabında ərazini "Hereti" adı ilə təqdim etsə də, qeyd edir ki, "Gürcü mənbələrində X əsrə qədər Hereti barədə heç bir məlumat yoxdur. D. Musxeleşviyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan her tayfasının adı ilə, ərəblər onu paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırdılar. Hereti xoronimi Herov adlı alban qəbiləsinin adından götürülmüşdür və yalnız gürcü mənbələrində öz əksini tapmışdır. Lakin bu gün Qubada yaşayan Qrız kənd sakinləri danışdıqları Qrız dilində kəndlərini Hered özlərinə isə Her deyirlər böyük ehtimal ki bu dilin və Qrız kəndinin bu günə qədər qalmağı onların nə vaxtsa Azərbaycanın şimal qərbindən Qubaya köç etmə ehtimalı verir Ərəbdilli mənbələrdə Hereti, vilayət mərkəzi olan Şəki şəhərinin adıyla təqdim edilir. D. Musxeleşvili hesab edir ki ərəb mənbələrində adı çəkilən "Şəki" əslində Hereti knyazlığıdır. Lakin həm də qeyd edir ki, nədənsə "Kartlis tsxovreba"da da bəzən "Hereti" adı əvəzinə "Şəki" adı işlədilir. == Ərazisi == Hereti əyaləti şərqdə Qafqaz dağlarına, qərbdə Kür çayına, şimalda Telebdən yuxarıdakı Tke-Tba yaxud Qulqula gölünə, cənubda isə Alazan və İori çaylarının hövzəsinə kimi uzanan bir ərazini əhatə edirdi.
Jalebi
Jalebi, digər adla zülbiyə Cənubi və Qərbi Asiyada, Şimali və Şərqi Afrikada geniş yayılmış çərəz növü. Jalebi Maida unundan hazırlanmış xəmirin yağda qızardılması və şərbətlə isladılması ilə hazırlanır. Forması ya dairəvi, ya da bretzel formasında olur. Bu çərəz İran və Hindistanda məşhurdur. Jalebi isti və ya soyuq şəkildə təqdim edilir. Bəzən ona gülab da əlavə edilir. Jalebi istəyə uyğun olaraq ətirli su əlavı edilmiş kəsmik və rabri (Şimali Hindistan) ilə birgə yeyilir. Azərbaycanda ortaq ada sahib olan zülbiyə, habelə Gəncə şəhərinə xas olan zilviyə şirniyyatı mövcuddur.
Kaxeti
Kaxeti diyarı (gürc. კახეთის მხარე) — Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biridir. Tarixi və müasir elmi Azərbaycan mənbələrində bəzən Qaxet adıyla tanınır. İnzibati mərkəzi Telavi şəhəridir. Diyar Azərbaycan və Rusiya ilə həmsərhəddir. Kaxetinin cənubunda Keşiş dağ məbədi yerləşir. == İnzibati-ərazi bölgüsü == Kaxeti diyar səkkiz bələdiyyəyə bölünür (2014): Telavi bələdiyyəsi (ərazisi 1,094 km², əhalisi 58.350) Axmeta bələdiyyəsi (ərazisi 2,248 km², əhalisi 31.461) Qurcaani bələdiyyəsi (ərazisi 849 km², əhalisi 54.337) Kvareli bələdiyyəsi (ərazisi 1,000 km², əhalisi 29.827) Dedoplistsğaro bələdiyyəsi (ərazisi 2,531 km², əhalisi 21.221) Laqodexi bələdiyyəsi (ərazisi 890 km², əhalisi 41.678) Saqareco bələdiyyəsi (ərazisi 1,515 km², əhalisi 51.761) Sığnaq bələdiyyəsi (ərazisi 1,251 km², əhalisi 29.948) == Tarixi == VIII əsrdən başlayaraq Kaxeti müstəqil feodal knyazlıq olmuşdur. XI–XII əsrlərdə o, çar Qurucu Davidin səyləri nəticəsində birləşmiş Gürcüstan çarlığının tərkibidə girmişdir. Gürcüstan çarlığının süqutundan sonra Kaxeti 1460-cı illərdə yenidən müstəqil olub yerli çar tabeliyində kiçik dövlət kimi mövcudluğunu davam eləmişdir. 1762-ci ildə Kaxeti çarlığı qonşu Kartli çarlığı ilə birləşmiş, Kaxetinin paytaxtı Telavi yeni birləşmiş Kartli-Kaxeti çarlığının paytaxtı olmuşdur.
Qaleri
Qay Qaleri Valeri Maksimian (lat. Gaius Galerius Valerius Maximianus), Roma tarixşünaslığında daha çox Qaleri kimi tanınır (250, Roma Dakiyası – 5 may 311) — 293–311-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianları təqib etməsi ilə tanınır. == Həyatı == Əslən İlliriyadan olan Qaleri 1 mart 293-cü ildə Diokletian tərəfindən sezar təyin edilmişdir. Diokletianın qızı Valeriya Qaleri ilə evlənmiş və Diokletian da öz növbəsində Qalerini övladlığa götürmüşdür. Qaleri həyat fəaliyyətinə savadsız çoban kimi başlamışdır, zorakı xarakterli və siyasi baxımdan əhəmiyyətsiz bir insan idi. O, sonradan bacarıqlı bir əsgər və Diokletianın sadiq köməkçisi olmuşdur. İmperiya Diokletian və Maksiminian arasında bölünəndə Qaleri Dunayboyu ölkələrə yiyələnmişdir. Onun rəsmi iqamətgahı Sirmiyada idi, lakin o, xüsusilə şərqdə, imperiyanın Diokletian payına düşən hissəsində fəal idi. Qaleri 293–295-ci illərdə Aşağı Dunayda german tayfalarına qarşı yürüşlər aparmış və onları dəfələrlə məğlub etmişdir.
Dvaleti
Dvaleti (gürc. დვალეთი; oset. Туалгом) — dvalların yaşadığı tarixi vilayət. Vaxuşti Baqrationi 1745-ci ildə tərtib etdiyi "Gürcüstanın coğrafiyası" adlı əsərində Dvaletini ətraflı təsvir etmişdir. Kartli-Kaxeti çarlığının Rusiyaya ilhaqından sonra 1859-cu ildə Dvaleti Tiflis quberniyasından çıxarılmış, Terek vilayətinin tərkibinə daxil edilmişdir.