QƏDƏRİLƏR

insanın iradə azadlığına üstünlük verən dini cərəyanın mənsubları olmuşdurlar. Taleyi mütləqləşdirən cəbrilərə qarşı çıxış edirdilər. Qədərilərə görə insan etdikləri əməllərdə mütləq azadlığa malikdir və burada Allahın iştirakı yoxdur. Allah hər hansı törədilən iş haqqında yalnız sonra bilik əldə edir. Bu kimi baxışlarına görə qədərilər insanın mütləq azadlığı tərəfdarları kimi tanınmışdırlar. Qəza və qədər haqqında fəlsəfi fikirlər İslamdan öncəki dövrlərdə də mövcud olmuşdur. Çünki, insanlar hər zaman şərin Tanrı tərəfindən yaradılması haqqında düşünmüşlər. Bu istiqamətdə insanlar özlərinə dünyada mövcud olan şərin olmasına görə Tanrının məsuliyyət daşıyıb-daşımamağı haqqında sual verilmişdirlər. Güman edilir ki, qədəriliyin İslam ənənəsində ortaya çıxması İslamı qəbul etmiş xristianların fəaliyyəti ilə bağlıdır. Buna görə də, qədəriliyə qarşı çıxanlar onun xristianlığın təsiri ilə formalaşan dini cərəyan olduğunu qeyd edirdilər. Sonra bu təlimin ideyalarını Məbəd Cuhani və Qeylan Dəməşqi adlı ilahiyyatçılar inkişaf etdirmişdirlər. Ancaq, hakimiyyətə yaxın olan dini dairələr qədəriliyi rədd edirdilər. Buna görə də, Məbəd Cuhanini Əməvilərin İraqdakı valisi Həccac edam etdirmişdir. Təqiblərə baxmayaraq Əməvilər dövründə qədərilik Xilafətin bir çox yerlərində yayılmışdır. Çünki, xeyir və şər qarşıdurması İslamdan əvvəlki dövrlərdən bu yerlərdə, xüsusən də Ön Asiyada geniş yayılmışdır. Sonra bu ideyalar Antik Yunan düşüncəsi və inancları ilə qovuşaraq “qnostik” (gizli bilik) adlanan doktrinalara çevrilmişdir. Bu səbəbdən də, bu təlimləri bilən və İslamı qəbul etmiş insanlar arasında qədərilik böyük rəğbətlə qarşılanmışdır.
QƏDƏR
QƏDİRİLƏR
OBASTAN VİKİ
Qədərilər
Qədərilər — İslama nisbət olunan firqə. İnsanın iradə azadlığına üstünlük verən dini cərəyanın mənsubları. Bu dini cərəyanın mənsubları insanın iradə azadlığına üstünlük verirdilər. Onlar taleyi mütləqləşdirən cəbrilərə qarşı çıxış edirdilər. Qədərilərə görə insan etdikləri əməllərdə mütləq azadlığa malikdir və burada Allahın iştirakı yoxdur. Allah hər hansı törədilən iş haqqında yalnız sonra bilik əldə edir. Bu kimi baxışlarına görə qədərilər insanın mütləq azadlığı tərəfdarları kimi tanınmışdırlar. Qəza və qədər haqqında fəlsəfi fikirlər İslamdan öncəki dövrlərdə də mövcud olmuşdur. Çünki, insanlar hər zaman şərin Tanrı tərəfindən yaradılması haqqında düşünmüşlər. Bu istiqamətdə insanlar özlərinə dünyada mövcud olan şərin olmasına görə Tanrının məsuliyyət daşıyıb-daşımamağı haqqında sual verilmişdirlər.

Digər lüğətlərdə