QƏLBİSINIQ
QƏLƏBƏ
OBASTAN VİKİ
Eyvaz Qələmçəli
Eyvaz Qələmçəli (1929, Köhnəqışlaq, Ağstafa rayonu – 19 mart 2003, Ağstafa rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eyvaz Qələmçəli 1929-cu ildə Ağstafa rayonunun Köhnəqışlaq kəndində anadan olub. 15 yaşından şeir yazmağa başlayıb. İndiyə kimi üç kitabı - "Könlüm istəyir", "Bu dağlardadır", "Kürəyində haqqın əli" nəşr olunaraq oxucuların ixtiyarına verilib. Eyvaz Qələmçəli "Şəhid oldu", "Kürəyində haqqın əli", "Qurbanam", "İncədərə", "Qoru", "Ehtiyacım var", "Gəncə bax", "Kimi", "Qaldı", "Ağlar", "Həkim", "Dünya", "Qocalmışam", "Mən Qocalmazdım", "Düşür yadıma", "Səslə mən döyüşə", "Azərbaycan əsgəri", "Ay aşıq", "Ceyrançölün çobanları", "Sinədəftər şair Zəlimxan Yaquba", "Hanı", "Aşıqlar evi", "Allah" və s. yüzlərlə şeir yazmışdır. -deyən şair 2003-cü ilin mart ayının 19-da dünyasını dəyişib. Ağstafa rayon İcra Başçısının və Yazıçılar Birliyinin birgə fəaliyyəti nəticəsində onun 80 illik yubileyi 2009-cu il iyul ayının 3-də təntənəli qeyd edilib.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Gənc qələmlər
Gənc qələmlər — 1925-1926-ci illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ədəbi dərnək == Haqqında == Dərnəyin təşkilində Vahab Həsənzadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayev yaxından iştirak etmişdir. Naxçıvan ədəbi gəncliyin inkişafında "Şərq qapısı" qəzeti də mühüm rol oynamışdır. Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli Zəbun, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib və başqa gənc şairlərin şeirləri müntəzəm olaraq qəzetdə dərc olunurdu. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 165. ISBN 5-8066-1468-9.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Məhəmməd Siyah Qələm
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XIV əsrin sonu və XV əsrin əvvəllərinə aid rəsm albomunundakı bir çox şəkillərin müəllifi olduğu ehtimal edilən rəssam. Onun şəkillərinə türkmən, Çin, fars və monqol mədəniyyətlərinin xüsusiyyətləri təsir edib. Siyah Qələm rəsmləri XIV əsrin sonu və XV əsrin əvvəllərinə aiddir. Albomdakı şəkillərin çoxu Mehmet və ya Məhəmməd Siyah Qələm adı ilə imzalanıb. Bu rəsmlər dövrün mədəni və dini ritual normalarını təsvir edərək, o dövrün əhalisi və coğrafiyası haqqında məlumat verir. Ümumiyyətlə, rəsmlər İrana aid edilir və Çin sənəti və texnikasının güclü təsiri ilə yanaşı, İslamın gəlməsindən əvvəl Orta Asiya regionunda əsas inanclar olan buddizm və şamanizmin simvollarını daşıyır. Tarixi mənbələrdə adına rast gəlinməyən bu rəssam haqqında yeganə mənbə Topqapı muzeyində saxlanılan və "Fateh albomu" adlandırılan rəsm kolleksiyasındakı bir neçə rəsmin üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzasıdır. Şərq ölkələrində sənətçinin özünü "ustad" kimi təqdim etməsinə adətən rast gəlinmədiyi üçün bu qeydin sonradan edilmiş ola biləcəyi də güman olunur. Həmin rəsmlər ilk dəfə 1910-cu ildə Münhendə Maks van Berxemin dəstəyi ilə nümayiş etdirilmiş və sonrakı illərdə unudulmuşdur.
Nun və ya əl-Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
Oktyabrın Qələbə Addımı ilə (1974)
Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Oktyabrın qələbə addımı ilə (film, 1974)
Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Pir qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə baxmayaraq, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Pirr qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə baxmayaraq, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Qılınc və qələm (roman)
"Qılınc və qələm" — Məmməd Səid Ordubadinin tarixi romanı Yazıçının tarixi romanlarından sonuncusu olan "Qılınc və qələm"də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında Məmməd Səid Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər yazmışdır. Hələ 1925-ci ildə "Maarif işçisi" məcmuəsinin 8-ci nömrəsində dərc etdirdiyi "Fars ədəbiyyatında Nizami" məqaləsində Nizaminin yaşadığı mühitdən və şairin əsərlərindən bəhs edən Ordubadi, sonralar Nizaminin 800 illik yubileyinin keçirilməsində olduqca fəal və böyük səy ilə çalışaraq bu sahədəki tədqiqatını daha da genişləndirmişdir. 1939-cu ildən başlayaraq,onun müxtəlif qəzet və jurnallarda,eyni zamanda yubiley münasibətilə buraxılan "Nizami" almanaxlarında "Nizaminin dövrü və həyatı"(məqalələr silsiləsi,1939),"Böyük şairin yaşadığı mühit"(1947), "Nizami dövründə ədəbiyyat" (1947),"XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" (1943) və sair kimi dəyərli elmi məqalələri çap olunmuşdur.Bunlardan əlavə,"Nizami" (1939) adlı opera mətnini və "Qılınc və qələm" romanını da yubiley münasibətilə yazmışdır. 1941-ci ildə romandan "Bahar" adı ilə bir parça "Revolyusiya və kultura" jurnalında dərc olnumuş,bundan sonra ayrı-ayrı parçalar çap edilmişdir. Bütövlükdə-"Qılınc və qələm" romanı Azərnəşr tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çapdan çıxarılmışdır. Oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilmişdir.
Qırmızı Qələm (1971)
Film vaxtilə "Qırmızı qələmlər" poetik birliyinin yaradıcısı, tanınmış Azərbaycan şairi Süleyman Rüstəmin həyat və yaradıcılığına həsr olunmuşdur.
Qırmızı qələm (film, 1971)
Film vaxtilə "Qırmızı qələmlər" poetik birliyinin yaradıcısı, tanınmış Azərbaycan şairi Süleyman Rüstəmin həyat və yaradıcılığına həsr olunmuşdur.
Qızıl qələm mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. 2000-ci illərdə eyniadlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Qızıl qələmlər
Qızıl qələmlər — Azərbaycanda ədəbi cəmiyyət (1925-1932). "Qızıl qələmlər" ədəbi cəmiyyəti 1925-ci ilin dekabr ayında Bakıda yaranmışdır. Gənc yazıçılar “Kommunist” qəzeti ətrafında birləşərək “Gənc qızıl qələmlər cəmiyyəti”ni təşkil edirlər. “Gənc qızıl qələmlər” cəmiyyətinin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi. 30 noyabr 1926-cı ildə “Gənc qızıl qələmlər” təşkilatı “Ədəbiyyat cəmiyyəti”ni sıxışdırdığından və üstün mövqe qazandığından bu iki təşkilatın müştərək iclasında onların birləşdirilməsi qərara alındı. Həmin gündən bu cəmiyyət “Qızıl qələmlər ittifaqı” adını daşıdı. Azərbaycanın bir sıra şəhərlərində - Naxçıvanda, Gəncədə, Şəkidə “Qızıl qələmlər ittifaqı”nın şöbələri açıldı. 1927-ci ildən “Maarif və mədəniyyət” jurnalı “Qızıl qələmlər ittifaqı”nın orqanı oldu. 1927-ci ilin fevral ayındə Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublika ədəbiyyat təşkilatları “Qızıl qələmlər” ədəbiyyat cəmiyyətində birləşdirilir. “Qızıl qələmlər” ədəbiyyat cəmiyyəti heyətinə Ruhulla Axundov, Mustafa Quliyev, T. Hüseynov (sədr), Ə. İbrahimov, Hacıbaba Nəzərli, Süleyman Rüstəm (katib) seçilirlər.
Qələbin
Qələbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 334 nəfərdir. Toponim qələ (qala) və bin (alt, dib) sözlərindən ibarət olub, “qala altı, qalanın dibi” mənasındadır. Kəndin yerləşdiyi coğrafi mövqe də bunu təsdiq edir. Kənd qədim Zəməqalanın ətəyində yerləşir. Yerli əhali arasında Qalaaltı da adlanır. Rayonun Mistan inzibati ərazi vahidində eyniadlı köçəbə də vardır.
Qələbin şəlaləsi
Qələbin — Azərbaycannın Lerik rayonunda Veri ərazisinin Qələbin kəndində yerləşən şəlalə. Talış dağlarının zirvəsində olan şəlalə yuxarı və aşağı şəlalələrdən ibarətdir. Mənbəyi təqribən dəniz səviyyəsindən 1000 metr hündürdə yerləşən Talış dağları olan şəlalənin hündürlüyü təqribən 65–70 metrdir.
Qələbə Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə Günü (Azərbaycan)
Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi.
Qələbə Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
Qələbə Günü (dəqiqləşdirmə)
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
Qələbə abidəsi (Ankara)
Qələbə abidəsi (türk. Zafer Anıtı, həmçinin Ulus Atatürk Anıtı olaraq tanınır) — Türkiyənin Ankara şəhərində Mustafa Kamal Atatürkün monumental atlı heykəli. Abidə 24 noyabr 1927-ci ildə açılmışdır. Ulus meydanında, Qurtuluş müharibəsinin qəhrəmanları şərəfinə Yenigün qəzeti rəhbərliyində türk xaqlının vəsaiti hesabına inşa edilmişdir. Abidə Türkiyədə reallaşdırdığı monumental heykəlləri ilə tanınan avstriyalı heykəltaraş, rəssam, xalkoqraf və illüstrator Heinriç Krippel tərəfindən hazırlanmışdır. Abidə Ulus meydanında yerləşir. Bu meydan 1950-ci illərə qədər Ankaranın mərkəzi meydanı sayılırdı. Atatürk bulvarından şərqdə yerləşir. Türk hökumətinin elan elədiyi beynəlxalq yarışmada birinci olan avstriyalı heykəltaraş Heinriç Krippelə 1925-ci ildə sifariş edilən heykəl. Heykəltəraşın Türkiyədə sifariş edilən ən əhatəli işidir.
Qələbə abidəsi (Xankəndi)
Qələbə abidəsi — Xankəndi şəhərində obelisk şəklində abidə. Böyük Vətən müharibəsi və digər silahlı münaqişələrdə həlak olan yerli sakinlərin xatirəsini əbədiləşdirən xatirə kompleksinin bir hissəsidir, Xatirə kompleksi 1945-ci ildə İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin 22 min yerli sakinin xatirəsinə obelisk qoyulması ilə quruldu. Obeliskin hündürlüyü 21 metrdir. Əks təpədə kütləvi məzarlıqda müharibədə həlak olanların qalıqları dəfn olunmuşdur. Həmçinin, kompleksə ənənəvi erməni memarlığı üslubunda qurulmuş yeddi axınlı fontan da daxildir. Qranit pyedestal Böyük Vətən müharibəsində iştirak edənlərin adları və portretləri olan barelyefdən ibarətdir. Birinci Qarabağ müharibəsindən sonra xatirə kompleksinə çevrilmiş, buraya münaqişə zamanı həlak olmuş Qondarma Dağlıq Qarabağ Respublikası əsgərlərinin dəfn olunduğu qəbiristanlıq əlavə olunmuşdur.

Значение слова в других словарях