QƏM

is. [ ər. ] Kədər, dərd, qüssə, könül tutqunluğu.
İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə.
Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani.
Cahanda düşdüsə min qəmə, dərdə; Qaranlıq çəkmədi gözünə pərdə. S.Vurğun.

// Obrazlı təşbehlərdə.
Yaman gün keçər gedər; Ömrümü biçər gedər; Dünyada qəm şərbətin; Hər gələn içər, gedər. (Bayatı).
Olubdu qəm yatağı şad gördüyün könlüm. Heyran xanım.
Qəm mülkündən azad olum; Yaratdığım bir sənətlə! S.Vurğun.
Qoy mən hicranınla qalım baş-başa; Sən qəm zəncirini qır, boynundan at. R.Rza.
Qəm mizrabı min dərd çaldı onun ürək telində. Ə.Cəmil.

□ Qəm çəkmək – bax qəm yemək.
Qəm çəkmə bu qədər divanə könül; Həmişə ruzigar belə dar olmaz. Qurbani.
Könül, qəm çəkmə, dəhrin gülşənində; Açan hər bir gülün min xarı vardır. Heyran xanım.
[Hacı Murad:] Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən? S.S.Axundov.

Qəm dəryasına batırmaq (qərq etmək) – son dərəcə kədərləndirmək, qəmgin etmək, qəmləndirmək.
Məni qərq elədin qəm dəryasına; Ey çeşmi-xumarım, nöşün ağladın? M.P.Vaqif.

Qəm dəryasına batmaq (qərq olmaq) – son dərəcə qəmgin olmaq, pərişan olmaq, dərdli olmaq, kədərlənmək.
Məmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə.
[Hacı Murad:] İmran ağa, nə qəm dəryasına batmısan? S.S.Axundov.

Qəm eləmək (etmək) – bax qəm yemək.
[Qönçə:] Qəm eləmə, işimiz düzələr, bir yerdə kəsbkarlıq edərik. B.Talıblı.

Qəm yemək – qəm çəkmək, fikir çəkmək, qəmə batmaq, dərd çəkmək.
Araz qəhqəhə ilə güldü, sonra əli ilə onun çiyninə vurdu: – Qəm yemə, bizimki soyulmaqdan gəlib, – dedi. A.Şaiq.
[Çimnaz:] Qəm yemə, küsü nə qədər bərk isə, barışıq o qədər şirin olacaqdır… Ə.Məmmədxanlı.

Qəmə batmaq – bax qəm dəryasına batmaq.
[Dəli Səməd] birdən nazik qollarını qırışdırıb və uzun ucuqırma burnunu sallayıb, belə qəmə batırdı ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Çəmənzəminli.

Qəminə qalmaq – dərdinə qalmaq, qeydinə qalmaq, halı ilə maraqlanmaq.
Yar məgər yarını yadına salmaz? Arayıb-axtarmaz, qəminə qalmaz? Q.Zakir.

Qəminə ortaq olmaq – dərdinə şərik olmaq.
Bu gözəl aləmi gəzdikcə dağ-dağ; Oldum sevincinə, qəminə ortaq. M.Müşfiq.

Синонимы

  • QƏM kədər — dərd — qüssə
  • QƏM QƏM Hər dördü matəmdən, qəmdən uçurdu; Xəstə xatirimdə bir həyat qurdu (S.Vurğun); AĞIRLIQ (məc.) [Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm

Антонимы

  • QƏM QƏM – ŞAD Olubdu qəm yatağı şad gördüyün könlüm (Heyran xanım)
QƏLYƏ
QƏM-QUBAR
OBASTAN VİKİ
Qəm Karvanı (1990)
Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm Pəncərəsi (1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.
Qəm karvanı (film, 1990)

Qəm pəncərəsi (film, 1986)

Qəm
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm-qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Elmira Qəmbərova
Elmira Qəmbərova (14 mart 1994) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elmira Qəmbərova beynəlxalq turnirlərdə birinci uğuruna 2014-cü ildə Polşada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurmaqla imza atdı. Həmin il Elmira Qəmbərova həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2015-ci ilin martında isə Elmira Qəmbərova Polşada U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il Avropa Oyunlarında çıxış edən Elmira Qəmbərova 2015 və 2016-cı illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirləri beşinci pillələrdə başa vurdu. 2017-ci ildə Elmira Qəmbərova Kiyev şəhərində beynəlxalq turnirin gümüş medalına sahib oldu, Macarıstanda U23 Avropa Çempionatını və Serbiyada Avropa Çempionatını isə yeddinci pillələrdə başa vurdu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Elmira Qəmbərova həmin il Paris şəhərində (Fransa) Dünya Çempionatında debüt elədi və turniri 12-ci pillədə başa vurdu. 2018-ci ildə Elmira Qəmbərova Rusiyada Avropa Çempionatını 8-ci, Macarıstanda Dünya Çempionatını isə 14-cü pillədə başa vurdu. Karyerasın ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elmira Qəmbərova əvvəl Fransa Qran-Prisini beşinci pillədə başa vursa da, mövsümün növbəti nüfuzlu turnirlərində uğurlara imza atdı. Apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Elmira Qəmbərova iyunda Belarusda Avropa Oyunlarının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
Elton Qəmbərli
Elşən Qəmbərov
Elşən Qəmbərov (30 oktyabr 1970, Bakı) - Azərbaycan milli yığmasının sabiq üzvü, sabiq futbolçu, uşaq futbolu məşqçisi.
Firudin Qəmbər Saleh
Qəmbərov Firidun İslam oğlu (Firudin Qəmbər Saleh; 15 may 1952, Aşağı Şorca, Basarkeçər rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Firudin Qəmbər Saleh 1952-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. == Kitabları == Bağışla, Vətən. Bakı: Zaman, 1999, 120 səh. Könül sevgisiz keçinməz. Bakı: Nurlan, 2007, 210 səh. Nurlu kəlamlar. "Şüarə" fəhmilə (rübailər), Bakı: Nurlan, 2009, 115 səh. Allah, Allah... deyir ürək.
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Hicri-qəməri
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Hicri-qəməri təqvim

Hicri-qəməri təqvimi

Hicri Qəməri təqvimi

I Asəfcah Mir Qəmərəddin xan
Nizamülmülk Asəfcah Mir Qəmərəddin Çin Qılınc xan (d.20 avqust 1671 — ö.1748) — Baburlu dövlət adamı və Heydərabad nizamlığının qurucusu (1724–1748). == Həyatı == 20 avqust 1671-ci ildə Hindistanda ehtimalən Aqrada doğuldu. Türkistandan Hindistana köç ətmiş, Əbu Bəkrin soyundan gəldiyini iddia edən bir ailəyə mənsubdur. Adı Mir Qəmərüddin olub bu ad və Qılınc xan ünvanı ona Sultan Övrəngzib tərəfindən, Asəfcah unvanı da Nasırüddin Muhamməd Şah tərəfindən verilmişdir. Babası Xacə Abid hac dönüşü Dəkkən valisi Övrəngzibin xidmətinə girdi və onun taxta keçməsindən sonra önəmli vəzifələrə üstləndi. 1080-ci (1669-cu) ildə Buxaradan Hindistana gəlib Övrəngzibin xidmətinə girən atası Şəhabəddin 1094-cü (1683-cü) Qaziddin Firuz Cəng ünvanını aldı. Nizamülmülk on yeddi yaşında dövlət xidmətinə girərək mansabdar oldu. 1684-cü ildən etibarən atasıyla birlikdə səfərlərə qatıldı. 1114-cü (1702-ci) Bicapur bölgəsi valiliyinə gətirildi. Övrəngzibin vəfatının (1118/1707) ardından taxt iddiasında olan oğulları arasında tərəfsiz qaldı.
Kürdkəndi (Qəmərli)
Kürdkəndi — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Adı dəyişdirilərək Noraşen qoulmuşdur.
Kəpənəkçi (Çörük Qəmərli)
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Mehrablı (Qəmərli)
Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır.
Mir Qəmərüddin xan Siddiqi
Nizamülmülk Asəfcah Mir Qəmərəddin Çin Qılınc xan (d.20 avqust 1671 — ö.1748) — Baburlu dövlət adamı və Heydərabad nizamlığının qurucusu (1724–1748). 20 avqust 1671-ci ildə Hindistanda ehtimalən Aqrada doğuldu. Türkistandan Hindistana köç ətmiş, Əbu Bəkrin soyundan gəldiyini iddia edən bir ailəyə mənsubdur. Adı Mir Qəmərüddin olub bu ad və Qılınc xan ünvanı ona Sultan Övrəngzib tərəfindən, Asəfcah unvanı da Nasırüddin Muhamməd Şah tərəfindən verilmişdir. Babası Xacə Abid hac dönüşü Dəkkən valisi Övrəngzibin xidmətinə girdi və onun taxta keçməsindən sonra önəmli vəzifələrə üstləndi. 1080-ci (1669-cu) ildə Buxaradan Hindistana gəlib Övrəngzibin xidmətinə girən atası Şəhabəddin 1094-cü (1683-cü) Qaziddin Firuz Cəng ünvanını aldı. Nizamülmülk on yeddi yaşında dövlət xidmətinə girərək mansabdar oldu. 1684-cü ildən etibarən atasıyla birlikdə səfərlərə qatıldı. 1114-cü (1702-ci) Bicapur bölgəsi valiliyinə gətirildi. Övrəngzibin vəfatının (1118/1707) ardından taxt iddiasında olan oğulları arasında tərəfsiz qaldı.
Mirzə Məmmədvəli Qəmərlinski
Mirzə Məmmədvəli Qəmərlinski (1871, İrəvan – 1916, Yelizavetpol) — İrəvan ədəbi-mədəni mühitinin tanınmış nümayəndəsi. Mirzə Məmmədvəli Əli oğlu Qəmərlinski 1871-ci ildə İrəvan şəhərində çar ordusunun generalı Əli Qəmərlinskinin ailəsində dünyaya göz açmışdır. Əvvəlcə mollaxanada dini dərs alan Məmmədvəli Qəmərli sonradan gimnaziyaya girmiş , təhsilini tamamlayaraq ayrı-ayrı yerlərdə açılan bir və iki sinifli məktəblərdə ana dilindən dərs demişdir. O, 1898-ci idə İrəvanda rus-tatar məktəbini bitirib , 1900-cü il martın 13- də İrəvan Quberniya məclisində imtahan verərək müəllim adı almışdı.1901–1911-ci illərdə İrəvan rus-tatar gimnaziyasında işləmişdi. Məmmədvəli Əli oğlu Qəmərlinski İrəvan ədəbi-mədəni mühütinin tanınmış nümayəndəsi kimi ömrü boyu müəllim işləmişdir. Lakin o , müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra kitabların, o cümlədən "Atalar sözü", "Vətən dili", " İrəvan Quberniyası haqqında xatirələr " eləcə də birinci , ikinci və üçüncü sinifər üçün " Ana dili " dərsliklərinin müəllifi olmuşdur. Həsən bəy Zərdabi ilk "Atalar sözü" kitabının nəşr olunmasının əks səda doğurduğunu , bir ədəbi-mədəni hadisə olduğunu təqdir etmiş, hətta bu onəmli hadisəyə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində yer ayırmışdır.[mənbə göstərin] Mirzə Məmmədvəli bir neçə şəxs ilə birlikdə 1902-ci ildə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu haqda "Kaspi"qəzeti, bir qədər sonra "Şərqi-rus" qəzeti özünün 1903-cü il 14-cü sayında həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etmişdi. Burada deyilirdi: Məmmədvəli Qəmərlinski Mirzə Ələkbər Sabir ilə tanışlığını belə xatırlayır: Məmmədvəli Qəmərli 1916-cı ildə ermənilər qırğınlar törədəndə ailəsi ilə Gəncə şəhərinə köçmüşdür. O, burada məktəb direktoru işləmişdir.
Muğanlı (Qəmərli)
Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd. Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim türk mənşəli muğanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
Qafarlı (Qəmərli)
Qafarlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd. Gərni çayından axan arxın yanında yerləşirdi. 1918-ci ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qazaxların Qafarlı tayfası məskunlaşması nəticəsində yaranmışdır. Tayfanın adı isə mənşəcə xəzərlərin erkən orta əsrlərdə Kabar tayfasının adının danışıqda fonetik dəyişikliyə uğramış formasıdır. Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır.
Qaradağlı (Qəmərli)
Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır, ermənilər kəndə 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür. Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenə də dəyişdirilərək, Mrqavet qoyulmuşdur. (1935-ci ildən DZAXKAŞEN, 1967-ci ildən MRKAVAN) Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbda, Yerevan-Artaşat yolu üstündə azərbaycanlılar yaşamış kənd. Kənddə 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır.
Qaraqoyunlu (Qəmərli)
Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Gərni çayının sağ tərəfində, Qəmərli qəsəbəsindən 8-10 km şimalda, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun kənarında yerləşən Qaraqoyunlu kəndidir. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsi nin Yolkəsən kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsinin Qaraqoyunlu kəndi kimi verilib, kəndin ikinci adının Yükkəsənçay olduğu göstərilib. Kənddə Veyis Məhəmməd oğlunun adına olan timardan dövlətin müxtəlif vergilər şəklində ildə 3 min ağça gəlir götürdüyü də həmin mənbədə qeyd olunub. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilir. Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gələn etnotoponimdir.
Qəmbuh
Qəmbuh - X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapmış Bali tamaşalarının qədim formalarından biri. Qəmbuhun X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapdığı söylənilir. Bali kralı Udayananın Kedirili (Şərqi Yavada dövlət) şahzadə xanım Şri Qunapriya Dharmaputra ilə izdivacı Bali ilə Şərqi Yavanın vahid dövlət şəklində birləşməsilə nəticələndi. Bali tarixini əks etdirən lontarlardan (qədimdə Cənubi Asiyanın bir sıra bölgələrində kağızı əvəz edən material; “palma yarpağında yazılmış manuskript” kimi tanınan lontarlar müqəddəs mətnlərin köçürülməsi üçün bu gün də İndoneziya ərazisində istifadə olunmaqdadır) biri “Çandra Senqkala” (1007) kral Udayanın sarayında Qəmbuh tamaşalarının göstərilməsi üçün bale adlanan xüsusi üstüörtülü səhnə quraşdırıldığı barədə məlumat verir. Bu gün Balidə mövcud olan bütün saray komplekslərində bale pa Qəmbuhan adlanan səhnələr möcuddur. Qəmbuh qısa şəkildə başqa iki lontarda da xatırlanır. “Babad Dalem” (1455) lontarında Amad Mohammad haqqında hekayənin tamaşasından danışılır. Bu tamaşa Macapahit imperiyası Balini işğal etdikdən sonra Bali kralı təyin olunan Yava şahzadəsi Şri Dalem Smara Kepakisanın maliyyə dəstəyi ilə hazırlanmışdı. “Panitetalaninq Qəmbuh” (1812) lontarı isə gianyarlı müəllimlər Sabda və Qoya, həmçinin blahbatuhlu Vayan Batubulanın adlarını XIX yüzillikdə “Qəmbuhun qızıl əsri”nin böyük sənətkarları qismində hallandırır. İstənilən halda, Qəmbuhun qədim rəqs-dram olması haqqında yazılı mənbələr danışsa da, bugünkü tamaşaların X əsrdəki tamaşalarla nə dərəcədə eynilik təşkil etməsi məsələsi həllini tapmayıb.

Значение слова в других словарях