RÜŞVƏTXORLUQ

korrupsiyanın bir institutu; cinayət hüququ sahəsinin, “vəzifə cinayətləri” institutunun - yarıinstitutu, özündə üç növ cinayəti (rüşvət alma; rüşvət vermə və; rüşvətvətxorluqda vasitəçilik) birləşdirən anlayış. Vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə yolu ilə rüşvətverənin xeyrinə etməli olduğu və ya öz vəzifə borcunu etməməyə görə rüşvətverən şəxsdən (bəzi hallarda: rüşvətxorluqda vasitəçidən) hər hansısa bir şəkildə (pul, qızıl, qiymətli kağız, əmlak, mülk, bəzi hallarda, xidmət şəkilində) rüşvət alması. R.-(əksər hallarda R.-da iştirak edənin əmlakı müsadirə olunmaqla) azadlığdan bir neçə il məhrum edilməklə cəzalandırılır. R.-un məhsul mövqe tutan vəzifəli şəxs tərəfindən törədilməsi, yaxud əvvəllər R.-a görə məhkum edilmiş, yaxud külli miqdarda rüşvət almış şəxs tərəfindən, ya da rüşvətin hədə-qorxu tətbiq olunmaqla alınması-məsuliyyəti ağırlaşdıran hallardır.
RÜSUM
SANASİYA
OBASTAN VİKİ
Rüşvətxorluq
Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət korrupsiyanın əsasını təşkil edir. Rüşvətdə iştirak edən vasitəçi 3 ildən 5 ilədək azadlıqdan məhrum edilir. Papua Yeni Qvineyada aparılan tədqiqat mədəni normanı korrupsiya üçün əsas səbəb kimi əks etdirir. Rüşvət PNG-də ictimai xidmətləri yerinə yetirmənin yayılmış bir üsuludur. Papua sakinləri rüşvəti qanunsuz bir əməl kimi görmürlər, onlar rüşvəti "tez pul qazanmaq və yaşamağı davam etdirmək" üçün bir yol kimi qəbul edirlər. Bundan başqa, əsas nəticələr göstərir ki, korrupsiya mədəni bir norma çevrildikdə, rüşvət kimi qanunsuz əməllər pis kimi qəbul edilmir və qanunsuz və qanuni əməllər, qərarlar arasında aydın sərhədlər minimallığa çatır, rəy əsasında, peşə qaydalarına əsaslanmayaraq. Rusiya'da aparılan tədqiqat rüşvətin ixtisaslaşmış huquqşünaslar və dövlət işçilərinin baxışı ilə "marginal sosial fenomen" olduğunu göstərir. Rus qanunu rüşvəti rəsmi bir cinayət kimi tanıyır. Nəticədə, rüşvət əleyhinə tədbirlərin tətbiq edildiyi yeganə yer kimi ictimai məhkəmələr kimi qanuni platformalar mövcuddur.

Digər lüğətlərdə