RƏQƏMLİ

sif. bax Rəqəmsal Televiziyada: □ Rəqəmli analoqlu dəyişmələr – analoqlu siqnalların kodlaşdırılmış söz ardıcıllığı ilə bərpa edilməsi; Rəqəmli analoqlu tənzimləmə – analoqlu tənzimləmələr, məsələn, televizorlarda parlaqlığı, dəqiqliyi tənzimləmək üçün rəqəmli çıxışlardan istifadə; Rəqəmli diapozitiv – rəqəmli videodiskə yazılmış hərəkətsiz təsvir; Rəqəmli xüsusi effektlər – xüsusi effekt generatorlarının (XEG) köməyi ilə yaradılan effektlər; Rəqəmli kamera – informasiyanın verilməsi prosesini asanlaşdırmaq məqsədilə videosıranın rəqəmli formada yazılışı üçün aparat. Rəqəmli kompressiya – yaddaşa qənaət və verilişin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə saxlanılan informasiyanın itkisinə yol vermədən məlumatın yığcam rəqəmli formaya keçirilməsi üsulu; Rəqəmli montaj – təsvirin kompüter avadanlığına köçürülərək xüsusi proqrama əaslanan rəqəmli üsullarla montaj edilməsi; Rəqəmli səs lenti – üzərinə səs siqnallarının yazıldığı lent kaseti; Rəqəmli skaner – məsafədən idarəetmə (Mİ) pultlarında videomaqnitofonlarda ştrix kodlar tətbiq etməklə taymerin operativ proqramlaşdırılması üçün tətbiq olunan rəqəmli hesablayıcı qurğu; Rəqəmli televiziya – rəqəmli texnologiya əsasında işləyən sistem, teleavadanlıq; Rəqəmli videoprosessor – videosiqnalın işlənməsinin rəqəmli qurğusu; Rəqəmli videoyayım – multimedianın video, audio və məlumatların rəqəmli ötürülməsinin ümumi beynəlxalq standartı.
RƏQƏM-ANALOQ
RƏQƏMSAL
OBASTAN VİKİ
Rəqəmli obyektin identifikatoru
Rəqəmsal obyektin identifikatoru (həmçinin "obyektin rəqəmsal identifikatoru" (ORİ) kimi də işlədilir digital object identifier, DOI) — şəbəkədə obyekt haqqında informasiyanın standart işarələməsi (adətən, elektron sənədlər və ya rəqəmsal obyektlər üçün zəruri deyil). Elektron sənədin DOI-də saxlanılan məlumatı onun yerləşdiyi yeri və digər məlumatları əks etdirir (məsələn, URL), onun adı, obyektin digər identifikatorları (məsələn, kitabın elektron variantı üçün ISBN ) International DOI Foundation. CrossRef, the official DOI® link registration agency for scholarly and professional publications. Norman Paskin. "Digital Object Identifier (DOI®) system" (PDF). Encyclopedia of Library and Information Sciences. Taylor & Francis Group. 2010. doi:10.1081/E-ELIS3-120044418.
İnteqrasiya olunmuş rəqəmli şəbəkə xidmətləri
İnteqrasiya edilmiş rəqəmsal şəbəkə (ing. Integrated Services Digital Network, qısaca ing. ISDN) — mövcud telefon şəbəkələri əsasında inkişaf etdirilən ümumdünya rəqəmsal kommunikasiya şəbəkəsi. ISDN-də məqsəd informasiyanın rəqəm analoq çevrilməsini tələb edən mövcud telefon xətlərini ən çeşidli informasiyaları (adi danışıqdan tutmuş kompüter verilənləri, musiqi və videoyadək) ötürmə bacarığına malik olan rəqəmli veriliş vasitələri ilə əvəzləməkdən ibarətdir. ISDN iki başlıca rabitə kanalı üzərində qurulub: verlənləri 64 kbit/san sürətilə ötürən B kanalı və idarəedici informasiyanı ya 16, ya da 64 kbit/san sürətilə ötürən D kanalı. Kompüterlər və digər qurğular ISDN ilə sadə standart interfeyslərlə birləşirlər. ISDN istifadəçilərə daha sürətli və çeşidli rabitə xidmətləri verir. Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür – telefon, telefaks, internet və digər elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur. Evinizə bir İSDN xətt çəkdirdiyinizdə iki xəttiniz olar. Bir xətti səs, digərini məlumat transferi üçün istifadə edə bilərsiniz.

Digər lüğətlərdə