RADAR-DETEKTOR

is. \[lat. radiare "şüalanmaq" + detector "aşkar edən"\] Avtomobilə quraşdırılan xüsusi qəbuledici qurğu. Yol boyu yerləşdirilmiş polis radarlarının yerini avtomobil sahibinə məlumatlandırma funksiyası daşıyır.
RABİTƏ
RADARSKOP
OBASTAN VİKİ
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 −1938-ci illərdə Böyük Britaniyada, ABŞ — da və keçmiş SSRİ — də istifadə olunmuşdur. Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Radar Təbriz (Təbriz)
Radar Təbriz (fars. ادارتبريز‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.189 nəfər yaşayır (349 ailə).
Radar əleyhinə raket
Radar əleyhinə raket (ing: (ARM) — anti-radiation missile) — düşmən radiodalğalarının mənbəyini aşkarlamaq və hədəf almaq üçün hazırlanmış bir döyüş raketidir. Bunlar ümumiyyətlə düşmən radarlarına qarşı istifadə üçün nəzərdə tutulmuşdur, eyni zamanda rabitə üçün istifadə edilən kilitləyicilərə və radiolara qarşı da istifadə edilə bilər.

Digər lüğətlərdə