Rahm

der; -(e)s qaymaq
Ragout
Rahmen
OBASTAN VİKİ
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Bedri Rahmi Eyüboğlu
Bedri Rahmi Eyüboğlu – (1911-ci il Görele - 21 sentyabr 1975-ci il İstanbul) Türk rəssam və şairidir. == Həyatı == Bedri Rahmi 1911-ci ildə Qaradəniz, Görele-də doğulub. O, beş uşaqlı ailənin ikinci uşağı olub. Böyük qardaşı Sabahattin Eyüboğlu tanınmış bir yazıçı idi. Kiçik bacısı Mualla Eyüboğlu isə bərpa işində çalışan ilk memarlardan biri olub. O, daha çox İstanbuldakı Topkapı sarayının Harem bölməsində etdiyi işlərlə tanınır. Atası vali vəzifəsində işlədiyinə görə, Trabzonda liseyə gəlmədən əvvəl Türkiyənin müxtəlif yerlərində yaşamışdılar. O, 1929-cu ildə İstanbulda Gözəl Sənətlər Akademiyasına girmək üçün İstanbula köçdü. 1931-ci ildə isə qardaşı ilə birlikdə Fransada təhsil almaq üçün müvəqqəti olaraq Akademiyadakı təhsilini dayandırdı. O, əvvəlcə Dijon, sonra Lyonda Fransızca öyrəndi.
Emomali Rahmon
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
Jurahon Rahmonov
Jurahon Rahmonov (tam adı: Jurahon Rahmonberdiyeviç Rahmonov, özb. Жўрахон Раҳмонбердиевич Раҳмонов; 18 avqust 1917, Oş, Fərqanə vilayəti – 7 aprel 1977, Oş) — Qırğızıstan aktyoru və teatr xadimi, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu, Özbəkistan SSR əməkdar artisti (1974), Böyük Vətən müharibəsi veteranı. Jurahon Rahmonov 18 avqust 1917-ci ildə Oş şəhərində anadan olmuşdur. O, (indi Babur adına) Kirov adına Oş özbək dram teatrının banilərindən biridir. Atası Rahmonberdi Madazimov Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçıdır. 1971-"Zaxar Berkut" (Dovzhenko film studio) 1972-"Küçə" (Kөchө) ("Qırğızfilm") "Pələng" (Zholbors) ("Qırğızfilm") "Azamat" ("Özbəkfilm") 1937 — F. Şiller "Məkr və məhəbbət", Hurşid "Fərhad və Şirin". 1938 — K. Qoldoni "İki ağanın bir nökəri", Sabir Abdullah "Özbəkistan qılınc". 1946 — Muxtarov "Qadına qürur" 1947 — Uyğun "Bahar", Hurşid "Fərhad və Şirin". 1948 — K. Trenyov "Qırmızı qalstuk", Uyğun "Həyat mahnı", Uyğun "Oltinkol". 1949 — Fatkhullin "Ləçəklər", Həmid Alimcan "Simurq".
Rahmaniyyə
Rahmaniyyə-sufi yönümlü islam təriqəti. Əlcəzairdə bu sufi qardaşlığı geniş yayılıb və ona çoxlu ardıcıllar bağlanıb.
Rahmetullah Berişbek
Rahmetullah Berişbek (22 mart 1999) — Türkiyə Super Liqası təmsilçilərindən olan Giresunspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. Berişbek Gənclərbirliyi akademiyası vasitəsilə inkişaf etmişdir. Berişbek öz peşəkar karyerasında debütünü 6 fevral 2018-ci ildə Beşiktaş klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Petar Skuletiçi əvəz etmişdir. Həmin görüşdə Gənclərbirliyi kubok görüşündə rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. 8 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Rahmonberdi Madazimov
Rahmonberdi Madazimov (rus. Рахмонберди Мадазимов; 1875, Özkənd – 1933, Özkənd, Qırğızıstan MSSR) — Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçı 1914-cü ildə Rahmonberdi Madazimovun rəhbərliyi ilə Oş yerli məktəb müəllimi Baltyhodzha Sultanov ilə teatr dərnəyi yaradılmışdır. 1918-ci ildə Oş vilayətində Rahmonberdi Madazimov rəhbərliyi ilə digər maarif rəhbərləri və müəllimlər Ibrohim Musaboev, Beknazar Nəzərov, Zhurahon Zaynobiddinov, Nazirhan Kamolov, A.Saidov, A.Eshonhonov, Abdukodir Iskhokov, Isroiljon İsmoilov, Cəlil Sobitov tərəfindən Türküstan cəbhəsində İnqilab Əsgəri Şura konsert briqadası əsasında Qırğızıstanda ilk dəfə həvəskar teatr dərnəyi təsis edildi. Rahmonberdi Madazimov teatr qrupunun ilk bədii rəhbəri, Qırğızıstanda isə teatr hərəkatının ilk təsisçisi və təşkilatçısı idi. 1919-cu ildə teatr dərnəyi drama truppası yaradılmışdır. Bu teatr truppası yalnız teatr sənətinin inkişafına deyil, həm də Qırğızıstanın cənubunda peşəkar musiqi sənətinin inkişafına xidmət etmişdir. Teatr truppasının repertuarında istehsaldan əlavə çoxsaylı konsertlər olmuşdur, həmçinin peşəkar musiqiçilərin meydana gəlməsinə qatqı təmin tamaşaların musiqi müşayiəti xalq melodiyalarının emal ilə həyata keçirilir. Gələcəkdə bu teatr truppası Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının yaradılması üçün əsas oldu. Babur adına Oş theatrı Daşkənddə Həmzə adına Özbəkistan milli akademik dram teatrından (1913–27 fevral 1914 ildə yaradılmışdır) sonra Mərkəzi Asiyada ən qədim teatr hesab edilir. 1932-ci ildə Özkənd şəhərinə getməsi ilə bağlı Oş Dövlət akademik özbək musiqi və dram teatrınin təsisçisi Rahmonberdi Madazimov teatr təqaüdçü və Özkənd mahalında mayın 1933 sonunda həyatını itirdi.
Senecio rahmeri
Senecio rahmeri (lat. Senecio rahmeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Urinboy Rahmonberdievich Rahmonov
Urinboy Rahmonov (rus. Уринбой Рахмонбердиевич Рахмонов) (4 (17) mart 1910 - 5 oktyabr 1980) - Sovet Qırğızıstan aktyoru və teatr xadimi, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu, yazıçı, şair. Urinboy Rahmonberdiyeviç Rahmonov 4 mart 1910-cü ildə Oş şəhəriində anadan olmuşdur. Atası Rahmonberdi Madazimov Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçı idi. 1927 - K.Yaşen "Dostlar". 1928 - K.Yaşen "Ərzində". 1929 - Gulom Zəfəriy "Halime", K.Yaşen "Aji-Aji". 1930 - Umarjon İsmoilov "Pambıq sahəsində tarix". 1931 - Nikolay Gogol "Evlənmə". 1932 - Mannon Uygur "Tərcüməçi".
Urinboy Rahmonov

Zhurahon Rahmonberdiyeviç Rahmonov
Jurahon Rahmonov (tam adı: Jurahon Rahmonberdiyeviç Rahmonov, özb. Жўрахон Раҳмонбердиевич Раҳмонов; 18 avqust 1917, Oş, Fərqanə vilayəti – 7 aprel 1977, Oş) — Qırğızıstan aktyoru və teatr xadimi, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu, Özbəkistan SSR əməkdar artisti (1974), Böyük Vətən müharibəsi veteranı. Jurahon Rahmonov 18 avqust 1917-ci ildə Oş şəhərində anadan olmuşdur. O, (indi Babur adına) Kirov adına Oş özbək dram teatrının banilərindən biridir. Atası Rahmonberdi Madazimov Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçıdır. 1971-"Zaxar Berkut" (Dovzhenko film studio) 1972-"Küçə" (Kөchө) ("Qırğızfilm") "Pələng" (Zholbors) ("Qırğızfilm") "Azamat" ("Özbəkfilm") 1937 — F. Şiller "Məkr və məhəbbət", Hurşid "Fərhad və Şirin". 1938 — K. Qoldoni "İki ağanın bir nökəri", Sabir Abdullah "Özbəkistan qılınc". 1946 — Muxtarov "Qadına qürur" 1947 — Uyğun "Bahar", Hurşid "Fərhad və Şirin". 1948 — K. Trenyov "Qırmızı qalstuk", Uyğun "Həyat mahnı", Uyğun "Oltinkol". 1949 — Fatkhullin "Ləçəklər", Həmid Alimcan "Simurq".
Ər-Rahmən
Ər-rahim (ər. الرحمن) — Allahın adlarından biri. Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır. Rəhman - mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir. Rəhman ismi Qurani-Kərimdə 57 dəfə təkrarlanmışdır. "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: “Bismilləhir-rəhmanir-rəhim”.