RAVİLƏR

Məhəmməd peyğəmbərin sözlü və ya əməli davranışlarını başqalarına ötürən müsəlman din adamlarıdır. Hədis elmində isə ravi rəvayətləri söyləyən və onu digərlərinə ötürən şəxsdir. Onların rəvayət etdikləri hədislərin ravi silsilələri peyğəmbərdən eşitmiş əhli-beytə və ya səhabələrə qədər gedib çıxmalıdır. Hədis elmində hər bir rəvayətin mətni ilə tanış olmaqla yanaşı, onun ravilərinin kim olduğu bilinməlidir. Hədisin səhih sayılması üçün onun ravi silsiləsində yalnız ədalətləri və inancları ilə seçilən ravilər olmalıdır. Bu tələbə cavab verməyən hədislər səhih hesab edilmir. Hədislərin səhih hesab edilməsi üçün ravilərə qarşı qoyulan bəzi tələblər bunlardır: müsəlman və sağlam düşüncəyə sahib olmaq, yüksək əxlaqı, vicdanı və inancı ilə seçilmək, mükəmməl yaddaşa sahib olmaq.
RAŞİDİ XƏLİFƏLƏR
REYHANƏ