REFERAT-KONSPEKT

is. \[alm. referat < lat. refere "məruzə etmək" + lat. conspectus "şərh"\] tərc. Referat-konspektdə əslin yığcam şəkildə onun materialını möhkəmləndirən mühüm müddəaları gətirilir.
REFERAT-XÜLASƏ
REFERATİV
OBASTAN VİKİ
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat. Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.

Digər lüğətlərdə