REİNKARNASİYA

is. \[lat. reincarnatio "yenidən həyata qayıtmaq"\] din. Bəzi dini inanclara (induizm, yoqa, vayşnavizm və s., eskimoslar, Şimali Amerika hinduları, yahudilər və bir çox xalqların dini etiqadlarına) görə, ruhun bədən öldükdən sonra yenidən başqa bədənə keçib həyata dönə bilməsi. Beləcə bir ruh dəfələrlə bir neçə bədəndə yaşaya bilər; metempsixoz \[yun. ruhun başqa bədənə köçə bilməsi\].
REİNJİNİRİNQ
REİNTRODUKSİYA
OBASTAN VİKİ
Reinkarnasiya
Reinkarnasiya — (lat. reincarnatio) və ya metempsixoz (yun. μετ-εμψύχωσις) — ruhun təkrar qayıdışı və bədənlənməsi. Ruhun bir bədəndən digərinə keçməsi. Bu gün reinkarnasiyanın dəqiq yaşını və yarandığı yeri müəyyən etmək mümkün deyil. Bəziləri onun yarandığı yer olaraq Misiri, bəziləri də Hindistanı qeyd etsələr də ayrı-ayrılıqda kelt və Skandinaviya xalqlarında, Mayya və Astek qəbilələrində də hələ qədimdən belə bir inancın olduğu ortaya çıxmışdır, lakin bir çox faktlara əsaslanaraq alimlər, hətta ibtidai insanlarda da reinkarnasiya inancının olduğu nəticəsinə gəlmişlər. Daha yaxşı anlamaq üçün tarixi seyr içində bu inancın gedişatına nəzər salsaq yəqin ki, pis olmaz. Bu gedişatda günümüzə qədər gəlib çatan ən qədim məlumat eramızdan 60–10 min il əvvəl yaşamış olan Kro-Maqnon insanıdır. Bilindiyi kimi, onlar yaşadıqları mağaranın divarlarına ovladıqları heyvanın şəklini çəkər (bu şəkillər günümüzə qədər gəlib çıxmaqdadır), sonra isə onun qarşısında rəqs edərək heyvanın ruhundan üzr istəyirdilər. Buradan isə anlaşılır ki, onlar heyvanda da ruhun olduğuna inanırmışlar .

Digər lüğətlərdə