Reintroduksiya layihələri
Reintroduksiya lat. reintroductio — Heyvan və bitkinin vaxtilə olduğu, sonra hər hansı səbəbdən yoxa çıxdığı ərazidə introduksiyası.
Nadir ceyran növünün minimum antropogen təsir göstərmək şərtilə beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif vasitələrlə (keyidici silah və tor) tutularaq vaxtıilə mövcud olduqları tarixi areallarına buraxılması yolu ilə yeni ərazilərdə bərpasına nail olunması məqsədilə "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsinə start verilmişdir
2010-cu ildən etibarən başlanılmış Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kompaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilməkdədir. Keçən müddət ərzində layihənin vacib komponentlərini təşkil edən əsas fəaliyyət istiqamətləri müəyyən olunaraq ardıcıllıqla yerinə yetirilmiş, Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur –Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilmiş, 130 başdan yuxarı ceyran tarixi ərazilərinə qaytarılmışdır. 2010-cu il 24 dekabr tarixində "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk vasitəsilə siqnalötürücü xaltası olan ceyranları Qobustan-Cəngiçay ərazisinə buraxmışlar.
Layihənin icrası üçün tələb olunan avadanlıqlar-ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınmışdır və layihənin
bilavasitə icra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək zəruri göstərişlərini vermişlər. Bu avadanlıqlardan istifadə etməklə ceyranların həyat təhlükəsizliyi təmin olunmaqla yanaşı hərəkətlərinin nəzarəti də həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınmışdır.
Heyvanların öz təbii arealından kənarda yayılması 2012-ci ilin sonlarından etibarən Avropa bizonu növünün ölkəmizin vəhşi təbiətinə introduksiya edilərək, bu növün yerli populyasiyasının yaradılması məqsədilə işlər aparılır. Bununla bağlı, WWF-in Qafqaz Nümayəndəliyinin təşkilatçılığı və Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyin (TJS) maliyyə dəstəyi ilə 2013-cü ildə Hollandiyalı mütəxəssis Yup Vlandesekker bir neçə dəfə ölkə ərazisində tədqiqat aparmış, bizonun buraxılması üçün təklif edilən ərazilərin xüsusiyyətləri və risk kriteriyaları müzakirə edilmişdir.