RESİPİYENT
is. \[lat. recipere "almaq, qəbul etmək"\] Bir obyekt və ya subyektin digər obyekt və ya subyektdən nəyisə alması (qəbul etməsi).
1. KİV. Məlumatı, informasiyanı, xəbəri qəbul edən adam (dinləyici, tamaşaçı, oxucu, istifadəçi); hər hansı məsələ barədə rəyi soruşulan şəxs.
2. tib. Donordan qan və ya orqan köçürülən pasiyent.
3. bol. Başqa hüceyrədən genetic material alan hüceyrə.