is. \[lat. re- "yenidən" + lat. structura\] 1. iqt. 1) Aktivlərin, passivlərin, istehsal quruluşunun dəyişilmə vəziyyətində olması, həmçinin idarəetmə sisteminin davamlılığını, gəlirliliyini, rəqabətə davamlılığını artırmaq, itkiləri, müflisləşmə qorxusunu dəf etmək (aşmaq) məqsədilə təşkilatın fəaliyyətinin kompleks halında yenidən qurulması; 2) Təşkilatın idarəedilməsinin təşkili quruluşunun dəyişdirilməsi.
2. mal. □ Restrukturizasiya olunmuş kredit – Fors-major hallarında borcun ödənilməsində çətinlik yaranması səbəbindən pulun qaytarılması şərtlərinin dəyişdirilməsi. Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər. Yeni dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər standart hesab olunacaq, ancaq nəzarət altında olan aktivlər kimi nəzərə alınacaq.
Restrukturizasiya olunmuş kredit (ing. Rescheduled loan) - Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər.