REYLİNQ
is. \[ing. railing "sürahı, məhəccər"\] 1. avtom. Yükün bağlanması üçün avtomobilə bərkidilən xüsusi iki paralel dam dayağı. Avtomobilin komplektləşdirilməsindən asılı olaraq dayaqlar qara, yaxud gümüşü rəngdə ola bilər.
2. meb. Uzun nazik boru şəklində mətbəx və qarderob aksesuarı. Divara vurulan reylinqdən paltar asılqanlarını və mətbəx əşyalarını asmaq üçün istifadə olunur.