RİDDƏT

ərəb qəbilələrinin Əbu Bəkrin başçılıq etdiyi Xilafətə qarşı üsyanlarıdır. Müsəlman tarixçi və ilahiyyatçılarının çoxu hesab edirlər ki, onlar İslamdan çıxmışdırlar. Digərlərinə görə isə onlar müsəlman idilər, ancaq Əbu Bəkrin xilafətini qəbul etmirdilər. Ərəb qəbilələrinin üsyanı hələ Məhəmməd peyğəmbərin sağlığında başlamışdır. Yəməndə Əsvəd, Yəmmamədə Müseylimə, Nəcddə isə Tüleyhə özlərini peyğəmbər elan etmişdirlər. Ancaq müsəlmanlar onlara qalib gələ bilmişdirlər. Əbu Bəkr hakimiyyətə gəldikdə bir çox ərəb qəbilələri zəkat verməkdən imtina etmişdirlər. Bu məsələdə xəlifə öz prinsipiallığını ortaya qoymuş və onlara qarşı müharibəyə başlamışdır. Bu cür qətiyyətli addımı ilahiyyatçılar onun İslamın keşiyində durması ilə izah edirdilər. Çünki, zəkat İslam dinin əsaslarından biridir. Eyni zamanda, bu savaşların başlanması onunla əlaqəli idi ki, zəkat vergisinin ödənilməməsi Xilafətin büdcəsinə zərər vururdu. Beləliklə, xəlifə Əbu Bəkr zəkatı ödəməkdən boyun qaçıran qəbilələrə qarşı qoşun göndərdi. Onlar da qısa müddətdə ərəb qəbilələrini Xilafətə tabe etdirdilər. Bundan sonra Xilafət bütöv və güclü bir ölkəyə çevrilmişdir.
RİDDƏT
RİFAİ ƏHMƏD İBN ƏLİ

Digər lüğətlərdə