Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir.
Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür.
Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.