RİPROYEKSİYA
is. \[ing. Rear proection < rear "arxa" + proection "proeksiya"\] tex. Obyektin təsvir fonunda quraşdırılmış kinoçəkiliş metodu, yaxud üsulu; kombinasiyalı kinoçəkiliş qaydası. Bu zaman ön planın kinoçəkilişi kinotəsvirin proyeksiya olunduğu fonla – işıqlı kinoekranla eyni zamanda aparılır. Kinoproyektor kinoekranda çəkiliş üçün kifayət qədər işıqlanma yaratmalıdır.