ritt

s. reiten
Rist
Ritt
OBASTAN VİKİ
Hellmut Ritter
Hellmut Ritter (alm. Hellmut Ritter‎; 27 fevral 1892[…], Lichtenau[d], Hessen – 19 may 1971[…], Oberurzel[d], Hessen) — Almaniya şərqşünası. Hellmut Ritter 27 fevral 1892-ci ildə Lichtenauda doğuldu. Litseyi Kasseldə bitirdikdən sonra Halle Universitetində Karl Brokkelman və Paul Kahledən, Strasburq Universitetində Teodor Nöldeke, Enno Littmann, Landauer və Frankdan şərqşünaslıq və Şərq dilləri öyrəndi; eyni zamanda teologiya və kllasik filologiya dərslərinə qatıldı. 1913-cü ildə Hamburq Universiteti Şərq mədəniyyəti və tarixi bölümündə Karl H. Beckerin asissenti olaraq vəzifəyə başladı. Ertesi il Bonn Universitetində “Ein arabisches Handbuch der Handelswissenschaft” adlı dissertasiyasıyla (Isl., VII [1916], s. 1-91) doktorluq müdafiə etdi. Əsgərliyini 1914-1918 savaş illərində İstanbul və İraqda keçirməsi Türkcə və Ərəbcəsini inkişaf etdirməsinə səbəb oldu. Savaşın ardından Hamburq Universiteti Şərq dilləri kafedrasına professor təyin edildi (1919). 1926-cı ildə universitetdəki vəzifəsindən alınan H. Ritter, Hamburqda İran ədəbiyyatı və təsəvvüfünə dair başlatdığı çalışmalarına davam etmək üçün Alman Elm Yardım Dərnəyinin bursuyla İstanbula getdi.
Karl Ritter
Karl Ritter (7 avqust 1779[…], Kvedlinburq – 28 sentyabr 1859[…], Berlin) — alman coğrafiyaçısıdır. O müasir coğrafiyanın yaradıcılarındandır. Qədim və yeni İran haqqında əsas tədqiqatçıdır. Karl Ritter 1779-cu ildə Saksoniyada akademik ailədə anadan olub. o 6 uşaqdan biridir. Karlın atası həkim idi. O öləndə atasının 2 yaşı var idi. onun 5 yaşı olanda onu Şnepfentalyaya məktəbə göndərdilər. Məktəbi bitirdikdən sonra isə o təhsilini davam etmək üçün Betman-Qolvequnun yanına göndərirlər. Onun yanında işlədikdən sonra sahibinin imkanı daxilində təhsilini davam etdirir.
Otto Ritter fon Dandl
Otto Ritter fon Dandl (13 may 1868, Straubinq - 20 may 1942) — Bavariya krallığının son baş naziri olan bavariyalı siyasətçi və hüquqşünas idi. Krallığın ləğvindən sonra fon Dandl 1919-cu ildə Vürtsburqda vergi departamentinin direktoru vəzifəsinə keçərək dövlət qulluğunda qaldı. 1929-cu ildən 1933-cü ilə kimi o, Münhendə eyni vəzifəni tutub.
Paul Yohann Anselm Ritter fon Feyerbax
Paul Yohann Anselm Ritter fon Feyerbax (Tam adı: alm. Paul Johann Anselm Ritter von Feuerbach‎; 14 noyabr 1775[…] – 29 may 1833[…], Frankfurt-Mayn) — Almaniya hüquqşünası. Əsas nailiyyəti işgəncənin ləğvinə gətirib çıxaran Bavariya Cəza Məcəlləsi ilə bağlı apardığı islahat olmuşdur. Bu da öz növbəsində digər bir çox dövlət üçün model məcəllə rolunu oynamışdır. Feyerbax, həmçinin Kaspar Hauzer haqqında apardığı araşdırma ilə tanınır. Feyerbax Yena yaxınlığındakı Haynixendə anadan olub. O doğulduqdan qısa müddət sonra ailəsi Frankfurt-Mayn şəhərinə köçür və Feyerbax ilk təhsilini bu şəhərdə alır. On altı yaşnda ikən evi tərk edib Yenaya qayıdır və buradakı əlaqələrindən istifadə edərək universitetdə təhsilini davam etdirir. Yoxsulluq içində yaşamasına və səhhətinin zəif olmasına baxmayaraq, özünü sürətlə inkişaf etdirir. Karl Leonhard Reynhold və Qotlib Hufelendin mühazirələrində iştirak edir və tezliklə daha elmi məzmunda olan məqalələr dərc etdirir.
Paul İohann Anselm Ritter fon Feyerbax

Digər lüğətlərdə