Robbe

die; -, -n zo. suiti
Rizinusöl
Robe
OBASTAN VİKİ
Aryen Robben
Aryen Robben (23 yanvar 1984[…]) — hollandiyalı futbolçu. Hücumçu arxası və sağ cinahda oynayır. Hollandiyada iki dəfə ilin futbolçusu seçilmişdir. Robben, futbol karyerasına anadan olduğu Qroningen şəhərinin Qroningen futbol klubunda başlamışdır. Liqada ilk oyununa Tventeyə qarşı oynamışdır. Robben ilk mövsümündə 18 oyuna 2 qol vurmaqla komandada ilin futbolçusu seçilmişdir. İkinci sezonunu daha yaxşı keçirən Robben 28 oyuna 6 qol vurmuş və il sonunda 3.9 milyon € qarşılığında PSV klubuna transfer olunmuşdur. Robben, burada da ilk sezonun yaxşı keçirmiş və 33 oyunda 12 qol vurmuşdur. Bu uğurlardan sonra Mançester Yunaytedin baş məşqçisi Aleks Ferqyuson, Robben üçün 8 milyon € təklif etmiş, lakin rəhbərlik qəbul etməmişdir. 2003–04 sezonunu yaxşı keçirməsə də, il sonunda 12 milyon € qarşılığında Çelsiyə transfer olunmuşdur.
Polislər və Robbersonlar (film, 1994)
Polislər və Robbersonlar (ing. Cops & Robbersons) — 1994-cü ildə istehsal olunmuş komediya filmidir. Film naməlum büdcə ilə $11,391,093 milyon gəlir əldə etmişdir. Filmin adı bir çox ölkələrdə müxtəlif adlarla adlandırılmışdır. Film Rusiyada "Faraonlar və Robbersonlar" kimi tanınır. Polislər soyuqqanlı qatil Osbornun Robbersonlar ailəsinə məxsus binanın ətrafında yaşadığı öyrənən zaman bu ailənin başçısı Norman Robberson ilə qatili tutmağa çalışırlar. İşin əvvəlində Normanın ailəsinin bundan xəbəri olmur. Amma polis olan Ceyk Stounun köməkçisi Toni Murun yanlışlığı ucbatından bütün ailə bundan xəbər tutur. Bu zaman ailə polislərə kömək etməyə razı olur. Robbersonlar ailəsi qəribə olmaları ilə seçilirlər.
Robber Şuman
Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952) R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və I Dünya Müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi. R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb. 1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.
Ronja, the Robber's Daughter
Sanzoku no Musume Ronja (山賊の娘ローニャ) — Qoro Miyadzakinin Astrid Lindqrenın eyniadlı əsərinin əsasında çəkilmiş anime-serialı.Premyerası 2014-cü ilin oktyabrın 11-də baş tutub.Polygon Pictures və Studio Ghiblinin birgə layihəsi. Sanzoku no Musume Ronja MyAnimeList.net saytında.