BAD

I
(Basarkeçər, Bərdə, Gəncə, Naxçıvan, Şərur, Yevlax, Zəngilan)
1. təndir qurmaq üçün tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanan palçıq (Gəncə). – Badı döyün təndirin qra:nı qayrax
2. palçıqdan hazırlanmış təndir hissələri (Bərdə, Basarkeçər) – Altı-yeddi baddan olur təndir (Bərdə); – Baddarı hazırra təndir qoyax (Basarkeçər)
II
(Kəlbəcər, Şəki, Ucar)
1. qazma evlərin ortasında palçıqdan qayrılmış ocaq yeri (Kəlbəcər) – Bizim evin badı çox dərin tüşüf
2. ocağın, kürənin kənarlarına düzülən kərpic (Şəki, Ucar). – Kürənin badı qızmışdı (Şəki); – Bu ocağın badı bir az bö:y olsa yaxşı olardı (Ucar)
III
(Ucar)
ağac qabığı
IV
(Qazax)
çiy kərpic. – Bir bad evim var
V
(Meğri)
su arxının kənarları. – Uxarı su gedip ki, baddar da islanıp
BACĞUN
BADA
OBASTAN VİKİ
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.
Bad-İburq
Bad-İburq, Almaniyanın Aşağı Saksoniya regionunun Landkreis Osnabrück ərazisində yerləşən bir şəhərdir. İlk Prussiya kraliçası Sofiya Şarlotta bu şəhərdə dünyaya gəlmişdir.
Bad (Quba)
Bad — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bad oyk, sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Dağ ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Ərazidə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını almışdır. Sonralar toponimin ikinci komponenti düşmüşdür. Azərbaycan ərazisində çox əlverişli, qışda və yayda tikilinin daxilində mülayim temperaturun saxlanmasında əsas rol oynayan belə kərpiclərdən evlərin tikilməsində indi də istifadə olunur. Azərb.
Bad (albom)
Bad — Maykl Cekson albomu. == İstinadlar == == Xarici keçidlər == Campbell, Lisa D. Michael Jackson: The King of Pop. Branden Books. 1993. ISBN 978-0-82831-957-7. Brooks, Darren. Michael Jackson: An Exceptional Journey. Chrome Dreams. 2002. ISBN 1-84240-178-5.
Bad (mahnı)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüsser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bad (sinql)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüsser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bad 25
Bad 25 — Maykl Cekson albomu.
Bad Kissingen
Bad Kissingen (alm. ‎və bav. Bad Kissingen) — Almaniyada, Bavariya federal torpağında şəhər, rayon mərkəzi, kurort mərkəzi.
Bad Qandersxaim
Bad Qandersheim (alm: Bad Gandersheim, Aşağı alman dilində: Ganderssen) - Almaniyada, Aşağı Saksoniya əyalətində yerləşən şəhər Northeim rayonunun bir hissəsidir. Əhalisi 10313 nəfərdir (31 dekabr 2010-cu ildə). 9.049 km² ərazini əhatə edir. Rəsmi kodu – 03 1 55 001.
Bad Spenser
Bad Spenser (it. Carlo Vicente Pedersoli); 31 oktyabr 1929[…], Neapol, İtaliya krallığı – 27 iyun 2016[…], Roma) — İtaliya aktyoru, ssenaristi, prodüsseri və musiqiçisi. == Həyatı == Bad Spenser 31 oktyabr 1929-cu ildə İtaliyanın Neapol şəhərində fabrikant ailəsində anadan olmuşdu. 1935-ci ildə birinci sinfə getmişdi. 1937-ci ildə üzgüçülüyə başlamışdı. 1940-cı ildə ailəsi ilə birlikdə Roma şəhərinə köçmüşdü. Bu şəhərdə gimnaziyaya yazılmış və üzgüçülük bölməsinə qeyd olunmuşdu. Bad Spenser 17 iyun 2016-cı ildə vəfat edib.
Breaking Bad
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.
Bad Guy
"Bad Guy" — amerikalı müğənni-bəstəkar Billi Aylişin mahnısı və onun ilk studiya albomundan beşinci sinqlı. İlk dəfə 9 mart 2019-cu ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı media tərəfindən minimalist alətlərlə elektropop, dans-pop, trap-pop kimi xarakterizə edilmişdir. Ayliş "Bad Guy" mahnısını qardaşı Finneas ilə birlikdə yazmışdır. Mahnının kanadalı müğənni Castin Biber ilə birgə ifası olan başqa bir versiyası 11 iyul 2019-cu ildə işıq üzü görüb. Bad Guy buraxıldıqdan sonra müsbət rəylər qazandı. Mahnı ABŞ-nin Billboard Hot 100 hit-paradında və Birləşmiş Krallıq, Avstraliya, Kanada və Yeni Zelandiya da daxil olmaqla 16 digər beynəlxalq siyahıya başçılıq etdi, həmçinin Birləşmiş Krallıq Sinqllar hit-paradında ikinci yeri tutdu. Bad Guy, Lil Nas X və Billi Rey Sayrusun "Old Town Road" mahnısının 19 həftəlik rekordunu qırdı. Mahnı Avstraliya Səsyazma Sənayesi Birliyindən (ARIA) on qat platin mükafatı və Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən altı dəfə mükafat da daxil olmaqla bir neçə sertifikata layiq görüldü. Mahnı 62-ci İllik Qremmi Mükafatlarında "Səsyazma" və "İlin mahnısı" daxil olmaqla bir neçə mükafat qazandı.
Bad Boys Blue
Bad Boys Blue (azərb. Mavi geyinmiş pis oğlanlar‎) – Avro disko və Avrodens janrlarında ifa edən Almaniya qrupudur. == Musiqi karyerası == "Bad Boys Blue" musiqi qrupu 1984-cü ildə Almaniyanın Köln şəhərində Tomas Hendrik və Karen Van Haaren tərəfindən yaradılmışdır. Qrupun iştirakçıları Endryu Tomas (ABŞ), Trevor Teylor (Yamayka) və Con Makİnerni (Böyük Britaniya) olmuşdur. Qrup "You’re Woman" mahnısı ilə bir neçə ölkədə ilk 10-luğa düşmüşdür. Bu qrup, əsasən, Şərqi Avropada məşhurluq qazanmışdır. 1987-ci ildə qrupun əsas aparıcı vokalisti Con Makİnerni oldu. Ona qədər qrupun əsas aparıcı vokalisti Trevor Teylor idi. Çox mahnılarda məhz ona məxsus idi. Həmçinin, mahnılarda Lian Li adlı ifaçı oxuyurdu.
Bad Habits (mahnı)
"Bad Habits" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-in ilk sinqlı. 10 yanvar 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Yazılması == Stacey Andersona danışan Keyn müsahibəsində "Bad Habits" mahnısının Törnerin bas gitara çalması, və özünün bunun üzərinə oxuması ilə yarandığını bildirib. Onlar həmçinin mahnının orijinal yazısının 40 dəqiqəyə yaxın olduğunu qeyd ediblər. == Musiqi videosu == Video 10 yanvar 2016-cı ildə sinql ilə eyni gündə buraxılıb. Klipdə Törner və Keynin Kaliforniyadakı barların birində göstərdiyi performansdan görüntülər yer alıb. Musiqi videosu Ben Chappell tərəfindən çəkilib.
"Badamlı" mineral bulaqları
"Badamlı" mineral bulaqları — dəniz səthindən hündürlükdə, Dərələyəz dağ silsiləsi zirvəsinin arasından axıb keçən Salasuzçayın vadisində, Naxçıvan MR-nin Badamlı qəsəbəsindən cənubda mineral bulaqlar. Bulaqlar üst təbaşirin argillitləri və mergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar. Əsasən bu kiçik dislokasiyalarla əlaqədə üzə çıxan mineral sular qazlıdırlar (CO2 −1,4 q/l), minerallaşma dərəcəsiləri 3,3–7,2 q/l təşkil edir, kimyəvi tərkibi isə hidrokarbonat-sulfat-natrium-kalsiumlu olaraq "Narzan" tiplidir. Suyun ümumi debiti sutkada milyon litrdən çoxdur. Suyun tərkibində yod, brom, mis və borat turşusu var. Həm süfrə suyu kimi, həm də həzm sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. İstismar edilən bulaqların əsasında Qafqazda ən böyük "Badamlı" sudoldurma zavodu, eyni zamanda, həzm pozğunluğu problemləri olan pasiyentlər üçün müalicəxana fəaliyyət göstərir.
2017 Avropa Gənclər Badminton Çempionatı
2017 Avropa Gənclər Badminton Çempionatı — 7 aprel — 16 aprel tarixləri arasında Fransanın Mulhaus şəhərinin Regional İdman Mərkəzində keçirilən badminton çempionatıdır.
3 badam 1 qoz (film, 2017)
3 badam 1 qoz tammetrajlı bədii filmi rejissor Rafael Bağıroğlu tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Azərbaycanda ilk dəfə qara komediya janrında çəkilən filmdə əsas rolları Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə, Sevinc Şirinova və Rövşən Kərimduxt ifa edirlər. == Məzmun == Film dörd dostun başına gələn tragikomik əhvalatlardan bəhs edir.
Aax (Baden-Vürtemberq)
Aax (Baden-Vürtemberq) (alm. Aach‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Hegau inzibati dairəsində şəhər. Sahəsi 10.69 km2, əhalisi 2 161 nəfərdir (2013).
Accipiter badius
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. == Təsviri == Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib. == Həyat tərzi == Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır.
Acı badam
Acı badam (lat.
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara.Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar. Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi.
Ageratina badia
Ageratina badia (lat. Ageratina badia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium badium Klatt ex Klatt Eupatorium chlorophyllum Klatt Eupatorium chlorophyllum Klatt ex T.Durand & Pitt.
Alçaq badam
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada əsasən meşə və səhralarda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Artemisia badhysi
Artemisia badhysi (lat. Artemisia badhysi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Avropa Gənclər Badminton Çempionatı
Avropa Gənclər Badminton Çempionatı — 1969-cu ildən Badminton Europe (BE) tərəfindən təşkil olunun badminton turniridir. Turnir iki ildən bir keçirilir və Avropanın ən güclü gənc badmintonçuları turnirdə mübarizə aparır. Komanda yarışları 1975-ci ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən turnirdən başlayaraq porqrama əlavə olunmuşdur.
Avropa U-17 Badminton Çempionatı
Avropa U-17 Badminton Çempionatı — 2001-ci ildən Badminton Europe (BE) tərəfindən təşkil olunun badminton turniridir. Turnir iki ildən bir keçirilir və Avropanın ən güclü gənc badmintonçuları turnirdə mübarizə aparır.
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Hacı Əbdülkərim 1868-ci ildə Badikubənin Maştağa kəndində Hacı Əhməd bin Abbas bin Ağamirzə bin Şeyx İbrahim adlı bir şəxsin ailəsində dünyaya göz açmışdır. Onun əsil adı Ağamirzədir. Xorasana təhsil almağa gedərkən rus hökuməti sənəd vermədiyindən Əbdülkərim adlı bir şəxsin sənədləri ilə gedir və sonralar bu ad ilə də məşhur olur. Hacı Əbdülkərimin həyatı çox keşməkeşli olmuşdur. O, dünyaya gələndə birinin 27, digərinin isə 30 yaşı olan iki ögey qardaşı var idi. Kiçik yaşlarında onlardan olmazın əziyyətlər görmüşdü. Bunlardan başqa onun özündən 6 yaş böyük bir doğma qardaşı da var idi. 14 yaşında ikən atadan yetim qa-lan Ağamirzə doğma qardaşından da çox əziyyətlər görmüşdü. Qardaşı onun oxumağa olan böyük həvəsini nəzərə almadan maddi ehtiyaclarını aradan qaldırmaq üçün bağ-torpaq işlərilə məşğul olmağını tələb edərdi. Odur ki, Ağamirzə yaz aylarını işləyər, qışda hamı istirahət edəndə dərsə gedərdi.
Ayətullah Mirzə İbrahim Badkubeyi
Əxlaqlı, pəhrizkar fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbranim Badkubeyi on üçünçü, əsrin axırlarında (hicri qəmri tarixi ilə) Bakıda anadan olmuşdur. İbtidai təhsilini öz şəhərinin almlərindən aldıqdan sonra dini təhsilini davam etdirmək üçün Nəçəfi-Əşrəf şəhərinə köçür. Uzun illər dərin İslam elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra öz vətəninə Bakıya qayıdır və İslam elmlərinin tədrisi və şəriət əkamlarını bəyan etməklə xalqı düzgün yola istiqamətləndirir. Amma çox çəkmir ki, bolşeviklərin Azərbaycana hücumu alimin öz doğma vətənindən didərgin düşməsinə səbəb olur. Bir qrup alimlə birlikdə artıq bu şəhərdə yaşamağı məsləhət olmadığını hiss edən Badkubeyi İrana köçür və Təbrizdə sakin olur və orada ailə qurur. 1300-cü şəmsi ilində (1921) Marağa şəhərindən bir dəstə dindar və mömin tacir onun Marağaya gəlməsini xahiş edirlər. Alim bu xahişi qəbul etdikdən sonra şəhərin əhalisi onu təntənəli surətdə qarşılayır və ona ev verirlər. Alim yüksək səviyyədə təqva, gözəl əxlaq və yaxşı əməl sahibi olmuşdur. Marağa şəhərində yaşadığı illərdə həm mədrəsədə həm də öz evində İslam elmlərini orta və ali səviyyədə tədris etməklə məşğul olur. Şəhərin bütün camaatı, dövlətlilər, dindarlar və tacirlər ona dərin hörmət bəsləyir.
Azerbaijan International (badminton)
Azerbaijan International — Bakı şəhərində keçirilən badminton üzrə beynəlxalq turnir. Turnir Beynəlxalq Badminton Federasiyasının BWF İnternational Challenge təqviminin bir hissəsidir və elit Badminton Europe Circuit aid olunur.
Azər Badamov
Azər Camal oğlu Badamov (18 avqust 1968, Düztahir, Qusar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. == Həyatı == Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib. Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib. == Siyasi fəaliyyəti == Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib.İctimai birliklər və dini qurumlar komitəsi və Aqrar siyasət komitəsinin tərkibindədir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Azərbaycan Badminton Federasiyası
Azərbaycan Badminton Federasiyası — Azərbaycanda badmintona nəzarət edən rəsmi qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşir. Prezidenti Taleh Ziyadovdir. == Tarixi == Azərbaycan Badminton Federasiyası 1962-ci ildə Bakı şəhərində yaradılmış, 1996-cı ildə yenidən təsis edilmişdir. 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının (İBF) və Avropa Badminton Federasiyasının (EBF) üzvüdür. 1962-ci ildə Bakı şəhərində ilk badminton yarışları və çempionat, 1963-cü ildə Azərbaycan birinciliyi keçirilmişdir. Yeniyetmələrin 1969-cu ildə Klaypeda şəhərində keçirilən SSRİ birinciliyində Q. Hadıyev çempion, 1976-cı il (Mogilyov şəhəri) birinciliyində isə M. Orucov mütləq çempion olmuşdur. 1997-ci ildə İslam Ölkələri Qadınlarının İdman oyunlarında N. Mehdiyeva III yeri tutmuşdur. 2010-cu ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları qoşa yarışlarda bürünc medal qazanmışlar.
Azərbaycanda badminton
Azərbaycanda badminton — Azərbaycanda badminton idman növü. == Tarixi == Azərbaycanda badminton idman növü 1960-cı ildən inkişaf etməyə başlayıb. 2015-ci ildə Azərbaycan millisi dünya reytinqində 82-ci yerdə qərarlaşıb.1974-cü ildə Badminton üzrə SSRİ çempionatı Bakıda keçirilmişdir. == Mövcud vəziyyəti == Bakıda keçirilən 2015 Avropa Oyunlarının proqramına daxil edilən badminton yarışlarında 31 ölkədən 160 atlet 5 komplekt medal uğrunda mübarizə aparır. Azərbaycan bu yarışlarda 2 idmançı - Orxan Qələndərov və Kənan Rzayevlə təmsil olunur.
BadClause
Badclause (əsl adı: Mirmövsüm Elşən oğlu Əhmədov; 5 iyul 1997, Xırdalan) — Azərbaycan rep sənətçisi. == Həyatı == Badclause ləqəbli Mirmövsüm Əhmədov 5 iyul 1997-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı Türk Anadolu Liseyində almış, daha sonra isə Ankara Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. == Yaradıcılığı == Rep musiqisi ilə ilk dəfə 10–11 yaşlarında Türkiyə repindən olan Ceza ilə tanış olub, yerli qrup olan H. O. S. T ilə maraq dairəsini genişləndirib, bənzər mətnlər yazmağa başlayıb. Dövrünün gənc nəsil musiqiçilərinin yaradıcılıqları ilə yaxından maraqlanaraq sənəti barədə kifayət qədər məlumat və dünyagörüşü toplamağa çalışıb.2013-cü ilin ortalarından rap musiqisiylə məşğul olmağa başalayır. Bir müddət sonra "X. R. B Records" tərkibinə daxil olur. 2014-cü ilin əvvəlləri həvəskar olaraq ərsəyə gətirdiyi "İLK" adlı EP albomunu hazırlayır, amma tam formatda albom olaraq işıq üzü görmür. 2015-ci il 30 mart tarixində "Mən Piyanam" adlı ikinci (ilk peşəkar) albomu 45 nüsxə olaraq, albom təqdimatıyla işıq üzü görür. 2016-cı il 9 yanvar tarixində "Günbatımı" adlı track kütlə tərəfindən böyük maraqla qarşılanır və bu da növbəti albomun işlənməyinə şərait yaradır. 2016-cı il 5 iyul tarixində "Qızılgül" adlı növbəti albomu 150 nüsxə şəklində, albom təqdimatıyla uğurlu olaraq işıq üzü görür.
Benua Badiaşil
Benua Badiaşil Mukinayi (26 mart 2001, Limoj[d]) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === 5 fevral 2018-ci ildə Badiaşil Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Badiaşil peşəkar karyerasında debütünü 11 noyabr 2018-ci ildə Pari Sen-Jermen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa 1 görüşündə Monako rəqibinə 0–4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Badiaşil Fransada anadan olmuşdur. Valideynləri isə Konqo vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir. == Şəxsi həyatı == Badiaşil Monako klubunda peşəkar futbolçu kimi çıxış edən Loik Badiaşilin kiçik qardaşıdır.
Nick Cave and the Bad Seeds
Nick Cave and the Bad Seeds Melburn şəhərində əsas ifaçı Nick Cave,multi instrumetalist Mick Harvey və gitarist Blixa Bargeld tərəfindən qurulan alternativ rok qrupudur.Qrup indiyə qədər 15 studia albumu buraxmış və bir çox sayda beynəlxalq qastrollarda iştirak etmişdir. Qrup Cave və Harvey-in əvvəlki qrupu The Birthday Party qrupunun dağılmasından sonra yaranmışdır.Nick Cave and the Bad SeedsÖz müasirlərinin noise rok kökündən çıxıb, bir çox digər janrlara:post-punk,gothic rock,no wave və blues janrlarına təsir edən yeni alternativ rok yaratdılar. == Diskoqrafiya == From Her to Eternity (1984) The Firstborn Is Dead (1985) Kicking Against the Pricks (1986) Your Funeral… My Trial (1986) Tender Prey (1988) The Good Son (1990) Henry’s Dream (1992) Let Love In (1994) Murder Ballads (1996) The Boatman’s Call (1997) No More Shall We Part (2001) Nocturama (2003) Abattoir Blues/The Lyre of Orpheus (2CD) (2004) Dig, Lazarus, Dig!

Значение слова в других словарях

бульва́рщина де́нно и но́щно неблагонадёжный почерти́ть смуглоте́лый та́тка юнко́рка костюмироваться обесце́ниться успе́шность электромоби́льный войт кресить coachbox crisp-head lettuce hunting lodge mortgagor paramere top working tuberization афты интуиция отстричь раздувать ценообразование